Filosofların qısa bioqrafiyası

M. Fəthullah Gülən (1938)

1938-ci ildə Ərzurumun Həsənqala rayonunun Qorucuq kəndində dünyaya gələn Fəthullah Gülən türkiyəli alim, mütəfəkkir, natiq, yazıçı və şairdir. Dini elmləri Ərzurumun böyük alimlərindən öyrənmiş, qəlbindəki elm eşqi ilə tarix, fəlsəfə, sosiologiya və sənət kimi digər elm sahələri ilə də məşğul olmuşdur.

1959-cu ildə Türkiyə Cümhuriyyəti Diyanət İşləri üzrə Dövlət Komitəsinin nəzdində rəsmi işə başlayan Gülən təqribən 30 il Türkiyənin Ədirnə, Qırxlareli, İzmir, Ədrəmit, Manisa, Çanaqqala və s. bölgələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu illər ərzində həyəcanlı və səmimi söhbətləri, verdiyi xütbə, vəz və konfranslar xalqda dərin bir həyəcan, milli-mənəvi dəyərlərə etimad, xidmət eşqi və şövqü meydana gətirmiş, Anadolu insanının sevgisini, ehtiram və hüdudsuz etimadını qazanmışdır.

M. Fəthullah Gülənin yeni yetişən nəsillərin qəlblə ağlın bütövlüyü içində, ümumbəşəri insani dəyərlər çərçivəsində təhsili və gələcəyə hazırlanması perspektivində irəli sürdüyü fikirlər Anadolu insanına üfüq açmışdır. Məhz Gülənin təşviqi ilə 1990-cı illərdə ilk öncə Türkiyədə, Sovet İttifaqının dağılması ilə də ilki Azərbaycanda olmaqla Orta Asiya ölkələrində və sonra da dünyanın yüzdən çox dövlətində təhsil müəssisələri açılmışdır.

İdeyası, fikri memarlığı və təşviqi Fəthullah Gülənə aid olan bu müəssisələrin təhsildə və beynəlxalq olimpiadalarda qazandığı uğurlar başda Türkiyə olmaqla fəaliyyət göstərdikləri bütün ölkələrdə yüksək səviyyəli dövlət rəsmilərinin, sosioloqların, tanınmış idmançı və incəsənət xadimlərinin, alimlərin, mətbuat orqanları, sivil toplum qurumlarının (QHT-lərin) və xalqın rəğbətini, təqdir və minnətdarlığını qazanmışdır. Təhsildə əldə olunan müvəffəqiyyətlər Türkiyə və dünya ictimaiyyətinin diqqətini Fəthullah Gülənə və “Könüllülər Hərəkatı” adlandırılan xidmətlərə yönəltmişdir.

90-cı illərdə Türkiyədə gərginlik və qütbləşmə get-gedə artmağa başlamışdı. 1994-cü ildə Fəthullah Gülənin fəxri sədrliyi ilə qurulan, insanlığı ümumbəşəri sülhə yönəltməyi qarşısına məqsəd qoyan Gazeteciler ve Yazarlar Vakfının (Jurnalistlər və Yazarlar Vəqfi) açılışı, burada müxtəlif dünyagörüşünə malik insanların iştirakı, Fəthullah Gülənin çıxışının doğurduğu əks-səda həm diqqəti onun fikirlərinə yönəltmiş, həm də Türkiyədəki gərgin ab-havanın yumşalmasına və əmin-amanlığın bərqərar olmasına böyük töhfə vermişdir. Fəthullah Gülənin təşviqi ilə Vəqfin nəzdində təşkil edilən “Abant Platforma”ları ixtilafa səbəb olan mövzularda fərqli fikirlərə malik ziyalıları bir masa ətrafında birləşdirmişdir.

90-cı illər eyni zamanda bütün dünyada mədəniyyətlər və dinlərarası qarşıdurmalardan, münaqişələrdən də bəhs edilən illər idi. Türkiyədə müxtəlif təbəqələr arasında təşkil olunan dəyirmi masa, qarşılıqlı müzakirə, birgə konfranslar təcrübəsini fərqli dinlərin nümayəndələri arasında da təsis etmək istəyən Fəthullah Gülən dialoq və hər kəsi öz mövqeyində öz dəyərləri ilə qəbul etmə mənasında xoşgörü (tolerantlıq) fəaliyyətlərini başlatmışdır. Bu məzmunda Türkiyədə müxtəlif dinlərin görkəmli nümayəndələrini ziyarət edən, onları qəbul edən Fəthullah Gülən fərqliliyə baxmayaraq birgəyaşayışın və qarşılıqlı anlayışın mümkünlüyünü dilə gətirmişdir.

Bu fikir və fəaliyyətləri ilə dünya ictimaiyyətinin diqqətini çəkən Fəthullah Gülən 1997-ci ildə Amerikada ADL Rəhbəri Abraham Foksman (Abraham Foxman), Xristianlar arasında böyük nüfuzu olan Kardinal Con Okonnor (John O’Connor) və 1998-ci ildə Vatikanda Papa II Jan Paulla (John Paul) görüş keçirmişdir. Bu görüşlər mədəniyyətlər və dinlərarası ittifaq və dialoqa böyük töhfə vermişdir. 1999-cu ildə müalicə üçün getdiyi Amerikada 11 Sentyabr hadisəsindən sonra söylədiyi “Müsəlman terrorist, terrorist də müsəlman ola bilməz” sözü də dünya ictimaiyyətində güclü əkssəda doğurmuşdur.

Fikirləri və aksiyonu bütün dünyada maraqla qarşılanmış, şəxsiyyəti və əsərləri araşdırma və müzakirələrin başlıca mövzusuna çevrilmişdir. Artıq onun ideyaları böyük mütəfəkkirlərlə müqayisəyə, fikirləri Amerikanın əyalət senatlarında, Londonun Lordlar Palatasında, Rusiyanın Dövlət Dumasında müzakirəyə, əsərləri əcnəbi ölkələrin məşhur universitetlərində onun adına açılmış kafedra və institutlarda tədqiqata cəlb edilir, aksiyonu müxtəlif dövlətlərdə təşkil olunan konfranslarda araşdırılır. Başda Amerika, Türkiyə, Rusiya, İtaliya, Ukrayna və s. ölkələri olmaqla bir çox dövlətlərin nüfuzlu televiziya, jurnal və qəzetləri ondan müsahibələr alır, sülh, sevgi və qardaşlıq mövzusunda keçirilən beynəlxalq konfranslar onun fikirlərinə, məsləhətlərinə müraciət edir.

