1989

13.01.1989 Üsküdarda Validə Sultan məscidində vəz verməyə başladı

İstanbulda 13 yanvar 1989-cu ildə Üsküdar Validə Sultan məscidində vəz verməyə başladı. Bundan qabaq, axırıncı dəfə 6 aprel 1986-cı ildə Çamlıca məscidinin açılışında Merac qəndili münasibətilə vəz vermişdi. Üsküdar vəzləri 1 ildən çox, 16 mart 1990 tarixinə qədər (62 həftə) davam etdi. Verdiyi bu vəzlərdə bütün yönlərilə Peyğəmbət Əfəndimizdən və Onun sünnətindən bəhs etdi. Bu vəzlər daha sonraları “Sonsuz nur” adı altında 3 cildlik kitab halına gətirildi. 1989-cu ildə Üsküdar Validə Sultan məscidində həftədə bir cümə günləri, cəmi 51 həftə vəz verdi. Geridə qalan 11 həftəlik vəz isə 1990 ilin 16 mart tarixinə qədər davam etdi.

09.04.1989 Həftəlik vəzlərə başladı

1989-cu ildə, həftədə bir, bazar günləri Süleymaniyyə, Pendik, Sultanəhməd, Baqırköy Yeni Məhəllə, İzmirdə Hisar və Şadırvan məscidlərində vəzlər verdi. Bazar vəzlərini müxtəlif məscidlərdə verən Fəthullah Gülən, Ramazan ayı boyunca, ayrıca çərşənbə axşamları Fatih məscidində iftardan sonra Təravih namazına qədər vəzlər verdi. Ramazanın son çərşənbə axşamı gecəsi Qədr gecəsinə düşdüyünə görə həmin gecə verilən vəz Qədr gecəsi haqqında oldu. Ayrıca burada 1989-cu ilin 6 may günü Ramazan bayramı vəzini də verdi. Qeyd elədiyimiz kimi, Fatih məscidi vəzləri sadəcə Ramazan ayına məxsus olub, digər vəzlər isə bazar günləri müxtəlif məscidlərdə verilən vəzlərdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.