Fəthullah Gülənin Türkiyədəki məhkəmə prosesi və ABŞ miqrasiya məhkəməsi

Mötədil Türk din alimi Fəthullah Gülənin siyasi məqsədli məhkəməsi Türkiyədə insan haquqlarının inkişafında və demokratiyanın güclənməsində böyük rol oynadı. Məhkəmə 2000-ci ildə Ankarada bir dövlət təhlükəsizlik məhkəməsində başladı və 2008-ci ildə Gülənin lehinə qərarın verilməsi ilə nəticələndi. Bu kitab Gülənin məhkəməsini araşdırır, Türkiyənin Avropa Birliyinə doğru keçdiyi inkişaf mərhələlərini tədqiq edir, AB-nin Türkiyədə insan haquqlarında və məhkəmə sistemində islahatlar aparılması barədə tələblərinin Gülən məhkəməsinə necə təsir etməsindən danışır. O cümlədən kitab Türkiyədə siyasi xarakterli məhkəmə ərəfəsində Gülənin ABŞ-a bir din alimi kimi immiqrant statusunda müraciətinə törədilən maneələrin uğursuz nəticəsindən bəhs edir.

1971

  • Hərbi çevriliş (12 mart 1971).
  • Fəthullah Gülən həbs olundu (3 may 1971).
  • Gülən azad edildi: Hərbi məhkəmədə mühakiməsi davam etdi. (9 noyabr 1971).

1972

  • Hərbi məhkəmənin göstərişi ilə həbs qərarı verildi (20 sentyabr 1972).

1973

  • Ali Hərbi Məhkəmə verilən qərarı ləğv etdi (24 oktyabr 1973).

1974

  • Amnistiya qanunu qəbul edildi (18 may 1974). Gülənin məhkəməsi yekunlaşdı.

1995

  • Prokuror Yüksəl Gülənin 1980-cı illərdə qeyri-qanuni əməllər törətməsinə dair açılmış cinayət işi haqda bəraət qərarı verdi.

1997

  • Post-modern çevriliş (28 fevral 1977).

1999

  • KİV-də Gülən əleyhinə təbliğat başladı. (İyun ayının ortaları, 1999) Gülən səhhəti ilə bağlı Amerikaya gəldi (B-2 vizası) (21 mart 1999).
  • Ankara DTM prokuroru Yüksəl Gülən barədə istintaq başlatdı. Gülənin B-2 vizası 20 mart 2000-ə qədər uzadıldı (17 avqust 1999).

2000

  • Prokuror Yüksəl Gülən barədə qiyabi həbs qərarının çıxarılmasını təklif etdi. Gülənin B-2 vizası 20 sentyabr 2000 tarixinə qədər uzadıldı (20 may 2000).
  • Ankara 1 saylı DTM həbs tələbini rədd etdi, prokuror 2 saylı DTM-də alınan qərara etirazını bildirdi. I-129 (din xadimi) vizası 19 iyun 2003 tarixinə qədər təsdiqləndi (20 iyun 2000).
  • Ankara 2 saylı DTM Gülən barədə qiyabi həbs qərarı verdi (11 avqust 2000).
  • İstanbul 2 saylı DTM həbs qərarını ləğv etdi (29 avqust 2000).
  • Prokuror Gülənlə bağlı iddianaməsini məhkəməyə təqdim etdi (31 avqust 2000).
  • Məhkəmə başladı (16 oktyabr 2000).
  • Dəyişdirilmiş amnistiya qanunu (21 dekabr 2000-dən etibarən qüvvədə olan); Gülən bu amnistiya qanunundan yararlanmaqdan imtina etdi.

2001

  • Gülənin andlı ifadəsi Nyuvarkda ABŞ Federal prokurorluğunda alındı (28 noyabr 2001). Gülən I-360 (xüsusi immiqrant din xadimi) vizası üçün müraciət etdi (30 aprel 2001).