Başda “Dünyanın yaşayan ən böyük intellektual insanı” (2008-ci ilin iyun ayında ABŞ-ın məşhur “Foreign Policy” jurnalının internetdə keçirdiyi “Dünyanın yaşayan ilk 100 intellektual insanı” adlı sorğunun qalibi olaraq) olmaqla bir çox mükafatlara layiq görülmüşdür.

Səhhətindəki problemlərinə görə hazırda Amerikada yaşayan M. Fəthullah Gülən tirajı milyonları keçən səsli, görüntülü və yazılı əsərləri ilə Türkiyənin ən çox izlənilən və oxunan mütəfəkkiridir. Müxtəlif jurnal və qəzetlərdə çox sayda məqalələri dərc olunmuş, əsərləri bir çox dillərə tərcümə edilmişdir. Hazırda 60-dan çox kitabı nəşr olunmuşdur. Həmçinin müxtəlif yerlərdə verdiyi vəz və konfranslarla yanaşı, dini, elmi, fəlsəfi, ədəbi, aktual mövzularda bir çox suallara bədahətən verdiyi cavablarını əks etdirən maqnitofon və video qeydləri vardır.

F. Gülənin nəşr olunan əsərləri:

Fatiha Üzerine Mülahazalar, Nil Yayınları.
Kur’ân’dan İdrake Yansıyanlar, Nil Yayınları.
Sonsuz Nur 1- İnsanlığın İftihar Tablosu Hayatı, Nil Yayınları.
Sonsuz Nur 2- İnsanlığın İftihar Tablosu Hayatı, Nil Yayınları.
Sonsuz Nur 3- Sünnetin Tesbiti ve Teşri’deki Yeri, Nil Yayınları.
Kalbin Zümrüt Tepeleri 1-4, Nil Yayınları.
İnsanın Özündeki Sevgi, Ufuk Yayınları, 2003.
Asrın Getirdiği Tereddütler 1-4, Nil Yayınları, 1983-2002.
Ölüm Ötesi Hayat, Nil Yayınları.
İrşad Ekseni, Nil Yayınları.
Varlığın Metafizik Boyutu 1-2, Nil Yayınları.
İla-yi Kelimetullah veya Cihad, Nil Yayınları, 1996.
Yaratılış Gerçeği ve Evrim, Nil Yayınları.
Kırık Testi, Gazeteciler ve Yazarlar Vakfı Yayınları, 2002.
Sohbet-i Canan (Kırık Testi 2), GYV Yayınları, 2003.
Gurbet Ufukları (Kırık Testi 3), GYV Yayınları, 2004.
Ümit Burcu (Kırık Testi 4), GYV Yayınları, 2005.
İkindi Yağmurları (Kırık Testi 5), GYV Yayınları, 2006.
Diriliş Çağrısı (Kırık Testi 6), GYV Yayınları, 2007.
Ölümsüzlük İksiri (Kırık Testi 7), GYV Yayınları, 2008.
Vuslat Muştusu (Kırık Testi 8), GYV Yayınları, 2008.
Kalb İbresi (Kırık Testi 9), GYV Yayınları, 2010.
Kitap ve Sünnet Perspektifinde Kader, Nil Yayınları, 1996.
İnancın Gölgesinde 1-2, Nil Yayınları, 1991-1992.
Fasıldan Fasıla 1-4, Nil Yayınları.
Fikir Atlası (Fasıldan Fasıla 5), Nil Yayınları..
Enginliğiyle Bizim Dünyamız (İktisadî Mülâhazalar), Nil Yayınları.
Prizma 1-4, Nil Yayınları.
Kendi İklimimiz (Prizma 5), Nil Yayınları.
Yol Mülâhazaları (Prizma 6), Nil Yayınları.
Zihin Harmanı (Prizma 7), Nil Yayınları.
Çizgimizi Hecelerken (Prizma 8), Nil Yayınları.
Mealli Dua Mecmuası (Me’surat), Nil Yayınları, 2000.
El-Kulûbu’d-Dâria (Yakaran Gönüller), Define Yayınları, 2005.
Ramazan Ufku Seti (2 Kitap ve 2 CD), Işık yayınları, 2007.
Çekirdekten Çınara, Nil Yayınları, 2002.
Çocuğun Dini Eğitimi (Dinimi Öğreniyorum Seti 4), Nil Yayınları.
Tekellüm 1-5 (Arapça Öğretim Seti), Nil Yayınları, 1998.
Hitap Çiçekleri, Nesil Yayınları, 1997.
Vaaz Külliyatı 1- 2- 3 (33 CD), Nil Yayınları.;
Çağ ve Nesil, Nil Yayınları, 1982.
Buhranlar Anaforunda İnsan (Çağ ve Nesil 2), Nil Yayınları, 1986.
Yitirilmis Cennette Doğru (Çağ ve Nesil 3), Nil Yayınları, 1988.
Zamanın Altın Dilimi (Çağ ve Nesil 4), Nil Yayınları, 1992.
Günler Baharı Soluklarken (Çağ ve Nesil 5), Nil Yayınları, 1994.
Yeşeren Düşünceler (Çağ ve Nesil 6), Nil Yayınları, 1997.
Işığın Göründüğü Ufuk (Çağ ve Nesil 7), Nil Yayınları, 2001.
Örnekleri Kendinden Bir Hareket (Çağ ve Nesil 8), Nil Yayınları, 2004.
Sükûtun Çığlıkları (Çağ ve Nesil 9), Nil Yayınları, 2008.
Ölçü veya Yoldaki Işıklar 1-4, Nil Yayınları, 1985-1992.
Beyan, Nil Yayınları.
Dua Ufku, Nil Yayınları.
Kalbin Solukları, Nil Yayınları.
Ruhumuzun Heykelini Dikerken, Nil Yayınları.
Kendi Dünyamıza Doğru (Ruhumuzun Heykelini Dikerken 2), Nil Yayınları.
Renklerin Diliyle, Nil Yayınları, 2004.
Hüzmeler ve İktibaslar, Nil Yayınları, 1997.
Renkler Kuşağında Hakikat Tomurcuklar, Nil Yayınları, 1995.
Kırık Mızrap 1-2, Nil Yayınları, 1991-2000.
Kuran’ın Altın İkliminde, Nil Yayınları, 2010

Kitablaşdırılmış müsahibələri:

Nuriye Akman, Gurbette Fethullah Gülen, Zaman Kitap, 2004.
Nevval Sevindi, Fethullah Gülen ile New York Sohbeti, Sabah Kitapçılık, 1997.
Mehmet Gündem, Fethullah Gülen’le 11 Gün, Alfa Basım Yayım Dağıtım, 2005.
Eyüp Can Sağlık, Fethullah Gülen Hocaefendi ile Ufuk Turu, Milliyet Yayınları, 1981-2009.
Nevval Sevindi, Fethullah Gülen ile Global Hoşgörü ve New York Sohbeti, Timaş Yayınları, 2002.
İsmail Ünal, Fethullah Gülen’le Amerika’da Bir Ay, Işık Yayınları, 2001.
Osman Özsoy, Fethullah Gülen Hocaefendi ile Canlı Yayında Gündem, Alfa Basım Yayım Dağıtım, 1998.
Bilinmeyen Yönleriyle Fethullah Gülen - 2 CD, 32. Gün, Show TV, 1999.

