Ən Bəsit Şeylərə Verilən Böyük Diqqət

Məncə, bu barədə yalnız kiçik bir misal vermək kifayətdir.

Sellüloz maddəsi ağacların içində ligninlə bərabər odunun təməl hissələrini təşkil edir.

Müxtəlif istehsal sahələrində istifadə edilən sellülozun kağız sənayesində ayrıca yeri vardır. Bundan başqa o, elastikiyi ilə ağacların rüku edirmişcəsinə əyilmələrini və bunu edərkən də sınmamalarını təmin edir.

Sellülozun əriməsi və həzm edilməsi çox çətindir. İnsan sellülozlu maddələri yesə, əridə bilməz. Ancaq gövşəyən heyvanların mədələrindəki əmziklər sellüloz maddəsini həll edə bilir. Sellüloz heyvanın bədənində faydalı şəklə düşür və biz də ondan istifadə edirik. Hətta peyinindən belə kübrə kimi istifadə edirik. Başqa sözlə, heyvanlar sellülozlu maddələri faydalı hala çevirən bir zavod kimi işləyirlər.

Lakin bu qədər çox sellüloz maddəsinin hamısını hayvanlar yeyə bilməzlər, onlardan yerə tökülənlər də olur. Bunlar da yerdəki bakteriyaların insan ağlını heyrətə gətirən fəaliyyətləri ilə kiçik molekullara çevrilirlər. Bir tərəfdən torpaq bunlardan istifadə edir, digər tərəfdən də yer üzü iyrənc qoxulu maddələrdən yaxa qurtarmış və təmizlənmiş olur.

Bakteriya deyib üsündən keçməməliyik. Gəlin, bir düşünək. Əgər Həz. Adəm dövründən indiyədək ölmüş insanlar, dünya xəlq olandan bu günədək ölmüş heyvanlar və bitkilər çürüməsəydilər, görəsən bu günkü həyatdan əsər qalardımı?

Məsələni bu qədər uzatmağa lüzum da yoxdur. Əgər bir neçə il ömür sürdükdən sonra ölən milçəklər çürümək prosesinə məruz qalmasaydılar, indi yer üzü bir neçə santimetr qalınlığında milçək ölüsü ilə örtülərdi və insan addım atmağa yer tapa bilməzdi.

Göründügü kimi Cənabi-Haqq ən kiçik varlıqlara böyük işlər gördürür, yer üzünün təmizlənməsi vəzifəsini bir ovuc torpaqdakı milyonlarla bakteriyalara verir.

Heç mümkündürmü ki, sellülozu və bakteriayaları özbaşına buraxmayan, bu bəsit və kiçik varlıqlara böyük bir diqqətlə yanaşan Allah (CC) insan kimi kainatın sultanı olan bir varlığı özbaşına buraxsın? Bu, əsla mümkün deyildir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.