2002

  • Milli Məclis amanistiya qanununu qəbul etdi. Rəxşan* amnistiyası (21 may 2002). ABŞ İmmiqrant İdarəsi Gülənin I-360 vizasını təsdiqlədi (7 avqust 2002)
  • HSYK prokuror Yüksəlin əxlaqsız kasetləri ortaya çıxandan sonra onun başqa vəzifəyə təyin etdi (21 oktyabr 2002). Gülən ABŞ-da daimi məskunlaşma və iş vizası üçün müraciət etdi (18 oktyabr 2002).

2003

  • “Balyoz” çevriliş planı hazırlandı.
  • Ağır Cinayətlərə Dair İş üzrə Məhkəmədə son məhkəmə iclası (3 mart 2003).
  • Məhkəmə Konsitusiyanın 4616-cı maddəsinə əsasən qərarını beş il təxirə saldı (10 mart 2003). Türk səlahiyyətli şəxslərindən tələb olunan təhlükəsizlik istintaqı yekunlaşdırıldı. (Gülənin heç bir cinayət əməli təsbit olunmadı) (16 sentyabr 2003).
  • Gülənin vəkilləri və prokuror təxirsalınma qərarına etiraz etdi, amma Ankara saylı DTM bu etirazı rədd etdi (3 aprel 2003). ABŞ Miqrasiya İdarəsinin ilk intervüsu (17 sentyabr 2003).
  • Konsitusiyanın 4928-ci maddəsinə əsasən (15 iyul 2003-dən etibarən qüvvədə olan) 3713 saylı TMK-nın 1-ci maddəsindəki “terror təşkilatı” ifadəsi dəyişdirildi. ABŞ Miqrasiya İdarəsi Gülənə 9 oktyabr 2004-ə qədər səyahət sənədi (advance parole) verdi.

2004

  • Türkiyə dövləti DTM-ni (Devlet Güvenlik Mahkemesi- Dövlət Təhlükəsizlik Məhkəməsi) ləğv etdi. Gülənin məhkəmə işi Ankara XI Ağır Cinayətlər İşi üzrə Məhkəməyə verildi (iyun 2004). Viza işi getdikcə ləngiməyə başladı. Sənəd Filadelfiya Miqrasiya İdarəsində təxirə salındı.
  • Səyahət sənədi üçün müraciət (27 oktyabr 2004).

2005

  • Gülənin 2003-cü ildə Miqrasiya İdarəsində qeydə alınan və FTB və MKİ-ya göndərilən, daha sonra da itən biometrik kasetlərinin birdən-birə üzə çıxması vəkilinə bildirildi.
  • 756 saylı TCK-nın (Türkiyə Cümhuriyyəti Konsitusiyanın) 313-cü maddəsi 5237-ci maddə ilə dəyişdirildi (Qüvvəyə mindiyi tarix 1 iyun 2005). Vaşinqton İnterpolu Gülənin keçmişdə cinayət törədib-törətmədiyini göstərən ədliyyə qeydiyyat sənədləriniTürk İnterpolundan tələb etdi (10 noyabr 2005).
  • Türk İnterpolunun cavabı: Gülən barədə heç bir cinayət işi qeydə alınmamışdır. Gülən heç bir cinayət və ya terror fəaliyyətində iştirak etməmişdir (25 noyabr 2005).
  • Sənədlər Vaşinqtona göndərildi.