Haqqında təşkil olunan elmi konfranslar:

12/11/2005: ABŞ, Rays (Rice) Universiteti, “Müasir Dünyada İslam: Düşüncə və Praktikada Fəthullah Gülən Hərəkatı” (I).
12/11/2005: ABŞ, Çikaqo, “Gülən Hərəkatı və Dinlərarası Dialoq”.
25-26/11/2005: Avstraliya, Melburn (Melbourne), “İslam, fərdi təhlükəsizlik və əcnəbi düşmənçiliyi”.
05/11/2006: ABŞ, Oklahoma, Rays (Rice) Universiteti, “Müasir Dünyada İslam: Düşüncə və Praktikada Fəthullah Gülən Hərəkatı” (II).
25/10/2007: Böyük Britaniya, Lordlar Palatası, “Dəyişən İslam Dünyası: Fəthullah Gülən Hərəkatının Töhfələri”.
22/11/2007: Hollandiya, Rotterdam, Erasmus Universiteti, “Sülh Şəraitində Birgəyaşayış: Müasir Dünyada Fəthullah Gülənin Sülh Təşəbbüsləri”.
09/04/2008: ABŞ, Dinlərarası Dialoq İnstitutu, “Allahın Adı ilə Zorakılığı Qınama: İslam Nümunəsi”.
07/06/2008: Tayvan, Taybey, “İslam Mədəniyyəti və Düşüncəsi”.
02/11/2008: Misir, Rus alimlərinin Gülən Hərəkatı ətrafında müzakirəsi.
10/11/2008: Almaniya, Mədəniyyətlərarası Dialoq Dərnəyi, “Mədəniyyətlərarası Dialoqun Təşviqçisi – Fəthullah Gülən”.
14/11/2008: ABŞ, Corctaun (Georgetown) Universiteti, “Qlo­bal Sı­naqlar Dövründə İslam: Gülən Hərəkatının Alternativ Perspektivləri”.
28/02/2009: Qırğızıstan, Bişkek, “Yusif Xas Hacibdən Fəthullah Gülənə Dialoq və Tolerantlıq”.
07/03/2009: ABŞ, Luziana (Louisiana) Universiteti, “Müasir Dünyada İslam: Düşüncədə və Praktikada Gülən Hərəkatı” (III).
27/04/2009: Konqo, “Dialoq Fəthullah Gülən Hərəkatının İslamdakı Praktikası və Fikirləri Aspektindən”.
23/05/2009: Qırğızıstan, “Türk Mütəfəkkirlərinin Nəsihətləri və Vəsiyyətləri” (Kaşğarlı Mahmuddan F. Gülənə Türk Mütəfəkkirləri).
26/05/2009: Almaniya, Potsdam Universiteti, “Ənənə və Müasirlik Arasında Müsəlmanlar – Mədəniyyətlər arasında Körpü – Gülən Hərəkatı”.
18/06/2009: Vaşinqton, CSIS, “Gülən Hərəkatı” mövzusunda toplantı.
15/07/2009: Avstraliya, Melburn (Melbourne) Katolik Universiteti, “Fəthullah Gülən” Konfransı.
19/10/2009: Misir, Qahirə, Ərəb Birliyinin Binası, “‘İslam Dünyasında İslahın Gələcəyi: Fəthullah Gülən Hərəkatı ilə Müqayisəli Təcrübələr”.
25/10/2009: Kanada, “Daha Gözəl Bir Dünya Naminə: Gülən Hərəkatının Töhfəsi”.
29/10/2009: Mariland (Maryland) Universiteti, “Dünya Sülhünün Bərqərar Olmasına Gülən Hərəkatının Töhfələri”.
30/10/2009: Kolumbiya, “Fəthullah Gülən Hərəkatı” konfransı.
07/11/2009: Tanzaniya, “Düşüncə və Praktikada Fəthullah Gü­lən” konfransı.
07/11/2009: Almaniya, Köln, “Dalay Lama, Fəthullah Gülən və Marşal Rozenberqə (Marschall Rosenberg) Görə Zorakılıqdan Uzaq Ünsiyyət”.
16/01/2010: İordaniya, Amman, “Müasir İslami Düşüncələr və Dünya Sülhünə Qatqısı: Fəthullah Gülən Təcrübəsi”.
5-7/03/2010: Almaniya, Berlin “Mənəviyyat və Təhsil (F. Gülənin Fikir və Təliminin Müzakirəsi)”.
16-18/03/2010: Hollandiya, Dialoq Akademiyası, “Gülən Hərəkatının Ümumi Analizi” adlı beynəlxalq konfrans.
20/03/2010: Hollandiya, Amsterdam, Vrij Universiteti, “Mövlana Cəlaləddin Rumi və Fəthullah Gülənin Sülh Təşəbbüsləri”.
20/03/2010: Litva, “Mədəniyyətlərin Dialoqu – Dialoq Mədəniyyəti”.
26/03/2010: Norveç, “Sülh Şəraitində Birgəyaşayış Sənəti: Gülən Hərəkatı Timsalında”.
31/03/2010: CAR, “Könüllülər Hərəkatı”.
29/03-6/04/2010: İndoneziya, “Amerikada Gülən Hərəkatının Fəaliyyətləri”.
10/04/2010: Uqanda, Kampala, “Fəthullah Gülən və Qlobal Sülh”.
21/04/2010: Kanada, Ottava, Fəthullah Gülənin “Mənəviyyat Yönümlü Demokratiya” anlayışının müzakirəsi.
9/06/2010: Almaniya, Boçhum Universiteti “Avropa Kon­tek­sində Gülən Hərəkatı – Şimali Ren Vestfalya Əyalətinə Baxış”.
9/06/2010: Ukrayna, “Fəthullah Gülənin Fikirlərinin Humanizm Ənənəsinin Aktuallığı Müstəvisində Müzakirəsi”.
7/10/2010: Hollandiya, Amsterdam, Feliks Meritiks konqres mərkəzi, Dialoq Akademiyası, “Gülən Hərəkatının Ümumi Analizi” adlı beynəlxalq konfrans.
26/10/2010: İndoneziya, “Fəthullah Gülənin təhsil modeli” adlı beynəlxalq konfrans.
28/10/2010: Qırğızıstan, “Sülh və Dialoqun Memarları”.
11-13/11/2010: Amerika, Çikaqo, “Lokal Fəaliyyətlərdən Qlobal Xidmətə”.
29/11/2010: Almaniya, Frankfurt, “İnsana Xidmət: Təhsil və Mənəviyyat”.
26/01/2011: Kanada, Toronto, Mədəniyyətlərarası Dialoq İnstitutu, “Gülənin Təhsil Vizyonu”.
25-26/03/2011: Albaniya, Tirana, “Gülən Hərəkatı”.
28/03/2011: Danimarka, “Dünyagörüşlər Arasında Dialoq və Xidmət Hərəkatı”.

