Fəthullah Gülən Diyarbəkirdə törədilmiş terror aktı nəticəsində şəhid olan əsgərlərin yaxınlarına baş sağlığı verdi

Əmin-amanlığı pozmaq, qardaşları bir-birinə düşmən etmək və millətimizin içinə ayrılıq toxumları səpmək istəyən terror çirkin üzünü bu dəfə də Diyarbəkirin Silvan çölündə göstərdi. Ölkəmizin dövlətlərarası müvazinətdə tarazlıq amili olmağa doğru yürüdüyü və iqbal ulduzunun parlayacağına dair ümidlərin boy atdığı bir dövrdə baş verən bu məlun hücum terror mərkəzlərinin və onları dəstəkləyənlərin millətimizin önünü kəsmək niyyətində olduğunu və buna çalışdığını bir daha ortaya qoydu. Müqəddəs üç ayda və Bəraət gecəsi ərəfəsində meydana gələn və millətimizi dərindən yaralayan bu xain hücumu lənətləyir, vətənin müdafiəsi uğrunda canlarını fəda edərək bəraət fərmanı alan və şəhidlik şərbəti içən şəhidlərimizə, həmçinin İzmirdə təlim uçuşunda qəzaya uğrayan təyyarənin xalqa zərər verməməsi üçün canını qurban edən pilotlara Mövladan rəhmət, onları yetişdirən ana-atalarına, Türk Silahlı Qüvvələrinə və millətimizə səbri-cəmil diləyirəm.

M. Fəthullah Gülən

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.