2006

  • Gülənin vəkilləri təkrar məhəkəmə işinin başlanması üçün ərizə verdi (7 mart 2006). ABŞ Miqrasiya İdarəsi Vaşinqtondan gələn nümayəndələrlə birlikdə Gülənlə ikinci dəfə görüşdü (12 yanvar 2006).
  • Ağır Cinayətlərə Dair İş üzrə Məhkəmə Təhlükəsizlikdən Gülənin heç bir zorakılıq və cinayət əməli olub-olmaması barədə hesabat tələb etdi. Hesabatda Gülənin heç bir zorakılıq və cinayət əməl törətmədiyi qeyd olunurdu. (7 mart 2006)
  • ABŞ Miqrasiya İdarəsi axtarış izni olmadan cümə günü Gülənin evini və ərazidəki digər evləri araşdırmağa gəldi. Vəzifəli şəxslər Gülənin vəkilinə zəng edib daimi məskunlaşma vizası üçün müraciətdən imtina etməsini, bunun əvəzində Miqrasiya İdarəsinin Gülənin sənədlərinə özü ABŞ-dan gedəndə gedişinə mane olan heç bir şey işləməyəcəyinə söz verdi (12 may 2006).
  • XI Ağır Cinayətlərə Dair İş üzrə Məhkəmə Gülən haqda bəraət qərarı verdi (5 may 2006).
  • Gülən tələb edilən əlavə sənədləri Filadelfiya Miqrasiya İdarəsinə təqdim etdi (Tələb olunan tarixdə-21 fevral 2006). Əlavə olaraq bəraət haqda məlumat da göndərildi (15 və ya 16 may 2006).
  • Prokuror məhkəmənin bəraəti haqqında kassasiya şikayəti etdi.
  • Miqrasiya İdarəsi səyahət izni sənədini göndərdi, ancaq sənədin etibarlılığı 15 İyul 2006 tarixinə qədər idi və təəccüblü hal idi ki, bir dəfə ölkəyə giriş hüququ ilə məhdudlaşdırılmışdı.
  • Gülən çalışma izni (green card) üçün müraciət etdi (14 avqust 2006).
  • Gülən "yüksək qabiliyyətli əcnəbi pedaqoq" hüququ əldə etmək üçün müraciət etdi. I-140. Cavabın on beş günə çıxması üçün lazım olan 1000 dollarlıq rüsumu ödədi (11 noyabr 2006).
  • Miqrasiya İdarəsi Gülənin I-360 imtiyazlı immiqrant din xadimi müraciətinə müsbət cavab vermədi (14 noyabr 2006).
  • Gülən I-360 qərar haqda şikayət etdi (29 və ya 30 noyabr 2006).
  • Gülən Miqrasiya İdarəsinin səhvi üzündən ləğv edilən I-360 müraciətinə təkrar baxılması üçün müraciət etdi (1 dekabr 2006).
  • Vəkil vizaya on beş günə cavab gəlmədiyi üçün ödənilən 1000$ rusumun geri qaytarılmasını rəsmi şəkildə tələb etdi (14 dekabr 2006).

2007

  • ABŞ Miqrasiya İdarəsi I-360 viza müraciətinin ləğvi haqda qərarı qüvvədən saldı (25 aprel 2007).
  • Gülən immiqrant statusunun təsdiqi üçün Miqrasiya İdarəsinin əleyhinə iddia qaldırdı (25 may 2007).
  • Polis əməliyyatı ilə əldə olunan məlumatlara əsasən Ergenekon məhkəməsi başladı (12 iyun 2007).
  • Miqrasiya İdarəsi Gülənin I-360 müraciətini ləğv etdi (21 avqust 2007).
  • Miqrasiya İdarəsi Gülənin I-140 müraciətini rədd etdi (19 noyabr 2007).

2008

  • Beş hakimdən ibarət Ali Məhkəmə IX Cəza Dairəsi heyəti səsbirliyi ilə Gülənin bəraət qərarını təsdiqlədi (5 mart 2008). ABŞ Miqrasiya İdarəsi I-360 viza tələbinin rəddinə etirazı rədd etdi (7 mart 2008).
  • Prokuror Ali Məhkəmə Heyətini şikayət etdi. Fəthullah Gülənin I-140 müraciətini ABŞ Miqrasiya İdarəsinin rədd etməsi ilə əlaqədar qərar dərc olundu; hakim Daxili Təhlükəsizlik Nazirliyinin Gülənin 1 avqust 2008-də I-140 vizası üçün verdiyi ərizənin qəbul edilməsi haqda qərar verdi. (16 iyul 2008).
  • Ali Məhkəmənin Cəza Heyəti 17-yə (lehinə) qarşı 6 (əleyhinə) səslə bəraət qərarını təsdiqlədi. (24 iyun 2008) Hakim I-360 məsələsi ilə əlaqədar müdafiə tələb etdi (26 sentyabr 2008).
  • ABŞ Miqrasiya İdarəsi Fəthullah Gülənə I-485 daimi məskunlaşma üçün viza müraciətini (green card) nəhayət qəbul etdi (10 oktyabr 2008).

2009

  • Tərəflər könüllü olaraq iddiadan əl çəkdi (25 fevral 2009).
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.