Layiq görüldüyü bəzi mükafatlar:

1995: Türk Ocaqları Vəqfi “Nihal Atsız Türk Dünyası Xidmət Mükafatı” (Türk Ocakları Vakfı “Nihal Atsız Türk Dünyası Hizmet Ödülü”)
1995: Mehmetcik Vəqfi “Təşəkkür Ordeni” (Mehmetçik Vakfı “Teşekkür Beratı”)
1996: Türk Sənayeçi və İşadamları Vəqfi (TÜSİAV) “Xoşgörü Mükafatı” (Türk Sanayici ve İşadamları Vakfı (TÜSİAV) “Hoşgörü Ödülü”)
1997: Yazarlar və Sənətçilər Vəqfi (TÜRKSAV) “Türk Dünyasına Xidmət Mükafatı” (Yazarlar ve Sanatçılar Vakfı (TÜRKSAV) “Türk Dünyasına Hizmet Ödülü”)
1997: Türk Təhsil-Sen “24 Noyabr Təhsil Özəl Mükafatı” (Türk Eğitim-Sen “24 Kasım Eğitim Özel Ödülü”)
1998: “Türk 2000-lər Vəqfi Mükafatı” (“Türk 2000’ler Vakfı Ödülü”)
1998: “Hamdullah Süphi Tanrıövər Türk Ocaqları Kültür Ərməğanı” (“Hamdullah Suphi Tanrıöver Türk Ocakları Kültür Armağanı”)
1998: “İpəkyolu Vəqfi Mükafatı” (“İpekyolu Vakfı Ödülü”)
2001: Türkiyə Yazıçılar Birliyi “Üstün Xidmət Mükafatı” (Türkiye Yazarlar Birliği “Üstün Hizmet Ödülü”)
2007: “Dünyanın Ən Böyük İntellektual insanı” “Forein Polays” (“Dünyanın En Büyük Entelektüel İnsanı” Foreign Policy)
2010: Lids Metropoliten Universiteti (İngiltərə) “Fəxri Doktorluq” (Leeds Metropolitan Üniversitesi (İngiltere)”Fahri Doktora Ünvanı”)

Bəzi kitablara yazdığı ön sözlər:

Bir Başka Açıdan İlim ve Din, “Tarih Boyunca İlim ve Din” (heyet) kitabına, 1998.
Birleşme Noktaları, “Sulh Çizgisi” (İbrahim Canan) kitabına, T.Ö.V., 1979.
“Bir Ah Yüceliği” (Ahmet Ersöz) kitabına, 2001.
“Önden Giden Atlılar” (Harun Tokak) kitabına, Ufuk Kitapları, 2007.
“Türkiye’nin Kimlik Arayışı 1” (Hüseyin Gülerce) kitabına, Marifet Yayınları, 1998.
“Islamic Perspectives On Science”, 1 məqalə, Kaynak Yayınları, 1998.
“Alvarlı Efe Hazretleri: Hace Muhammed Lutfi Efendi” (Ahmed Ersöz) kitabına, Nil Yayınları, 1991.
“İlim ve Din - Yeni Bir Bakış Açısıyla” (Selim Aydın ve dig.) kitabına önsöz, Nil Yayınları, 1998.
“Muhakemat Üzerine Sadeleştirme ve Açıklama” (Abdullah Aymaz), Şahdamar Yayınları.
“110 Soruda Yaratılış ve Evrim Tartışması” (Arif Sarsılmaz), Altın Burç Yayınları.
“Ben Türkiye’deyken (Okyanus Ötesinden Gelen Misafirler)” (Sıtkı ÖZCAN), Kaynak Yayınları.

Fəthullah Gülən və Hərəkat haqqında araşdırmalar:

