Professor Zaman S. Stanizai

Ağlı başında olan heç kim buna etiraz etməz

Çoxdandır İslam dünyasının ənəvi İslam dəyərlərini ortaya çıxaran bir hərəkata ehtiyacı vardı. Əksər hərəkatın əsas problemi zahiri dindarlıqdır. Hizmət hərəkatı isə faydasız işlərlə məşğul olmaqdansa, mühim məsələlərin həllini tapmağa çalşır.

Danışmaq asandır. Müsəlmanlar olaraq öhdəmizə düşən vəzifələrdən uzun-uzadı danışırıq, ancaq iş əmələ gəlincə, əksəriyyətimiz boyun qaçırırıq. Bu, bir növ ikiüzlülükdür. Bu xarakter bir şəxsə də, bir qrupa da aid ola bilər. Qrup deyəndə İslami kimliyi nəzərdə tuturam.

Hizmət hərəkatı bəşəriyyətə xidmət etmək kimi həqiqətən mühim bir işlə məşğul olur. Peyğəmbərimiz: “Ən xeyirli insan insanlara fayda verəndir” buyurur. Faydalı iş “danışmaq” deyil, xidmət etməkdir.

Hizmət hərəkı “bəşəriyyətə xidmət” şüuarının canlı nümunəsi olub faəliyyətləri ilə bunu sübut etməkdədir.

Hərəkatın ən böyük fəziləti odur ki, Hizmət təkcə bir dinin mənsublarına deyil, bütün dünyaya töhfə verir. Demək, fəaliyyət sahəmiz bütün dünya olmalıdır.

Hizmət hərəkatı bu prinsipə əməl edən nümunəvi bir modelə malikdir. Bu münaqişələrlə dolu dünyanı və şəxsi həyatımızı dəyişdirməyin yeganə yolu budur. Peyğəmbərimizin unudulan bir sünnəsi var. XXI əsrin dili ilə desək, bu sünnənin adı dinlərarası dialoqdur. Peyğəmbərimiz Mədinədə 10 il ərzində 13-dən çox liderlə ünsiyyət qurmağa müvəffəq olmuşdur.

Bu, o dövrə görə nadir bir hadisədir. O dövrün çətin şəraitinə baxmayaraq dinlərarası görüşlər keçirmişdir. Görüşlərdə fikir mübadiləsi aparılır və tərəflər İslamiyyəti yaxından tanımağa çalışırdılar.

Müasir dünyada şərq-qərb, şimal-cənub qütbləşməsinin kökündə ünsiyyət problemi var. Müsəlmanlar fərqli düşüncə və dünyagörüşünə mənsub insanlarla dialoq qurmağa mükəlləf olduqlarını düşünürəm. Və düşünürəm ki, sərmayənin böyük hissəsini sırf təhsil sahəsinə qoymaq lazımdır.

Çünki bu ən səmərəli ticarət olmaqla yanaşı, müsəlman dünyasının düşdüyü qaranlıq quyudan çıxmağın da yeganə yoludur. Bu səbəbdən, kamil müsəlman olmaq üçün mütləq təhsilə fikir verməliyik və bütün xalq bu imkandan yararlanmalıdır. Heç bir məhdudiyyət qoyulmamalı, səsi bütün dünyaya çatmalıdır. Dolayısilə, Hizmət hərəkatı və ya Gülən hərəkatı cəmiyyətin inkişafını təhsildə görür və bunu həyata keçirirsə, mənə elə gəlir ağlı başında olan kimsə buna etira etməz.

Professor Zaman S. Stanizai, Santa Barbara Pasifika İnstitutu

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.