Professor Sofiya Pandya

Bütün bəşəriyyətə qucaq açmaq

Professor Sofiya PandyaHizmət hərəkatı illərdir fəaliyyət göstərən xeyriyyəçi və humanist bir sosial hərəkatdır.

Dünyanın hər bir guşəsində mindən artıq, hətta iki minə çıxmış da ola bilər təhsil müəssisələri var.

Bu məktəblərin əksəriyyətini gəzib görmüşəm. Efiopiya, Malaziya, Honkonq, Tayvan, Yəmən – dünyanın hər yerində məktəbləri var.

İstedadlı, lakin imkansız şagirdlərə əl uzadır, onlara yüksək səviyyəli təhsil vermək üçün canla-başla calışırlar.

Belə bir fəaliyyət nadir görülmüşdür.

Bu, adı “Hizmət” olan və fəaliyyətlərini bəşəriyyətə həsr edən bir dini hərəkatdır. Geniş miqyaslı, beynəlxalq təhsil layihələri həyata keçirirlər və bunu dini idealların bir parçası hesab edirlər.

Dini idealların mərkəzində insan dayanır. Hizmətin əsas məqsədi təhsil və dolayısilə insana xidmətdir.

O baxımdan Hizmət hərəkatının fəaliyyətlərini təqdirəlayiq olduğunu hesab edirəm.

Bir müsəlman olaraq xeyli vaxtdır ki, sırf müəyyən düşüncələrin, təlimlərin üstünlük təşkil etməsindən narahatçılıq keçirirdim. Məsələn, televiziyada görüb seyr etdiyimiz şeylər…

Bir tərəfdən islam fobiası geniş yayılır və İslamiyyətə qarşı bir qəzəb hissi formalaşır.

Digər tərəfdən bəzi müsəlmanlar media qarşısına keçib böyük tamaşaçı kütləsi önündə elə şeylər edirlər ki, bir müsəlman olaraq mən belə şeyləri televiziyada görmək istəmirəm.

Məsələn, Malaziyada bəzi müsəlmanlar xristiyanların “Allah” sözünü dilə gətirməsinə etiraz edirlər.

Ya da görürük ki, Əl-Qaidə kimi qruplar İslamiyət adına zorakılığa əl atır. Mən bunun ekranlara gəlməsini istəmirəm. Sonra birdən Hizmət deyə bir hərəkat ortaya çıxır və mənsubları xeyirxah fəaliyyətləri ilə tanınırlar.

İslamiyyəti dünyada çox mükəmməl şəkildə təmsil edirlər. İslamiyyətin sülh dini olmaqla yanaşı, onu mədəniyyətlər və dinlər arasında dialoqu da təşviq edən bir inanc olduğunu tanıdırlar.

Bəzən mikrofonu radikal görüşlü insanlara uzatmaq baha başa gəlir. Onlar çox kəskin mövqe nümayiş etdirirlər. “İlamiyyət budur, müsəlman filan şəxsdir, qalanları isə hamısı cəhənnəmlikdir” və s. fikirləri dilə gətirirlər.

Sonra Hizmət adlı bir hərəkat gəlib deyir ki, “Biz belə kəskin görüşlərin əleyhinəyik. Hətta bütün busayaq görüşləri aradan qaldırmaq istəyirik.

Biz bütün bəşəriyyətə, hətta yalnız insanlara deyil, heyvanlara, Allahın yaratdığı bütün varlıqlara qucaq açmaq istəyirik…

Televiziyada gördüyümüz mənzərələr xeyli vaxtdır vicdanları narahat edirdi. İctimaiyyətə özlərini tanıdıb qalanlarını hamısını cəhənnəmlik elan edirdilər.

Bizə nə etməmiz lazım gəldiyini dikktə edirdilər, əks halda cəhənnəmlik olduğumuzu söyləyirdilər.

Qeyri-müsəlmanlarla ünsiyyətə girməməyi təlqin etdir və özlərinə görə onların niyə cəhənnəmlik olduğunu izah edirdilər.

Hizmət isə bunun əksini deyir.

Və üstəlik islami bir hərəkat ola-ola… Belə bir şeylə əvvəllər qarşılaşmamışdıq.

Prof. Dr. Sophia Pandya /California State University/ ABD

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.