Ali Ünal, Bir Portre Denemesi, Nil Yayınları, 2002.
Lâtif Erdoğan, Küçük Dünyam: Fethullah Gülen Hocaefendi, Milliyet Yayınları, 1999.
Murat Alptekin, Gurbetteki Öğretmen M. Fethullah Gülen, Muştu Yayınları, 2008.
Abdullah Aymaz, Diyalog Adımları, Gazeteciler ve Yazarlar Vakfı Yayınları 2003.
Ahmet Taşgetiren, Bir Gönül İnsanı, Gazeteciler ve Yazarlar Vakfı Yayınları, 2004.
Ali Bulaç, Din - Kent ve Cemaat Fethullah Gülen Örneği, Ufuk Kitapları, 2008.
Ali Ünal, Advocate of Dialogue: Fethullah Gulen, Fountain Pub., New Jersey, 2000.
Prof. Dr. Faruk Beşer, Fethullah Gülen Hoca Efendinin Fıkıhını Anlamak.
Faruk Mercan, Fethullah Gülen’in Sıradışı Hayatı: ABD’de Geçirdiği Dokuz Yılın Hikayesi, Doğan Kitapçılık, 2008.
Fehmi Koru, Yerli ve Özgün: Nobellik Bir Öykü, Gazeteciler ve Yazarlar Vakfı Yayınları, 2004.
Ferhat Barış, Maskeli Balon Medyatik Bir İnfazın Anatomisi, Timaş Yayınları, 1999.
Küresel Barışa Doğru (Kozadan Kelebeğe 3), GYV Yayınları, 2002.
Hüseyin Gülerce, İslam‘ın Gülen Yüzü, GYV Yayınları, 2004.
İ. Adil Sönmez, Fethullah Gülen Gerçeği: Hukuki Gerçekler Işığında Hoşgörü ve Uzlaşma Aksiyonu Hakkında Bir İnceleme, Kaynak Yayınları, 1998.
Prof. Dr. İbrahim Canan, Fethullah Gülen’in Sünnet Anlayışı, Ufuk Yayınları, 2007.
John L. Esposito, M. Hakan Yavuz, Turkish Islam and the Secular State: The Gülen Movement, Syracuse University Press, Syracuse, New York, 2003. Çeviri: Laik Devlet ve Fethullah Gülen Hareketi, Çeviren: İbrahim Kapaklıkaya, Gelenek Yayınları, 2005.
Mehmet Akar, Gül Adam, Timaş Yayınları, 2001.
Mustafa Armağan (editör), Diyaloğa Adanmış Hayat: Aydınların Kaleminden Fethullah Gülen (Kozadan Kelebeğe 2), Gazeteciler ve Yazarlar Vakfı Yayınları, 2002.
Mustafa Armağan (editör), Medya Aynasında Fethullah Gülen (Kozadan Kelebeğe) Gazeteciler ve Yazarlar Vakfı Yayınları, 1999.
Nuh Gönültaş, Gurbet Lahikası, Samanyolu Yayıncılık, 2008.
Robert A. Hunt, Muslim citizens of the globalized world: contributions of the Gülen movement, The Light Inc, New Jersey, 2007. Çeviri: Küresel Barışa Katkılarıyla Gülen Hareketi, Ufuk Yayınları, 2007.
Selçuk Camcı, Kudret Ünal, Fethullah Gülen’in Konuşma ve Yazılarında Hoşgörü ve Diyalog İklimi, Merkür Yayıncılık, 1999.
Şahin Alpay, Gülen’in Katkısı, Gazeteciler ve Yazarlar Vakfı Yayınları, 2004.
Taha Akyol, Asya’daki Türkiye, Gazeteciler ve Yazarlar Vakfı Yayınları 2004.
Doğu Ergil, 100 Soruda Fethullah Gülen ve Hareketi, Timaş Yayınları. 2010.
Prof. Dr. İbrahim Canan, Fethullah Gülen Hocaefendi’nin Sünnet Anlayışı, Nil Yayınları, 2010.
Yrd. Doç. Dr. İsmail Albayrak, Fethullah Gülen Hocaefendi’nin Tefsir Anlayışı, Nil Yayınları, 2010.
Prof. Dr. Suat Yıldırım, Fethullah Gülen’in Kur’an-ı Hakim’e Yaklaşımı, Nil Yayınları, 2010.
Selman Ünlü, M. Fethullah Gülen’in Eserlerinde Dua, Işık Akademi Yayınları.
İ. Adil Sönmez, Fethullah Gülen Gerçeği, Kaynak Kitaplığı.
M. Enes Ergene, Gülen Hareketinin Analizi: Geleneğin Modern Çağa Tanıklığı, Yeni Akademi Yayınları, 2006.
Ertuğrul Hikmet, Himmeti Milleti Olan İnsan M.Fethullah Gülen, Işık Yayınları.
Osman Şimşek, İbretlik Hatıralar (M.Fethullah Gülen’in Ruh Dünyasına Ayna), Işık Yayınları.
Heyet, Gülen Hareketi Farklı Seslerin Âhengi (Gülen Hareketi İncelemeleri- 1), Işık Yayınları.
Heyet, Uzlaşı Kültürü (Gülen Hareketi -2), Işık Yayınları.
Heyet, Sağduyu Çağrısı, Işık Yayınları.
B. Jill Carroll, Medeniyetler Diyaloğu (Gülen’in İslami Öğretisi ve Hümanist Söylem), Mavi Ufuklar.
Heyet, Barış Köprüleri (Dünyaya Açılan Türk Okulları), Mavi Ufuklar.
Selçuk Camcı, Kudret Ünal, Hoşgörü ve Diyalog İklimi, Merkür Yayınları.
Davut Aydüz, İki Çarpıtma Örneği, Merkür Yayınları.
Helen Rose Ebaugh, Gülen Hareketi, İnanç Tabanlı Bir Sivil Toplumsal Hareketin Sosyolojik Analizi, Dogan Kitap.

Konfutsi (e.ə. 551 - e. ə. 479)

Əsl adı Konqfuzi olan məşhur Çin filosofu Konfutsi Şandonqda doğulmuş və orada da vəfat etmişdir.

Konfutsinin fikirləri əsrlər boyu Şərqi Asiyaya dərin təsir etmişdir. Çində iğtişaşlar dövründə – “Döyüşən xanlıqlar dövrü” və ya “Yaz və Payız dövrü” adlanan dönəmdə yaşamışdır. O, dünyanı yenidən nizama salacağına inanırdı, ancaq bunu edə bilmədi. Bunu həyata keçirməyə təminat almaq və fikirlərini qəbul etdirmək üçün Çin hökmdarları ilə bir-bir görüşməyə başladı. Nəhayət, təlimlərini inkişaf etdirəndən sonra pul müqabilində verməyə başladı. Adının sonuna artırılan “tsi” (tzu) ifadəsi “usta müəllim” və ya “ustad” mənasını verir. Özünəinamı, təlimlərinə xas mistik istiqamət, yaxşı xitab qabiliyyəti ilə tarixin ən tanınmış ustadlarından biri olmuşdur.

Onun irəli sürdüyü təlim idarəetməyə dair olmaqla yanaşı, xalq üçün də ciddi bir mənəvi məsuliyyət nəzərdə tutur. Onun fəlsəfəsi əxlaq, ictimai münasibətlər, siyasət və ədalət adlı dörd sütun üstündə dayanır. “Oğuldan tələb olunan ataya, məmurdan tələb olunan hökmdara, kiçik qardaşdan tələb olunan böyük qardaşa, dostdan tələb olunan da özünə verilməlidir” deyərək fəlsəfəsinin, demək olar, bütün istiqamətlərini əks etdirmişdir. Onun anlayışında ciddi bir iyerarxiya və vəzifə bölgüsü əsas götürülmüşdür.

Bu fəlsəfə zaman keçdikcə Xan xanədanının qəbul etdiyi Taoizm və buna oxşar digər fəlsəfələr arasından sıyrılaraq geniş Asiya torpaqlarında hakim fəlsəfəyə, hətta dinə çevrilmiş və Konfutsiçilik adını almışdır. Bu fəlsəfə XX əsrin əvvəlinə qədər Çin dövlətlərinin rəsmi dini olmuşdur.

