Fəthullah Gülən Xocaəfəndi Somada baş verən faciədə dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib

Fəthullah Gülən Xocaəfəndi Somada baş verən faciədə dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib

Ailələrinin ruzisini təmin etmək məqsədi ilə çox çətin şəraitdə çalışır, qazandığı halal ruzini qan-tər içində evinə aparırdılar. Heç bir söz onların ayrılıq acısını ifadə edə bilməz və təsəlli etməz. Gözümüzdə yaşlarla onların kədərinə şərik olmaq, dualarla yalvarmaqdan başqa əlimizdən bir şey gəlmir.

Somada vəfat edən mədən işçilərimizə Allahdan rəhmət və əfv, yaralılara tezliklə şəfa, ailələrinə gözəl səbir niyaz edirəm. Dağıntılar altında qalanların tezliklə xilas edilməsi duası ilə millətimizə başsağlığı diləyirəm. Allah bizi başqa müsibətlərdən hifz etsin.

M. Fəthullah Gülən