Professor Roberta Rozenberg

Əsas məqsədləri insana xidmət etməkdir

Professor Roberta RozenbergO (Fəthullah Gülən), haqsızlığa qarşı susmayan bir insandır. Bu, böyük bir cəsarətdir.

Vircinya ştatının Kristofer Nyuport/ Christopher Newport Universitetində İngilis dili və ədəbiyyatı fakültəsinin əmkdaşıyam. Multikultural Amerika ədəbiyyatı və Qadın tədqiqatları dərslərinə girirəm. Eyni zamanda, Qadın və Gender Tədqiqatları layihəsinin rəhbəriyəm. Həmçinin Fəal Vətəndaşlıq Mərkəzinin təsisçisiyəm.

Hizmət hərəkatı haqqında son dərəcə gözəl təəssüratlarım var. Çünki Hizmətin məqsədi, adından da göründüyü kimi, insana xidmət etməkdir və bu anlayış bütün insanlar üçün son dərəcədə vacibdir. Mən də unversitetdə bu yönümlü bir fəaliyyətə başlamışam.

Hizmət hərəkatı dinlərarası dialoqa inamına və bağlılığına görə çox sevirəm. Mənə elə gəlir bu kimi dialoq fəaliyyətlərinin sayı artmalıdır. Müəyyən qrupa aid insanların ancaq mənsub olduğu qrupun insanları ilə ünsiyyətdə olması Amerikada da tez-tez rast gəlmək olur. Bu insanlar yalnız həmin ideala xidmət edən qəzetlər oxuyurlar. Bu məsələ, xüsusilə gənclər arasında aktualdır.

Tələbələrimin əksəriyyəti çağdaş qəzetləri oxumurular. Bu o deməkdir ki, gənc nəsil fərqli dünyagörüşə mənsub insanları tanımır.

Hizmət hərəkatı məhz dinlərarası dialoq fəaliyyətlərinə görə son dərəcədə əhəmiyyət kəsb edir.

Cənab Fəthullah Gülən haqqında da olduqca müsbət düşüncələrim var. O, haqsızlığa qarşı susmayan bir insandır. Bu, böyük bir cəsarətdir.

Bəşəriyyətin ortaq mənafeyini müdafiə etdiyi üçün onu alqışlayıram. Təhsil, metafizika aləmi, məntiq və mənəviyyat haqqında qələmə aldığı bir kitabını oxumuşam.

Müasir cəmiyyətdə dinə ifrat dərəcədə əhəmiyyət verib təhsilə biganə olan və əks mövqe nümayiş etdirən insanlara tez-tez rast gəlmək mümkündür.

Cənab Gülən həm mənəviyyata, həm də məntiqə əhəmiyyət vermir və bunlar arasında tarazlığı qoruyub saxlamağa çalışır. Mən ən çox onun məhz bu xüsusiyyətini təqdir edirəm.

Son aldığım məlumatlara görə, Hizmət 100-dən çox ölkədə məktəblər açmışdır.

Bu məktəblərdə qızlar da yüksək səviyyədə təhsil almaqdadır. Qız uşaqlarının təhsili həm bəşəriyyət naminə, həm də müasir dövlət strukturlarının düzgün işləməsi baxımında böyük əhəmiyyət kəsb edir.

</div
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.