Din Xadimləri

Ata Dr. Tomas Mişel (Vatikan Dinlərarası Dialoq Naziri)

“Mənim fikrimcə, Fəthullah Gülənə “dünyəvi-dindar”, “sağ-sol”un hücum səbəblərindən biri onun “çıxılmaz hal” olaraq dəyərləndirdiyi bu mövzuda hər hansı bir tərəfdə yer almağı rədd etməyidir.”

Yunan Patriarxı Bartolomeos (Fənər Yunan Patriarxı)

Xarici ölkələrdən birinə səyahətimdən bəhs etmək istəyirəm. İl yarım əvvəl Qüds Pravoslav Patriarxını ziyarətimdə İsrayil dövlət başçısı hörmətli Veizmanda nəzakət olsun deyə baş çəkdim. Veizmanla söhbət edərkən mənə dedi ki: hörmətli Patriarx, bilirsinizmi mən bir zabitəm. Bir zabit olaraq da həyatımda ya savaş etdim, ya da sülh bağladım. Sizə bir təcrübəli şəxs kimi deyə bilərəm ki, “Sülh bağlamaq, savaşmaqdan daha çətindir.” Veizmanın o gün mənə dediyini indi daha yaxşı anlayıram. Bütün manelərə baxmayaraq, sülhə, qarşılıqlı sayğıya və bütün bunların nəticəsi olaraq insanlığın hüzur və səadətinə doğru getməliyik. Hörmətli Fəthullah Gülən, həqiqətən, hamımız üçün sülhün, tolerantlığın, bütün ölkə başçılarının və insanlıq üçün mötəbər olan dəyərlərin bir timsalıdır. Biz hamımız həm onu sevirik, həm də sayırıq. Xəstəliyinə görə də şəfa diləyirəm.

Corc Maroviç (Vatikanın İstanbul Təmsilçisi)

Ətrafıma baxıram, cəmiyyətin hər təbəqəsindən insanları burada görürəm və soruşuram: Nədir sizi buraya gətirən? Xristian, müsəlman, yəhudi qardaşlarımızı burada toplayan nədir? Necə ki, Mövlana Konyada yüz milyonları gətirdi. Bir şəxs var burada, sevgidən söhbət açır və hamımızı özünə çəkir. Bu möhtərəm şəxs bizə sevgidən danışır. Məhz bu sevgidir bizi buraya gətirən. Ona görə də mən bu şəxsə dua edirəm, onun hər birimizin duasına ehtiyacı var. Bu şəxs dünyamıza böyük bir nümunədir. Bəziləri deyirlər ki, nə var bu şəxsin arxasında, Onun yeganə silahı var, o da Allah sevgisidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.