Meyarda qüsur

Dünəndən bu günə bütün pislər və pisliklər “bundan da betəri var” deyə millətə qəbul etdirildi. Hətta "əhvəni-şər (az şər)" deyə alqışlatdırıldı. Eynilə "Dinsizi görüncə, imansıza rəhmət oxumaq" atalar sözündə olduğu kimi... Bu xain fikir hansı məlun sistemdən gəlir-gəlsin inanclarımız, tarixi düşüncəmiz, adət və ənənələrimiz naminə bu izafiliyi mütləq həqiqət kimi qəbul edib meyara çevirmək sonu olmayan bir soysuzluğa və aşınmaya "buyur" deməkdən başqa bir şey deyil.