Onun ölümündən sonra bütün fikirləri “Analekt – Konfutsidən seçmələr” (Lun Yuy) adlanan seçmələrdə toplanmışdır. Burada Konfutsi ilə şagirdlərin dialoqlarına, söhbətlərinə yer verilmişdir. Məlum olduğu kimi, “Lun Yuy”da əksini tapan fikirlərin hamısı Kon­futsiyə aid olmasa da, zaman ötdükcə onun düşüncələri kimi qəbul edilmiş­dir.

Platon (Əflatun) (e. ə. 427 – e. ə. 347)

Platon Antik Yunanıstanın görkəmli filosofudur. Afinada yaşamış, orada da məşhur akademiyasını qurmuşdur. Əsl adı Aristoklesdir. Enlikürək və çevik bədənli olduğu üçün Yunanca “Platon” (Geniş sinəli) ləqəbi ilə çağırılmış və elə bu cür də tanınmışdır.

Sokratın tələbəsi, Aristotelin müəllimidir. Platon Qərb fəlsəfəsinin başlanğıc nöqtəsi və ilk böyük filosofudur. Antik dövr Yunan fəlsəfəsində Sokratdan əvvəlki filosoflar (ilk filosoflar və ya təbiət filosofları) daha çox materialist fikirlər irəli sürürdülər. An­tik fəlsəfənin materialist təlimi atomçu Demokrit, idealist fəlsəfəsi isə Platonla öz zirvə nöqtəsinə yüksəlmişdir. Bir sənətkar və bir ədəbiyyatçı kimi yetişən Platon bu qabiliyyətinə söykənərək fikirlərini şeir üslubu ilə ifadə etmiş, insanlara əsrlər boyu təsir etməyə müvəffəq olmuşdur.

Onun görüşləri İslam və Xristian fəlsəfəsinə dərin təsir etmişdir. Hətta İslam düşüncə dünyasında Neo-Platonizm (Yeni Əflatunçuluq) cərəyanının yaranmasına gətirib çıxarmışdır.

Platonun fəlsəfəsini beş əsas başlıq altında toplamaq mümkündür. Bunlar: “bilik”, “ideyalar”, “ruhun ölməzliyi”, “kosmologiya” və “dövlət”dir.

Platonun bilik nəzəriyyəsinin çıxış nöqtəsi Prataqordur. Prataqora görə bir şeyi bilən insan onu qavrayan insandır. Buna görə də “insan hər şeyin ölçüsüdür”. Qavramaq daim var olan şeydir. Biliklə dəstəkləndiyi üçün də “yanılmaz”dır. Platon bu görüşə Heraklitin “”var” dediyimiz hər şey əslində təşəkkül mərhələsində olan bir şeydir” mahiyyətli “axın nəzəriyyəsi”ni əlavə edir.

Platonda “sevgi” (eros) məfhumu mühüm yer tutur. Onun fikrincə, ideyalardan pay almış bu dünyanı obyektiv kriterilər çərçivəsində qavraya bilsək, həqiqəti əldə etmək mümkün olar. Platona görə, bunun ən nəzərəçarpan örnəyini “gözəl” məfhumunun dəyərləndirilməsində görürük. Sevgi gözələ yönəlməkdir. Sevgi məfhumu ideallar dünyasındakı gerçəkliyin xatırlanması nəticəsində verilən bir hökmü ehtiva edir və dolayısilə, sevgini meydana gətirir. Platon sevgini bütün ölümlərdə rast gəlinən bir ölümsüzlük cəhdi kimi tərif edir.

Fəlsəfi məsələləri tədqiq edən bir çox filosofun araşdırmalarında “yaxşı, doğru və gözəl məfhumları insan övladının doğuşdan sahib olduğu xüsusiyyətlərdir” şəklində dilə gətirilən fikirlər Platon təliminin bariz təzahürüdür.

Platonun maraq dairəsi daha çox əxlaqi (etik) problemləri və xoşbəxtlik məsələlərini ehtiva edir. Kamil insan yerinə yetkin cəmiyyəti tərif etməyə cəhd edir. Yetkin cəmiyyətə və dolayısilə cəmiyyətin səadətinə nail olmanın yolu ideal dövlətdə yaşamaqdır. Onun dövlət idarəçiliyi ilə bağlı ən çox vurğuladığı mövzular dostluq, xitabət (natiqlik), siyasət sənətləridir. Platona görə, problemlər ancaq fəlsəfə ilə həll edilə bilər. Həqiqi dostluq ruhları hikmət sevgisi ilə alışıb-yanan insanların birliyindən başqa bir şey deyildir. Natiqlik sənəti isə ruhun bildiklərini sözlərlə əks etdirməyə çalışmasıdır. İnsanların təbii məqsədinin, yəni cəmiyyət səadətinin təmin edilməsi vəzifəsini daşıyan dövlət idarəçiliyi sənəti də fəlsəfəsiz mümkün deyildir. Nələrin cəmiyyət səadətini təmin edəcəyini fəlsəfədən başqa heç nə göstərə bilməz.

İmmanuel Kant (1724-1804)

Məşhur alman filosofudur. Şərqi Prussiyanın Köniqsberq (Kali­nin­qrad) qəsəbəsində doğulmuş, bütün ömrünü də burada keçirmişdir.

Kant həyatının ilk illərini təmiz və dini duyğularla dolu bir mühitdə keçirdi. İlk acını 13 yaşında olanda anasının vəfatı ilə daddı. Ona görə iztirab çəkməyənlər həyatın sirrini anlaya bilməzdi. Anası pietist idi. Yəni “dua etmə” və “inam” məsələlərində sərt qanunlara malik bir məzhəbə mənsub idi. Anasının gecə-gündüz ibadətlə məşğul olması, bəlkə də, onda onu ömrü boyu kilsədən uzaq­laşdıran ikrah hissi oyatmışdı. Ancaq alman puritanlığının qəs­vətli izini ömrünün sonuna qədər mühafizə etmiş və yaşlandıqca anasının könlünə yerləşdirdiyi inanc əsaslarını həm özü üçün, həm də dünya üçün qoruyub saxlamağa çalışmışdır.

Alman fəlsəfəsinin qurucularından biri olan Kant fəlsəfə tarixinin özündən sonrakı dövrünə istiqamət vermişdir. Həmçinin Kant tənqidi fəlsəfənin banisi hesab olunur.

