Fəthullah Gülən Xocaəfəndi Misir xalqına başsağlığı verdi

Fəthullah Gülən

Hal-hazırda Misirdə cərəyan edən hadisələr məhzun və məzlum İslam coğrafiyasını sarsıtmaqdadır. Ahu-ənin içində tökülən göz yaşlarının həddi-hüdudu yoxdur. Təəssüf ki, nə məsum insanların qanlarının tökülməsi, nə göz yaşlarının sel olub axması, nə də ürəklərin dağlanması beynəlxalq aləmdə mərhəmət hislərini oyatmır, onları az da olsa insafa gətirmir. Ağrılı haldır ki, bütün bu zülmlərin qarşısını almağa nə əlimiz yetir, nə də dilimiz. Acizliyimizi və gücsüzlüyümüzü dərk edərək hər şeyə gücü yetən “Qüdrəti sonsuz”a üz tutur, Rəhman və Rəhim olan Allahın uca dərgahında diz çöküb müsəlmanları haqsızlıq, məzlumluq və məhkumluqdan xilas etməsini niyaz edirəm. Qətliam zamanı dünyasını dəyişən günahsız mülki insanlara Cənabi-Mövladan rəhmət və əfv, qardaş Misir xalqına başsağlığı diləyirəm.

Fəthullah Gülən

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.