Fəthullah Gülən Xocaəfəndidən İbrahim Tatlısəsə şəfa diləyi

Allahın bəxş etdiyi nadir səsi və ifası ilə ölkəmizin havasından, rəngindən süzülən türküləri nəinki xalqımıza, bütün dünyaya sevdirən, illərlə milli musiqimizə xidmət edən dəyərli sənətkar İbrahim Tatlısəsin həyatından o təəssüf doğuran hücumdan sonrakı təhlükənin sovuşması haqda eşitdiyim xoş xəbər məni çox sevindirdi.

İbrahim Tatlısəsə, yaxınları və sevənlərinə dərin üzüntümü bildirir, onun tezliklə sağalıb məmləkət türkülərini ifa etdiyi günlərə qayıtmasını diləyirəm.

M. Fəthullah Gülən