Haram loğma ilə yetişən nəsillər

Fəthullah Gülən: Haram loğma ilə yetişən nəsillər

Üstəlik Peyğəmbərimiz (s.a.s.) haram yeyən bir insanın bədənindəki haramın ancaq cəhənnəmlə təmizlənəcəyini bildirərək ümmətini xəbərdar etmişdir. Peyğəmbərimizin (s.a.s.) halal, haram və şübhəli şeylərdən çəkinmək barəsində təşviqatından irəli gələrək səhabələr və Allah dostları bu mövzuda çox həssaslıq göstərmişdilər.

Siddiqi-Əkbər yeməyini gətirən xidmətçisinə hər dəfə yeməyi hardan gətridiyini və hansı yolla aldığını soruşardı. Bir dəfə, güman ki, uzun müddət ac qaldıqdan sonra iftarda xidməçinin verdiyi loğmanı yeyib südü içəndə soruşmağı unudur. Bir neçə loğmadan sonra əndişəli bir səslə xidmətçisinə: "Bu yemək hardan oldu, hansı pulla almısan?" – deyir. Həzrəti Əbu Bəkirin yanında bir kölə, bir xidmətçi kimi deyil, bir dost, bir yoldaş kimi olan bu şəxs: "Mən cahillikdə falçılıq edirdim. Fala baxır, qeybdən xəbər verir, kahinlikdən pul qazanırdım. O vaxtdan bu işə görə mənə borcu olan bir nəfər var idi. Dünən həmin adam borcunu qaytardı, yeməyi də həmin pulla aldım," – deyə cavab verir. Bunu eşidən həzrəti Əbu Bəkir birdən səndələyib az qala ki, yıxılsın, rəngi-ruhu qaçır. Dərhal yediyi yeməyi geri qaytarır. Sonra da xəcalətlə: "Allahım, mədəmdə qalan qanıma qarışandan da Sənə sığınıram" deyir. Həzrəti Siddiqin bu həssaslığını görən səhabə: "Ey Allahın Peyğəmbərinin xəlifəsi! Bu hərəkətin yersiz deyilmi? Niyə bu qədər özünə əziyyət verirsən?" – deyincə Əbu Bəkir (r.a.) belə cavab verir: "Rəsuli-Əkrəmdən şəxsən özüm eşitdim; Rəsulullah (s.ə.s.) bədənində bir tək haram loğma olanın ancaq cəhənnəmdə təmizlənəcəyini demişdi".

Abdulqadir Qeylani, İmam Şazəli, Şahi-Naqşibənd və İmam Qəzali kimi məna aləminin sultanları da təsəvvüfi təcrübələrindən haram loğmanın insana mənfi təsir etdiyini və haram yeyən ata-anadan dünyaya gələn uşağın da –istisnalar xaric– mənəvi yöndən nöqsanlı olacağını bildirirlər. Onlar da bu sahənin həkimləri olaraq haram loğmanın bəzi haramzadaların meydana gəlməsinə yol açdığını deyirlər.

Portağal şirəsi nələrə səbəb olur

Əbu Vəfa həzrətləri bu mövzunu izah edərkən şəxsi həyatından və öz uşağından misal verir: Həzrətin oğlu əlinə çuvalduz alıb dayanmadan su daşıyan insanların tuluqlarını deşir. Əbu Vəfa həzrətlərini incitməyə könlü razı olmayan əhali bunu uzun müddət gizlədir, şikayətçi olmur. Lakin iş cığırından çıxır xalq məcburən məsələni Haqq dostuna açır və oğlundan şikayət edir. Həzrət bunu eşidəndə çox kədərlənir və bir o qədər də təəccüblənir. Yoldaşına hər şeyi danışır. "Buna səbəb ikimizdən biridir," – deyib yoldaşından uşağa hamilə ikən səhv bir iş görüb-görmədiyini soruşur.

Ana düşünüb-daşınır və yoldaşına belə deyir: "Uşaq dünyaya gəlmədən bir neçə ay əvvəl qonşunun evinə getmişdim. Orada portağal və nar gördüm. Nəfsim çox çəkdi, istəməyə də utandım. Qonşum görmədən əlimdəki hörgü bizimi meyvələrə batırıb şirəsini sordum". Əbu Vəfa həzrətləri bunu eşidincə: "Bizini meyvəyə batırıb bir neçə damcı icazəsiz, haram meyvə şirəsinin dadına baxmağın oğlumuzun tuluqları deşməsinə səbəb oldu. Allaha yönəl, ağla ki, günahın bağışlansın," – deyir. Ana xətasını anlayıb ağlayıb Allaha dua edir. Qonşusundan halallıq alır. Uşağın da peşman olub: "Bu mənə heç yaraşmır. Bir də etməyəcəyəm," – deyərək bu vərdişi tərgiyir.

Deyilənlərə görə Həzrəti İmam Əzəm Quranı gün yarıma əzbəmişdir. Bu dövrün insanına qəribə gələ bilər, halbuki mən gündə 10-12 səhifə əzbərləyən insan görmüşəm. Atam, otuz gündə Quranı əzbərləyən nadir təbətli insanlardan bəhs edərdi. Enşteyn, Hegel və Dekart kimi şəxslər də nadir təbiətə malik insanlardı. Amma onları görmədiyimizə görə, bizə qəribə gələ bilər. İmam Şafe “Ömrümdə bir şey unutduğumu xatırlamıram” demişdir. Rəvayətlərə görə tabiundan Zöhri səkkiz yaşında ikən bir həftəyə Quranı əzbərləmişdir.

