Təziyə və terrora lənət

Terror səbəbi və məqsədi nə olur-olsun, qəbul oluna bilməz. İnsan həyatı kimi müqəddəs dəyəri təhdid edən və fərdlərinin bir-birinə olan etimadını sarsıdan terror elə bir amansızlıqdır ki, onu hər hansı bir anlayış və görüşün təsdiq etməsi mümkün deyildir.

Dinə görə qonunması zəruri sayılan dəyərlərdən biri də həyatdır. Buna görə də terror nə azadlıq mübarizəsində, nə də dini bir məqsədi gerçəkləşdirməkdə vasitə deyildir. Sülh və əmin-amanlığın təmsilçisi olan Müsəlman əsla terrorist, terrorist də müsəlman ola bilməz.

Moskva metrosunda həyata keçirilən iki qanlı terror aktını – kim tərəfindən və nə məqsədlə edilməsindən asılı olmayaraq – pisləyir, terroru bir daha lənətləyirəm.

Hadisədə həlak olanların yaxınlarına, qonşu Rusiya Federasiyası dövlətinə və xalqına başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını diləyir, acılarını qəlbən bölüşürəm.

M.Fəthullah Gülən

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.