"Fəthullah Gülən Xomeyni kimi qayıdacaq" iddiası Gülənin həyatındakı faktlarla üst-üstə düşmür?

Bu sual və ya iddia Fəthullah Gülənin ABŞ-da yaşamasının (öz deyimi ilə məcburi təcrid həyatının) Hərəkatın siyasi məqsədi kimi izah olunmasından qaynaqlanır.

Bu iddiaya cavab vermək üçün həm Xomeyninin qayıdışının mahiyyətini, həm buna əsas təşkil edən siyasi məqsədli Şiə düşüncəsini, həm də Gülənin həyat fəlsəfəsini bilmək lazımdır.

Xomeyni 1964-cü ilin avqust ayında Şah tərəfindən sürgün edildi, 15 ay Bursada qalandan sonra Nəcəfə (İraq) keçib orada 13 il yaşadı. Şah hakimiyyətinin təzyiqləri nəticəsində buradan da Parisə getdi. 16 yanvar 1979-da Şah Tehranı tərk edəndən sonra 1 fevral 1979-cu ildə Tehrana qayıdıb İran İslam İnqilabına zəmin hazırlamağa başladı. Sözügedən iddianı ortaya atanlar Gülənin qayıdışını Xomeyni ilə qarışdırırlar. Hətta ictimaiyyətdə vahimə əmələ gətirmək üçün kimisinə görə komik, kimisinə görə səviyyəsiz iş də gördülər: "Ayətullah Fəthullah" adlı bir CD-də hazırlayıb yaydılar.

Bu qısa məlumatdan sonra Gülən və Xomeyni arasındakı fərqi belə sıralaya bilərik:

1. Bəlkə də, ən mühüm fakt Sünni və Şiə siyasi anlayışın bünövrə fərqidir. Gülənin nə dini və sosial-siyasi anlayışı, nə də “xidmət” fəlsəfəsi Xomeyniyə bənzəyir. Dolayısilə, vətənindən Xomeyni kimi getmədi ki, qayıdşı Xomeyni kimi olsun.

2. Fəthullah Gülən siyasi mübarizə nəticəsində və iqtidarın sürgünü ilə getməyib ki, qayıdışı da intiqam xarakterli olsun. Öz ifadəsi ilə desək: "Mən bu ölkənin övladıyam. İranlı deyiləm ki, Xomeyni olum. Heç vaxt onun kimi iddiam olmayıb ki, Türkiyəyə Xomeyni kimi qayıdım. Həyatımda heç bir yerə gurultulu, səs-küylü gedib-gəlməmişəm. Nə xarakter cəhətdən, nə məzhəb baxımından, nə də ölkə baxımından Xomeyni ilə bir əlaqəm var. Bunu deyənlər bir gün utanacaqlar".

3. Gülənin ABŞ-a getmə və orada qalma səbəblərini açıqlayan məqalədə də qeyd edildiyi kimi, Onun getməsinin əsas səbəbi səhhətindəki problemlərdi.

4. Gülən həm səhhət problemlərinə görə, həm də siyasi münaqişələrə səbəb olmamaq üçün Türkiyəyə qayıtmır. Öz sözü ilə desək: "Ölkənin daxili asayişinə fərd olaraq mənfi təsir göstərməmək üçün” bu qərarı vermişdir. Əslində müəyyən güclər Güləni 28 Fevral sürəcində başlayıb hələ də davam edən mübarizənin simvoluna çevirmək istəyirlər. Vətəninə qaytımağı səbirsizliklə gözləsə də, Ali Məhkəmə haqqında bəraət qərarı versə də, qayıtmamağa üstünülük verməsinin səbəbi, onun adını istifadə edərək bu cür ictimai bölünmələrin qarşısını almaq, həm də daha kritik mərhələlərin (referendum, konstitusiyahazırlaması və s.) polemikalarla qaynamasına mane olmamaqdır.

5. Gülənin xarakteri onsuz da bu cür qayıdışa imkan verməz. Yəni qayıdışı Xomeyni kimi deyil, Fəthullah Gülən kimi olacaq. Onun sözləri də bunu göstərir: "Türkiyəyə mənə necə yaraşırsa, elə də qayıdaram… Qayıtsam özüm kimi, Ramiz əfəndinin Üç Şərəfəli Məsciddə imamlıq edən oğlu kimi qayıdaram… Bütün səmimiyyətimlə deyirəm bunu. Kəndimdə, babalarımın torpağında tikilən bir mehmanxana var, qayıtsam, orada qalmağı düşünürəm. Doğulduğum, böyüdüyüm kənddə bir kəndli kimi ölməyi arzulayıram".

6. Gülən bütün bu baş verən hadisələri taleyin təcəllisi və Allahın təqdiri kimi dəyənləndirir. Dolayısilə onun bu düşüncəsi qisasdan uzaqdır.

7. Digər mühüm faktor: Türkiyə ilə İranın sosial şərtləri arasında böyük fərqlər var. 90-cı illərdə siyasi məqsədli dini hakimiyyət istəyənlərin faizi 5-ə enmişdir, mühafizəkar təbəqə get-gedə dünyəviləşir Türkiyədə demokratiya və hüquq günbəgün inkişaf edib kök atır, ölkə addım-addım Avropa Birliyinə irəliləyir. Bu prosesə dəstək verən hərəkatın fikir öndərinin Türkiyəyə Xomeyni kimi qayıdacağını iddia etmək olduqca əsassızdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.