Professor Donald Daniil

Hizmət qorxu və cəhalətlə mübarizə aparır

Professor Donald DaniilPeşə həyatımın böyük hissəsini ABŞ hökümətinə həsr etmişəm. Daha sonra Corctaun Universitetində dərs deməyə başladım. Ötən ilin dekabr ayında son dərsimi verib müəllimliklə vidalaşdım. Hazırda Xarici İşlər nazirliyinin nəzdində sülhün bərqərar edilməsi və bu sahədə əməkdaşlıq üzrə kiçik bir layihədə iştirak edirəm.

Bir amerikalı olaraq dini yönümlü müsəlman hərəkatların vacib olduğunu düşünürəm.

Gördüyüm qədər, hazırda ümumbəşəri dəyərlərə üstünlük verənlərdən çox 11 Sentyabra bənzər hadisələr törətmək istəyən kifayət qədər hərəkat var. Bu isə (Hizmət hərəkatı) insana xidmət edən və xoşgörüyə üstünlük verən bir hərəkatdır.

Bir çox təhsil hərəkatları da var. Hizmət, həmçinin bu hərəkatlardan biridir. Hizmətin fərqi odur ki, gizli bir məqsəd güdmür və bilavasitə insana əl uzadır.

Hizmətdə ən çox bəyəndiyim onun təhsil sistemidir. Məktəbləri gəzib-gördüm və çox bəyəndim. Şagirdlərin, onların ailələrinin və xalqın bu işə necə dəstək verdiyini müşahidə etdim.

Mənsubları Hizməti və onun xoşgörü düşüncəsini yaxşı tanıtmalıdırlar. Çünki bir çox insan, haqlı səbəblərə görə, müsəlmanların, xüsusilə xoşgörülü olduğunu düşünmür.

Gülən təfriqə, yoxsulluq və cəhalətlə mübarizədən bəhs edir. Gülən bu məktəblərlə cəhalət problemi ilə mübarizə aparır.

Məktəblərdə şagirdlərə alalitik düşünməyi öyrədərək yoxsulluqla da mübarizə aparır. Çünki bu məktəblərdə məhsuldar insan yetişir.

Və məktəbdəki xoşgörü ab-havası ilə də təfriqənin qarşısını almağa, ya da bizi bir-birimizdən ayıran divarları yıxaraq ortaq cəhətlərimizi göstərməyə çalışır.

Təəssüf ki, aramızda hələ də divarlar var. Mən müsəlman deyiləm, bu bir həqiqətdir, ancaq bunun bir əhəmiyyəti yoxdur.

Bir-birimizi anlaya bilsək, bir-birimizə hörmət etsək, aramızdakı qorxu və cəhalətin öhdəsindən gələrik. Və məncə, bu gün ən real problem qorxu və cəhalətdir.

Hizmət mənsublarının başlatdığı bu sosial yönümlü təhsil axını yüksək fəaliyyət potensialına malik insanlarda heyranlıq hissi oyadır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.