Professor Uilyam Martin

İslamiyyəti düzgün anlaşılmasına səbəb olan hərəkat

Professor Uilyam MartinFəthullah Gülən və Hizmət hərəkatı plüralizmi qaçılmaz bir fakt hesab edir və “Onu bir qutuya qoyub kənara atmaqdansa, gəlin onunla yaşamağı öyrənək” şüarını müdafiə edir.

Rays Univeitetinin sosiologiya üzrə təqaüdçü professoruyam. Hal-hazırda həmin universitetdə Ceym A.Beykr III Dövlət Siyasəti fakültəsində din və dövlət siyasəti sahəsinin əməkdaşıyam.

Təxminən 12 ilə yaxındır ki Hizmət hərəkatının bəzi mənsubları ilə yaxın ünsiyyətdəyəm. Bu insanları yaxından tanıdıqca, deyəsən, aramızda həqiqi dostluq münasibətləri quruldu. Ramazan ayında məni evlərinə qonaq dəvət edirlər. Müxtəlif ziyafət məclislərində birlikdə iştirak edirik. Onlar görüşməkdən, birlikdə vaxt keçirməkdən zövq aldığım həqiqi dostlardır.

Hər şey bir kənara, bu insanlar tələbələrə maddi dəstək verir, 25, 50, 100 tələbə oxutdurur... buna baxmayaraq çox təvazökar bir həyatlatları var... Onların bu səxavətliliyi və nəzakəti məndə heyranlıq hisləri oyatdı. Dolayısilə, bu insanların kiməsə zərər verməsi, mənə görə, qətiyyən mümkünsüzdür.

Məhz bu səbəbdən Hizmət hərəkatı dünya miqyasında müşahidə etdiyimiz, insanlara həqiqi İslam kimi təqdim edilən müxtəlif görüşlərə ən sağlam alternativdir.

Çox olmasa da, Cənab Gülənin bəzi əsərlərini oxumuşam. Açıq desəm, Cənab Gülən haqqındakı təəssüratlarımın əksəriyyəti fikirlərini mənimsəyən və onlardan ilham alan Hizmət mənsubları ilə məhduddur.

Hizmət hərəkatı İslamın son dərəcədə müsbət bir mənzərəsini ortaya qoyur. Tarixdə İslam elmə böyük töhfələr vermişdir.

Cənab Gülən və Hizmət hərəkatı plüralizmi qaçılmaz bir fakt hesab edir və “Onu bir qutuya qoyub kənara atmaqdansa, gəlin onunla yaşamağı öyrənək” şüarını müdafiə edir.

Urfada əksəriyyəti alçaq binalardan ibarət şəhərə baxan bir otelin üst mərtəbələrindən birində qalırdıq. Pəncərədən şəhərə baxırdım. Üç yüksək bina diqqətimi çəkdi və bələdçimiz Məhəmməd Çətinə göstərdim. “Bunlar bizim məktəblərimizdir” dedi. Həmin gün məktəblərə baş çəkdik. Bu müasir avadanlıqlarla təsis edilmiş və böyük uğurlar qazanmış məktəbləri görüb təəccübləndim.

Öyrəndiyimə görə, bu məktəblərdən məzun olan şagirdlər Amerika, Avropa, Türkiyənin ali məktəblərinə daxil olmuşlar. Bu əla şeydir və mən buna çox şadam.

Ehtiyac içində olanlara yemək paylamaq xeyirxahlıqdır, amma bu ehtiyacı aradan qaldırmaq isə daha böyük xeyirxahlıqdır. Dolayısilə məktəb açmaq, məncə, Hizmətin gördüyü ən vacib işlərdən biridir. Şübhəsiz bu, yardım ehtiyacını aradan qaldırmaq üçün kofayət deyil. Demək istəyirəm ki, Hizmətin fəaliyyətlərinin əksəriyyəti təhsil, biznes kimi sahələrin sayəsində həyata keçir. Buna baxmayaraq humanitar yardım sahəsinin də əməyi danılmazdır.

Əksər insanlar fərqlilikdən qorxur. Dini və siyasi təssübkeşliyin əsas səbəbi də məhz budur.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.