Professor Patrik Drinan

Klassizimlə müasirliyi birləşdirən Hərəkat

Professor Patrik DrinanHizmət hərəkatı ilə 5-6 il əvvəl tanış olmuşam. Bu qədər gec tanış olmağım, əslində, bir qədər təəccüblüdür. Çünki beynəlxalq əlaqələr fakültəsinin tələbəsi və bir SSSR üzrə mütəxəssis olaraq Türkiyənin qonşu ölkəsi Rusiya ilə yaxından maraqlandığım halda, Hizmət hərəkatında xəbərim yoxdu. Burada Pasifik İnstiutunun San Dieqo filialının nümayəndələri bizi bir yemək ziyafətinə dəvət etdilər. Orada Hizmət hərəkatı , Pasifik İnstitutu və hərəkatın ümdə fəaliyyətlərindən biri olan dialoq anlayışı ilə tanış olduq. Hizmət hərəkatının dialoqa və dostluq ziyafətlərinə olan bağlılıq və adanmışlığı həyat yoldaşımla məndə dərin heyranlıq hisləri oyatdı.

Son illərdə Cənab Güləni daha yaxından tanıma imkanım oldu. Bəzi məqalələrini oxudum, keçmiş Türkiyə mütəfəkkirlərinin görüşləri əsasında formalaşdırdığı fikirləri öyrəndim.

O, həyatını insanların özünüdərk etməsinə, təhsilə, AB üzvlüyünün müdafiəsinə, dialoqa həsr etmişdir. Bir çox məsələdə azad və prinsiplərinə güzəştə getməyən bir mövqeyə malikdir. Mənə elə gəlir, Cənab Gülən rəhbərlik etdiyi mədəni dialoq fəaliyyətləri tələblərə nöqsansız riayət edərək həyata keçirilir. Bu fəaliyyət təkcə mənim kimi elm xadimləri ilə məhdud deyil, siyasi rəhbərlər, dini qruplar və s. kimi geniş əhatə dairəsinə malikdir. Qarşılıqlı anlayışın bərqərar olması naminə həyata keçirilən bu böyük miqyaslı fəaliyyətlər, qənaətimcə, Cənab Gülənin ən böyük uğurlarından biridir.

Eni zamanda, Türkiyədə böyük bir kütlənin onun fikirlərindən ilham alması, siyasi proseslərə münasibətdə əxlaqa üstünlük verməsi və ona bağlılığı, klassisizmlə müasirliyi tarazlı şəkildə birləşdirməyə çalışması diqqətəşayandır. Qloballaşan belə bir dünyada layiqli yer tutma mübarizəsi aparmaq həmişə çətin bir məsələ olmuşdur. Mənə elə gəlir ki, Türkiyə Cənab Gülənin rəhbərliyi ilə bunun öhdəsindən gələrək nümunəvi mövqe nümayiş etdirmişdir.

Biz bu yanaşmanı çox gec tanısaq da, bu modelin geniş yayılacağına ümid edirik. İslam dünyasında müxtəlif yanaşmalar var: demokratiya və müasirliyin tərəfdarları var, qərbin gətirdiyi çağdaşlıq anlayışını tənqid edənlər var... Ancaq inanıram ki, ərəb dünyası, Türk dünyası, İndoneziya kimi coğrafiyalarda Cənab Gülənin düşüncələri ilə təzad təşkil etməyən və fikirlərini mənimsəyən bir çox yer var.

Digər tərəfdən, çətin olsa da, müsəlmanların qeyri-müsəmanlarla dialoqa keçməsi vacib məsələ olduğunu düşünürəm. Aralarında bir çox ortaq cəhət tapmaq mümkündür, əlbətdə. Məsələn, təəccüblə öyrəndik ki, İslam inancında da xristiyanlıqdakı kimi, Həzrəti Məryəmə böyük məhəbbət var. Müsəlmanlarla qeyri-müsəlmanlar arasında əlaqələrin möhkəmlənməsi üçün iki, hətta üç nəsil mədəni münsibətləri davam etdiməlidir. Gülən hərəkatının bu sahədə sağlam əsaslara malik olduğuna inanıram.

Professor Patrik Drinar kimdir?
San Dieqo Universitetində Politologiya üzrə professoru Patrik Drinar 1972-ci ildə Vircinya Universitetində doktorantura oxumuşdur. 1989-2007-cı illər arasında San Dieqo Universietinin Ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdır.

 

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.