Fəthullah Gülənin "Hira" jurnalının yığıncağına göndərdiyi ismarıc

Fəthullah Gülən Xoca Əfəndi 2008-ci ilin noyabr ayının 12-də Misirin paytaxtı Qahirədə keçirilən "Hira" Jurnalının təqdimat yığıncağına bir ismarıc göndərdi. Gülən ismarıcında:

"Hira" Jurnalı ilə qardaşlıq bağlarımızı yenidən qurduğumuzu və inanca bağlı birliyimizi yenidən canlandırdığımızı düşünür, hiss edirik. Çünki bünövrəmiz bir, inancımız bir, tariximiz bir və dolayısilə, həsrət və xəyallarımız da birdir. Qəlbi və ruhi bağların təsis edilməsində könüldən qopan gözəl söz həyati əhəmiyyətə malikdir. Gözəl söz bağlı qəlbləri açan möhtəşəm bir açar, ölü ruhları dirildən sehrli bir iksirdir.

Zənnimizcə, bu gün üləma və fikir adamları ilə eyni ailəyə mənsub fərdlər arasında yenidən elm, ürfan və mədəniyyət körpüləri qurmaq üzərində ciddi şəkildə durulacaq bir məsələdir. Bunun sayəsində, fərqli dünyagörüşləri qarşılıqlı olaraq paylaşıla bilər, insanlığın qanayan yaralarına həll yolları tapıla bilər, ruhları yandırıb-yaxan ümidsizlik düşüncəsinin önü kəsilə bilər və gənc nəsillər Mərhəməti-Sonsuzun əngin atmosferində hüzur tapıb həqiqi səadətə nail ola bilərlər. Əgər hikmətlə yoğrulmuş gözəl söz səmimiyyətlə könüllərə girə bilsə, etidal və müvazinət ədalı Quran üslubunun işığı altında həqiqi mahiyyəti ilə təmsil edilə bilsə, yer üzü bir daha sevgi, sülh və xoşgörünün qədəm basdığı bir altun dövrü yaşayacaq.

Bu gün insanlıq İslamı hal və hərəkətləri ilə təmsil edəcək könül ərlərinə hər zamankından daha çox möhtacdır. Fərqli mədəniyyətlərlə bəşəriyyətin ortaq məxrəcində möhkəm bağlar quracaq, sevgi və mərhəmətə əsaslanan İslamın ümumbəşəri sədasını duyuracaq könül ərlərinə. Belə bir həmlənin ilk addımı da eyni ailənin fərdləri arasında dialoq körpüləri qurmaqdır. Ərəb dünyası ilə Türk dünyası arasındakı qardaşlığın yenidən təsisində, Quran ruh və mədəniyyətinin yenidən canlanmasında "Hira" jurnalının bir fikir və mədəniyyət körpüsü meydana gətirməsi ən böyük təmənnamızdır.

Fəthullah Gülən