Təsirli nəsihət

İmam Əzəm də bu nadir fitrətə malik insanlardan biridir. O, Qərb aləmində özünü İslam dünyasının böyük hüquqçusu kimi tanıdan böyük bir alimdir. Eyni zamanda böyük bir tacirdir. Rəvayətlərə görə o, gün yarımda Quranı xətm edərmiş. Yeri gəlmişkən onun haqda rəvayət olunan bir mənqibə var: bir uşağa bal yemək ziyan imiş, ana-ata nə qədər “Bal yemə!” desələr də, o yenə yeməyə davam edirmiş. Öhdəsindən gələ bilməyən ana-ata uşağın əlindən tutub Həzrəti İmamın yanına gətirir və “Bu uşaq bal yeyir, nə qədər tərgitməyə çalışsaq da, o bundan əl çəkmir” deyə şikayət edir. Həzrəti İmam: “Aparın bu uşağı, 40 gündən sonra gətirərsiniz”, deyir. Valideynlər 40 gündən sonra yenə gətirir. İmam uşağa üz tutub bal yeməməyi nəsihət edir. Uşaq bundan sonra əyilib atasının əlini öpür və “Atacan, bir də bal yeməyəcəyəm”, - deyir. Ana-atanın: “Ya imam, niyə bizi 40 gün gözlətdirdin?” sualına İmam belə cavab verir: “Siz uşağı yanıma gətirdiyiniz gün mən bal yemişdim. Əgər elədiyim bir işi ona tərgitməyə çalışsaydım, güman ki, təsiri olmayacaqdı. İstədim ki bu qırx gündə bal vücudumdan çıxsın, sonra nəsihət edim.”

Onun haqda da belə bir mənqibə rəvayət olunur: Sabit bir gün dəstəmaz almaq üçün bir dərənin kənarına gedir. Dərədə bir alma görür və götürüb onu yeyir. Görür ki, ağız suyunda qan var. Belə bir hadisə ilə qarşılaşmayan Sabit buna səbəbin yediyi alma olduğunu başa düşüb peşman olur. Almanın sahibini tapıb halallıq almaq üçün dərə boyu gedir və onu tapır, lakin halallıq.

Həmin bu böyük şəxsiyyətin atası Sabitin harama qarşı çox həssas imiş. Onun haqda da belə bir mənqibə rəvayət olunur: Sabit bir gün dəstəmaz almaq üçün bir dərənin kənarına gedir. Dərədə bir alma görür və götürüb yeyir. Görür ki, ağzında qan var. Belə bir hadisə ilə qarşılaşmayan Sabit buna səbəbin yediyi alma olduğunu başa düşür və peşman olur. Almanın sahibini tapıb halallıq almaq üçün dərə boyu gedir və onu tapır, lakin almanın sahibi halallıq vermək üçün İmama bir şərt kəsir. Deyir ki, mənim həm kar, həm kor həm də topal bir qızım var, əgər onunla evlənməyə razısansa, sənə haqqımı halal edərəm. Sabit həzrətləri axirətdə Allahın qarşısına qul haqqı ilə getməmək üçün bu təklifə razı olur. Toy məclisi başa çatır. Axşam Sabitin otağa girməsi ilə çıxması bir olur. Tez qaynatasını taparaq: "Deyəsən səh salmısız, otaqda başqa bir qız var", - deyir. Qaynatası Həzrəti Sabitin bu sözünə gülümsəyərək: “Oğlum, o mənim qızım, sənin də halal zövcəndir. Ona kar dedim, çünki ömründə haram eşitməyib, kor dedim, çünki həyatında haram görməyib, topal dedim çünki heç vaxt harama meyl etməyib. İndi get öz halal zövcənin yanına, Allah (c.c.) mübarək eləsin", - deyir. Bax bu izdivacdan Həzrət İmam Əzəm Əbu Hənifə dünyaya gəlir. Bir gün anası İmam Əzəmə deyir: "Əgər atan o almanı dişdəməsəydi, sən Quranı bir gündə əzbərləyəcəkdin." Əlbəttə bu bir mənqibədir. Əsas olan bundan dərs götürməkdir.

Həftənin duası

Rəbbimiz, şayəd Sən bizi əzaba düçar edər və ayıblarımızın, günahlarımızın üzə çıxarılıb utanc verici hala düşməyimizə izin verərsən, daha biz hansı qapını döyək; bizi bu vəziyyətdən kimi qurtarar? Ya Rəbbi, biz öz-özümüzü nəfsin əsarinə çevirdik. Nə olar, Sən bizi həm cismaniyyətin, həm də məxluqlara qulluq əsarətindən qurtar!

Sözün cövhəri

Bəzi hədislərdə “axirətdə peyğəmbərlərin qiptə etdiyi insanlar”dan bəhs olunur. Guman ki, bu insanlar peyğəmbərlər kimi əzm və qətiyyətlə Allah yolunda xidmət edən və gördüyü iş müqabilində zərrə təmənnası olmayan şəxslərdir. M.Akif Çanaqqala şəhidləri haqda “Yenə bir şey yaptım deyəməm xaitərənə”, - deyir. İslam dini uğrunda böyük işlərə imza atanlar “Yenə də sənə layiq bir şey edə bilmədim”, deməlidirlər.