Pim Volkenberg

Qərblə şərq arasında körpülər qururlar

Pim VolkenbergAmerikan Katolik Universitetində din və mədəniyyət dərslərinə girirəm. İxtisasım xristiyan və müsəlmanlar arasında əlaqələrdir. Cənab Fəthullah Gülən və Hizmət hərəkatı ilə də univeristet xətti ilə tanış oldum. Hizmət hərəkatı İslami təlimləri müasir dünyada həyata keçirməyin yollarını göstərdiyini düşünürəm.

Mən Hizmət hərəkatının, ümumiyyətlə İslam dünyası, xüsusi olaraq da Türd dünyası ilə qərb dünyası arasında körpü qurmağa çalışan mühüm sosial hərəkatlardan biri olduğunu düşünürəm.

Bunu həyata keçirməyə çalışan, əlbəttə ki başqa qruplar da var, ancaq Hizmət hərəkatı daha fəal olub çox gözəl işlərə imza atı.

Fəthullah Gülən Xocaəfəndi ilə şəxsən tanış deyiləm, ancaq əksər kitablarını oxumuşam və fikirlərini araşdıran tanışlarım vasitəsilə daha yaxın tanış olma imkanı əldə etmişəm.

Hizmət hərəkatının həyata keçirdiyi dialoq fəaliyyətlərinin mühüm hesab etdiyim cəhəti odur ki, Hərəkat ənənəyə möhkəm sadiqdir və inancın gözəlliklərini daha geniş kütlələrə çatdırmağa çalışır.

Cənab Gülən ənənəyə möhkəm bağlı, eyni zamanda sülh içərisində birgəyaşayışı təmin etmək üçün ənənəyə yeni yanaşmalar irəli sürən bir insandır. Bunu, məşhur sülh-müharibə məsələlərinə yanaşmasında aydın şəkildə görmək olur.

Cənab Gülən fəaliyyətin mənəvi cəhətini işıqlandırır, könüllülər isə insanlarla yaxın ünsiyyət qurmaq üçün aktiv şəkildə çalışırlar. Bir mənada onlar Cənab Güləndən ilham alırlar.

Bildiyiniz kimi, Cənab Fəthullah Gülənin Hizmət hərəkatındakı roluna dair bir çox fikir irəli sürülmüşdür...

Könüllülərin əksəriyyəti isə deyir ki, o, ordu təşkil edən general deyil, o bizim mənəvi ilham mənbəyimizdir. Yəni o, İslamın müqəddəs mətnlərini incələyir, söhbət edir, vəz verir və ardıcıllarına ilham verir.

Hizmət hərəkatı İslami təlimləri müasir dünyada həyata keçirməyin yollarını göstərdiyini düşünürəm. İnanıram ki, həm xristiyanlıq, həm də İslamiyyətdə siyasətdən uzaq qruplar var. Fəthullah Gülənin fikirlərində də bu məsələ əsas yer tutur.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.