Dua

Dua, ruhun qidasıdır və bu qida ruha fasiləsiz verilməlidir.

* * *

Dua, iradəni qanadlandıran bir sehrdir; ona davam edənlərdən başqa, heç kəs onun bu böyük sirrini anlaya bilməz.

* * *

Dua, səbəb və vasitələri aşaraq, həm Allahın qüdrətinə olan etimadın, həm də bəşəri zəifliyin elanıdır.

* * *

Duaya bulaşan ən təhlükəli virus, səbəblərə həqiqi güc istinad etməkdir. Bu virusa yoluxmuş mənəviyyat, "əlavə" müalicə tələb edir.

* * *

Zorakılığa qarşı ən gözəl dua, rahat və rəhavət zamanında edilən duadır.

* * *

Allahım, Sənə və dualara etimadımı artır; səbəblərə riayəti də bir vəzifə şüuru olaraq vicdanıma duyur!

* * *

Allahım, nə əzabına dözəcək halım, nə də rəhmətindən məhrum qalmağa taqətim var...

* * *

Allahım, vəfasızlıq edib Səndən uzaq qalsam da, halım Sənsiz yaşaya bilməyəcəyimi hayqırır.. vəfasızlığım etibarilə deyil, ehtiyacıma görə Sənin lütfünə talibəm…

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.