Universitet təhsili ərəfəsində bir neçə il xüsusi dərs verməklə məşğul olur. Təhsil aldığı illərdə Leyibnits və Vulfun təsiri altına düşür. 1755-ci ildə dosent olandan sonra universitetdə ictimai elmlər üzrə tədrislə məşğul olmağa başlayır. İlk illərdə fizika və astronomiya mövzularında yazılar yazır. 1755-ci ildə “Universal təbii tarix və cənnətlərin nəzəriyyəsi” adlı əsərini qələmə alır. Bu əsə­rində Uran planetinin varlığından danışır. Və bir neçə il sonra – 1881-ci ildə Herşel (Herschel) həmin planeti kəşf edir. 1770-ci ildə Köniqsberqdə məntiq və metafizika kafedrasına təyinat alır. 1770-dən sonra Yum (D. Hume) və Russonun təsiri ilə tənqidi fəlsəfəsini in­kişaf etdirir.

Kant 80 yaşında öləndə son sözü “das ist gut” - “xeyirlisi budur” olmuşdur. Tələbələri tərəfindən dəfn edilən Kantın məzarı üstünə vəsiyyətinə uyğun olaraq “Üstümdə ulduzlu səma və içində əxlaq qanunu” sözləri həkk edilmişdir.

Kantın əsərləri üzərində aparılan tədqiqatlar onun, xüsusilə, İmam Qəzali və Muhyiddin Ərəbidən də təsirləndiyini göstərir.

Kant müasir fəlsəfənin inkişaf prosesinə uyğun olaraq bilik nəzəriyyəsini ön plana çəkmişdir.

O, inanırdı ki, onun fəlsəfədə ilk və əsas missiyası elmi əsaslandırmaq, daha sonra da əxlaqın və dinin rasionallığını müdafiə etməkdir. Bu məqsədini həyata keçirmək üçün həm Dekartın rasionalizmindən və həm də Yumun (D. Hume) empirizmindən əhəmiyyətli gördüyü elementləri götürüb transsendental epistemoloji idealizm adlanan öz elmi nəzəriyyəsini inkişaf etdirmiş, yüksələn elmin fəlsəfi təməllərini göstərdikdən sonra azadlıq və vəzifə düşüncəsinə istinad edərək Xristian əxlaqını müdafiə etməyə çalışmışdır.

Əxlaq fəlsəfəsinə əhəmiyyətli töfhələr verən Kantın başlıca əsərləri bunlardır: “Təmiz idrakın tənqidi” (1781), “Əxlaq metafizikasının əsaslandırılması” (1785), “Əməli ağılın tənqidi” (1788), “İdrakın gücünün tənqidi” (1790), “Tam ağılın hüdudları içində din” (1793), “Əxlaq metafizikası” (1797).

Con Stüart Mill (1806-1873)

Ceyms Millin böyük oğlu olan Con Stüart Mill 1806-cı ildə İn­giltərədə doğulmuş, ilk təhsilini atasından almışdır. Üç yaşında yu­nan dilini öyrənmiş, 11 yaşında siyasi iqtisadı oxumağa başlamışdır.

18 yaşında “Westminster Review” jurnalında Fredrix Bastiatın fikirlərinin davamı olaraq iqtisadi mövzularda məqalələr nəşr etdirir. 1820 və 1821-ci illəri arasında fransız iqtisadçı Con Baptist Say ilə tanış olmaq üçün Fransaya gedir və bir neçə ay orada qalır. 1823-cü ildə “East India House”da (“Şərqi Hindistan Evi”ndə) məmur işləməyə başlayır. Burada 1858-ci ildə ofis rəisi kimi təqaüdə çıxana qədər müxtəlif vəzifələrdə çalışır. Millin həyatında atası ilə yanaşı, Kolridc və Komte kimi mütəfəkkirlərin də təsiri olmuşdur.

23 yaşında tanış olduğu Harriet Taylorla 1851-ci ildə evlənir. Mill 1865-1868-ci illərdə “House of Commons”da işləyir. Qadınlara səs vermə hüququnun verilməsi, İrlandiyada torpaq islahatı və səs ver­mə hüququnun genişləndirilməsi kimi islahatları dəstəkləsə də, parlamentə ciddi təsir edə bilmir. Bir filosof, liberal mütəfəkkir və iqtisad nəzəriyyəçisi olan Millin əsərləri XIX əsr Avropasında məşhur və təsirli kitablar arasında olmuşdur.

Bir İngilis mütəfəkkiri olan Mill “utilitarizm” düşüncəsinin banisi sayılır. Məntiq sahəsində, yalnız deduktiv məntiq üzərində işləməklə kifayətlənməmiş, induktiv məntiqini də sistemləşdirərək inkişaf etdirmişdir. Mill məntiq qanunlarını ictimai sahəyə, siyasət və əxlaq sahəsinə tətbiq etməsi ilə şöhrət qazanmışdır. Psixologiya sahəsində assosiasiya metodunu ilk dəfə tətbiq edən filosof psixologiyanı “zehin kimyası” adlandırmışdır. O, assosiativ psixologiyanı bilik mövzusuna da şamil etmiş və bu sahədə psixoloji idealizm ideyasını irəli sürmüşdür ki, burada da onun Berklidən təsirləndiyini açıq-aşkar görmək mümkündür. Mill bununla birlikdə psixoloji idealizmdə maddənin yoxluğunu iddia edən Berklidən fərqli istiqamət götürmüş və xarici reallığın mövcudluğunu qəbul edərək, sözügedən obyektiv həqiqəti “duyğuları mümkün edən, daimi dayaq” kimi tərif etmişdir. Əxlaq sahəsində utilitarizmi müdafiə edən Mill həzzi və ya xoşbəxtliyi insan əməllərinin ən böyük məqsədi və mütləq meyarı kimi qəbul etmiş və utilitarizmində bütün insanların yaxşılığını və rifahını əsas götürmüşdür.

Azadlıqlara, xüsusilə də, söz, din və vicdan azadlığına böyük əhəmiyyət vermişdir. Azadlığın yalnız dövlət tərəfindən deyil, cəmiyyət tərəfindən də təhdid edilməsinin mümkünlüyünü bildirərək göstərmişdir ki, 100 nəfərlik bir cəmiyyətdə 99 nəfər eyni, bir nəfər fərqli düşünsə də, 99 nəfərin o bir nəfərə heç bir şəkildə təzyiq edib onu fikrindən daşındırmağa çalışma haqqı yoxdur, çünki heç kim mütləq həqiqətin sahibi deyildir.

