Fəthullah Gülən Xocaəfəndi Ankarada baş verən terror aktında vəfat edənlərin yaxınlarına başsağlığı verib

Fəthullah Gülən Xocaəfəndi Ankarada baş verən terror aktında vəfat edənlərin yaxınlarına başsağlığı verib

Ölkəmizin ürəyi − paytaxt Ankaranın mərkəzində törədilən amansız terror aktı yenə ürəyimizi dağladı. Keçmişdən bəri millətimizin gələcəyini qaraltmağa çalışan şər qüvvələr yenə məsum insanları hədəfə aldılar.

Xəyanətkar tinətli şər qüvvələr bütün dini və əxlaqi sistemlərdə qadağan olunan amansız cinayətlərlə bu torpaqlarda xaos çıxarmağa, əziz millətimizin tərəqqisinin qarşısını almağa və aramıza təfriqə salmağa çalışırlar. Ümid və duam odur ki, Allahın izni və inayəti ilə günahsız Anadolu xalqının səbiri, sağlam düşüncəsi və mötədilliyi şər qüvvələrin pis niyyətlərini puça çıxaracaq.

Ankarada xaincəsinə törədilən bu partlayışda vəfat edən vətəndaşlarımıza Allah-taaladan rəhmət və əfv, kədərli ailələrinə və yaxınlarına səbir diləyirəm. Yaralanan vətəndaşlarımıza Şafe olan Allahdan şəfalar niyaz edirəm.

Səbəbi nə olur-olsun hər növ terroru və bu cinayəti törədənləri bir daha lənətləyir, daxildə və xaricdə ölkəmizin gələcəyini qaraltmağa fürsət axtaran insi şeytanlara imkan verməmək üçün daha ehtiyatla hərəkət edilməsini və bütün tədbirlərin görülməsini diləyir, əziz millətimizə başsağlığı verirəm.

M.Fəthullah Gülən

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.