Professor Xalid Əbu əl-Fədl

Kökü İslamiyyətdə olan bir Hərəkat

Professor Xalid Əbu əl-FədlQənaətimcə, Hizmət hərəkatı mənşəyini İslamdan götürən, yəni İslamiyyətə söykənən, eyni zamanda İslamiyyətin əsas dəyərlərini təşkil edən və eyni zamanda ümumbəşəri dəyərlər olan sülh, şəfqət və mərhəmət və s.-yə əsaslanan bir Hərəkatdır.

Cənab Gülənin düşüncə və dini yanaşması İslam dünyası üçün son dərəcədə əhəmiyyətlidir. Bunu sözlərlə ifadə etməkdə acizəm. Çünki onun fikirləri müsəlmanlara çağdaş dünyanın problemlərinin həlli yollarını və müasirliklə ayaqlaşmaq üçün şəriətə söykənən prinsiplər məcmusunu təqdim edir. Bu səbəbdən, düşünürəm ki, Cənab Gülənin İslamiyyətin mahiyyətini, özülünü və ruhunu təmsil edir.

Hizmət meşədə; ağacların arasında yolunu azmır; ənənənin nəhəng bazasına düşüb boğulmur, buna baxmayaraq ənənəvilikdən də imtina etmir. Bu vacib bir məqamdır.

Cənab Gülənin məqalələrində diqqətimi çəkən və məndə böyük heyranlıq hissi oyandıran bir məqam da odur ki, o, bir dəyər olaraq sevgi məfhumuna çox əhəmiyyət verir.

Gülən İslamiyyətin mahiyyət etibarilə fərdi, ictimai və qlobal sülh və əminamanlığın bərqərar olmasından ibarət olduğunu vurğulayır. Üstəlik təlimlərini də sırf bir təriqətə aid etmir. Beləcə, Allahın yaratdığı hər bir varlığa qucaq açan, hər bir məxluqa dəyər verib məhəbbət bəsləyən bir dini yanaşma formalaşır.

Təəssüf ki, hazırkı İslam dünyasında buna bənzər təlimlərə çox rast gəlmirik. Cənab Gülənin məqalələri, xüsusilə də ərəb dilli ölkələrdə geniş yayılmamamışdır. Bu, qənaətimcə təəssüf doğuran haldır.

Gülən hərəkatı bu dünyada, müəyyən bir ölkənin sərhədlərini aşaraq bilavasitə insanlara ünsiyyət qurmağı, başqa sözlə, təbliğ olunanı eyni zamanda həyata keçirməyi və bəşəriyyətə bunun həqiqətən mümkün olduğunu; sərhədləri aşmağın mümkün olduğunu, insanlarla dialoq qurmağın mümkün olduğunu, bəşəriyyətin ortaq ümumbəşəri və insani dəyərlər ətrafında birləşməsinin mümkün olduğunu göstərməyi bacaran azsayda Hərəkatlardan biridir.

Şəxsi müşahidə və araşdırmalarıma isnadən deməliyəm ki, Hizmət hərəkatı insanların həqiqətən müəyyən şeylər öyrənməyə, uzunömürlü, ülvi və ciddi dialoq əlaqələri qurmağa və təlimlər formalaşdırmağa qadir olduğunu onları hərəkətə gətirərək, daxili potensialını üzə çıxarmağa təşviq edərək göstəmişdir.

Professor Xalid Əbu əl-Fədl, Kaliforniya Baptist Universiteti, Əxlaq və Humanitar elmlər üzrə professor.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.