Başlıca əsərləri bunlardır: qismən Komtenin pozitivist fikirlərindən təsirlənərək yazdığı “Məntiqin sistemi” (1843), “Siyasi iqtisadın əsasları” (1848), “Azadlıq haqqında” (1859). Mill xüsusilə “Azadlıq haqqında” əsərində tolerantlığı müdafiə bayrağını Con Lokkun çatdırdığı yerdən yuxarı qaldıraraq müasir toplumların tolerantlıq anlayışının təməllərini atmışdır. Digər əsərləri: “Nümayəndəli hökumət haqqında düşüncələr” (1861), 1860-1861 illərdə yazılsa da, 1869-cu ildə nəşr olunan “Qadın subyektivliyi haqqında” əsəri.

Mill sonrakı illərdə “utilitarist” fəlsəfədən müəyyən qədər uzaqlaşmışdı. Həyatının qalan 15 ilini Fransada Aviqnonda keçirmiş və 1873-cü ildə vəfat etmişdir. Ölümündən sonra “Avtobioqrafiya” adlı əsəri nəşr olunmuşdur.

Jan-Pol Sartr (1905-1980)

Parisdə doğulub orada da vəfat etmişdir. Məşhur fransız ədib və filosofudur. Fəlsəfi romanları ilə yanaşı özünəxas ekzistensialist fəlsəfəsi ilə də məşhur olmuşdur. O, “ekzistensialist marksizm”i formalaşdıran və siyasi fəaliyyətləri ilə XX əsrə damğasını vuran bur mütəfəkkir kimi tarixə düşmüşdür.

Kiçik yaşlarında atasını itirən Sartr anasının ailəsinin yanında böyüyür. Yetkinlik sınağından Luis le Qrand Liseyində çıxır. Təhsilini “Ecole Normala Superieure”də, İsveçrədə Friborq Universitetində və Berlində Fransız İnstitutunda davam etdirir. Müxtəlif liseylərdə müəllimlik edir və 1928-ci ildə Simon Bolivarla tanış olur. II Dünya Müharibəsi ərəfəsində almanlar tərəfindən həbs ediləndən sonra “Müqavimət hərəkatı”na qoşulur. “Milçəklər” adlı məşhur pyesi belə çətin dövrdə yazılır və səhnəyə qoyulur. Özünün fəlsəfi fikirlərini ehtiva edən “Mövcudluq və heçlik” adlı məşhur əsərini də bu dövrdə yazır. (1943 )

1945-ci ildə müəllimlik peşəsini buraxır və “Les Temps Modernes” adlı ədəbi-siyasi jurnal çıxarmağa başlayır. Demək olar, bütün kitabları ədəbi və siyasi məsələləri analizə cəlb edən nəzəri mətnləri ehtiva edir. Sartr müharibədən sonra daha çox siyasi fəaliyyətləri ilə diqqət çəkir. Soyuq müharibə dövründə bir çox tənqidə baxmayaraq, Sovet İttifaqını dəstəkləyir, Fransanın Əlcəzairlə müharibəsini etirazla qarşılayır. Bu ərəfədə dərc etdirdiyi jurnal böyük nüfuz qazanır.

Sartr 1964-cü ildə ona təqdim edilən Nobel Mükafatını müəy­yən səbəblərlə qəbul etmir. “121-lərin Bəyannaməsi” kimi tanınan bəyannaməni imzalayır və 1961-1962-ci illərin izdihamlı nümayişlərində iştirak edir. Bundan başqa, 1966-67-ci illər arasında Vyetnam müharibəsində törədilən qırğınları mühakimə etmək üçün qurulmuş Rassel Tribunalına da başçılıq edir. 1968-ci il hadisələri dövründə Sartr öz fikirlərini və ənənəvi intellektual mövqeyini mühakimə edir. Sovet İttifaqının Praqa müdaxiləsi və Fransada tələbə hərəkatları ilə bağlı olaraq siyasi nəzəriyyəni yenidən analiz etməyə başlayır, 1973-cü ildə “Liberation”u qurur. Ekzistensializmin tarixi XVII əsrə gedib çıxsa da, bu fəlsəfə XX əsrdə Sartrın əməyi sayəsində sistemləşmiş və məşhurlaşmışdır. Bunda Martin Haydeqqer kimi ekzistensialist filosofların müəyyən rolu olsa da, Albert Kamyu və xüsusən Sartrın fəaliyyəti əvəzsizdir. Sartr ekzistensialist fəlsəfənin həm fəlsəfi, həm də siyasi sahədə nümayəndəsi və tətbiqatçısıdır. Digər yandan ekzistensializm mahiyyətcə humanistdir. Humanizm Sartr fəlsəfəsinin mühüm istiqamətlərindən birini təşkil edir. Sartr humanizmi israrla vurğulayaraq, öz fəlsəfi mövqeyini belə ifadə edir: “Ekzistensializm humanizmdir”.

Sartr “Dialektik zəkanın tənqidi” əsərində ekzistensializmlə marksizmi müqayisə edir və marksizmin “Dövrümüzün aşılmaz fəlsəfi üfüqü olduğu”nu ifadə edir. Onun fikrincə, bir Dekart və Lokk dövrü, bir Kant və Hegel dövrü və son olaraq bir Marks dövrü vardır. Onlar bütöv bir mədəniyyətin tarix üfüqünü təmsil edirlər və Marks bunların ən yaxşısıdır. O, Marksizmi tarixi bir perspektiv kimi tövsiyə edir və “bəşər tarixinin yeganə məqbul şərhi”nin marksizm və ya “dialektik materializm” olduğunu bildirir.

1974-cü ildə Sartrın gözləri ciddi şəkildə zəifləyir, hətta görmə qabiliyyətini itirir. Bu səbəblə siyasi fəaliyyəti zəifləsə də, Qərbin Şərqi istismar etməsini daim etirazla qarşılayır və xüsusilə, insan haqları məsələsində həssasiyyətini heç vaxt itirmir. Digər tərəfdən demək olmaz ki, siyasi fəallığı onun ədəbi və fəlsəfi istiqamətini kölgələyir. 15 aprel 1980-ci ildə Parisdə həyatla vidalaşan filosofun özündən sonra fəlsəfə və ədəbiyyat sahəsində dəyərli əsərləri miras qalır. Onun ekzistensialist fəlsəfəsini əsasən bu əsərləri ehtiva edir; “Azadlığın yolları”, “Ürək bulanma”, “Bağlı qapı arxasında”, “Çirk­li əllər”, “Sözcüklər”, “Divar”.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.