1980-1988

5.09.1980 Bornovada son vəzini verdi və Türüut Özal ilə görüşdü

12 sentyabr 1980-ci ildə hərbi müdaxilədən bir həftə əvvəl, yəni 5 sentyabr cümə günü son vəzini vermək üçün kürsüyə çıxdı. Vəzdən sonra Turqut Özal ilə məsciddə imam otağında görüşdü.

12.09.1980 Hərbi çevriliş

1980-cı ilin 12 sentyabr tarixindəki çevrilişin arxasınca vəzifəsini davam etdirə bilmədi. Həkim komissiyasından 45 günlük bir arayış aldı.

 “12 sentyabrdan əvvəl baş verən hadisələrin çevrilişə edilən bir cəhd mahiyyətində olduğunu başa düşmək üçün zənnimcə, nə xüsusi fərasətə, nə də kəhanətə ehtiyac vardı. Məsələyə bu yöndən baxanda olma ehtimalı olan bir çevrilişi mən də hər kəs qədər hiss edirdim və ətrafıma dediyim şeylər də buna bənzər sözlər idi.

Məncə, 12 sentyabr çevrilişinin digər çevrilişlərdən fərqli cəhəti yox idi. Yenə də gənclər silahlı və küçədə.. yenə dillərdə Marks və Lenin.. yenə kin və nifrət.. yenə təxribatçı siyasət və məclis polemikası.. yenə müdaxiləyə dəvətlər və yenə “hələ bir yıxaq, nə edəcəyimizi sonra oturub fikirləşərik” kimi geridə qalmış ölkələrin psixalogiyasıyla hərəkət etmək xəstəliyi hər tərəfi sarmışdı. Heç kimin, heç kəsi qəbul etmədiyi, ən xırda fəqrliliklərin problem halına gətirildiyi bir mühitdə müdaxilə üçün hər şey hazırdır. Və yenə də süni sağ-sol hekayəsi azadlıq və demokratiyanın qətl edilməsilə nəticələnəcəkdi.

Bu arada bunu da qeyd edim ki, bu son hərəkatın memarları bəzi müsbət işlər də gördülər. Toplumu diriltmək üçün bir daha silkələdilər. Sovet imperiyasının yıxılma ərəfəsində macəracı gənclərin Türkiyəni sovetlərin peykinə çevirmə oyununu boşa çıxartdı və ölkəmizin çıxılmaz bataqlığa düşməsini bilərək və ya bilməyərək qarşısını aldılar. Bəzi dəyərli vətən övladlarına millətinə xidmət etmə yollarını açdılar..”

25.11.1980 Çanaqqalaya təyin

Çanaqqala mərkəz vaizliyinə təyin edilsə də, səhhətinə görə vəzifəsinə başlaya bilmədi.

“Çevrilişin bu ilk günlərində mənimlə daha çox İzmir əmniyyəti məşğul olurdu. Bu səbəblə axtarılmağım bir tərəfdən məhəlli sayılırdı. Türkiyə miqyasına yayılması daha sonra oldu. Ona görə də təyinimin İzmirdən xaric olmasını istədim. Bəlkə bir çarə olar deyə düşünürdüm. Buna görə gedib Təyyar bəylə görüşməyə qərar verdim. Bir müddət qapıda gözlədim. Sonra yanına girdim. Bəzi sənədlərlə məşğul idi. İşini bitirənə qədər gözlədikdən sonra məsələ haqda görüşə bildik.. Çanaqqalaya təyin edildim.”

20.03.1981 Vaizlikdən istefa etdi

1980-cı ili 12 sentyabr hərbi çevrilişinin arxasınca fövqaladə vəziyyət elan edildi. Şərtlərin ağırlığına görə vaizlikdən istefa verdi.

 “Çevrilişdən bir gün əvvələ aid 11 sentyabr tarixli arayışım vardı. İndi isə arayışını vaxtı da bitmişdi. Ya bir arayış almalıydım, ya da gedib vəzifəmə başlayacaqdım. Keçmişdən tanıdığım və çox sevdiyim bir həkim yoldaşımdan telefonla arayış verib verə bilməyəcəyini soruşdurtdum. Düzdü, alınan arayışların keçərli olub olmayacağını da bilmirdim. O dövrdə fövqaladə hal da vardı və qanunlar vəzifəli şəxslərin idi, dodaq arasında kilidliydi. Onlar nə desə, bir baxıma qanun da o olurdu. Mən axtarışda olan adam olduğuma görə aldığım arayışlar çox rahatlıqla saxta sayıla bilərdi. Buna baxmayaraq, istefa edənə qədər çalışdım və işi arayışlarla ötürməyə çalışdım.”

1985 Anadolunu dolaşdı

1983-cü ildə sərbəst seçimlər olmasına baxmayaraq, aparılan proseslərdə hərbin izləri görünürdü. Buna görə də heç yerdə vəz vermirdim. Anadolunun bir çox şəhərini gəzdim. Köhnə dost və qohumlarımı ziyarət etdim. Bu ziyarətlərdən biri də Ahlata idi. Əcdadımın yurdunu ziyarət elədim.

12.01.1986 Burdurda həbs edildi və sonra azad edildi

Axtarış adı altında Burdurda həbs edildi. Uzun sorğu-sualdan sonra İzmirə gətirildi. Axtarış əmrinin İzmirlə də əlaqəsi olmadığı ortaya çıxanda  azad edildi.

06.04.1986 Böyük Çamlıca məscidində 6 il fasilədən sonra vəz verdi

Həm Merac qəndili, həm də Böyük Çamlıca məscidinin açılışı münasibətilə altı illik fasilədən sonra ilk dəfə kürsüyə çıxdı.

06.06.1986 Həccə getdi

Həccdə olarkən Diyarbəkirdə Mehmet Özyurd məhkəməsilə əlaqə qurularaq haqqında təhdid qoyuldu. Dostlarının Mədinədə qalıb yaşama təklifini israrla rədd etdi. Hər nə cür olursa-olsun, tutulmadan Türkiyəyə gəlib günahsız olduğunu göstərmək məqsədi ilə Suriya üzərindən və min cür zəhmətlə sərhəddən keçərək Kilisə gəldi. Buradan İzmirə keçdi və  Fövqaladə Hallar Komandirliyinə təslim oldu. Günahsız olduğu aydın olduqdan sonra azad edildi.

01.07.1988 “Yeni Ümid” jurnalında başyazılara başladı

İlk nömrəsi 1 iyun 1988 ildə çıxan və üç aylıq silsilələrlə nəşrinə davam edən “Yeni Ümid” jurnalında başyazılar yazmağa başladı. Bu jurnalda yazdığı ilk başyazı "Yeni ümidin mütəvazi iqlimində" adlanırdı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.