Səmavi Kitablar və Axirət

“Qur’ani-Kərim”in beşdə üçü axirətlə əlaqdardır. Bu mövzuda bir neçə misalı bir qədər əvvəl xatırlatmışdıq. Burada sözü yenə ona həvalə edib, bununla kifayətlənəcəyik.

Həz. Musadan (səs) sonra ”Tövrat“ günümüzə qədər dəfələrlə, həm də çoxlu təhriflərə məruz qalmışdır. Hətta Əfəndimiz (səs) zamanındakı ”Tövrat“larda mövcut olan bəzi ayələrə belə indi rast gəlmək mümkün deyildir. Məsələn, ”Qisas“ ayəsi buna bir sübut olaraq göstərilə bilər.

”Tövrat“ tamamilə maddiləşdirildi, günbəgün ona aid ali məfhumlar bir-bir çıxarılaraq, yerinə tamamilə zidd fikirlər yerləşdirildi. Buna baxmayaraq ”Tövrat“da işarə qismindən də olsa axirətə aid bir çox məsələlərə toxunulduğuna rast gəlirik.

”İncil“ bir baxımdan ”Tövrat“da təhrif olunanları təshih etmək, təhrif olunmayan xüsusları isə təsdiq etmək üçün gəlmişdir. O zamanın ”Tövrat“ında axirətə aid məsələlər izah edildiyinə görə, ”İncil“ bunu təsdiq etməklə kifayətlənmiş və məsələnin təfsilatına girişməmişdir. Belə olmasına baxmayaraq yenə biz ara-sıra onda axirətdən bəhs edən ayələrə də rast gəlirik.

Matta ”İncil“ininin “Beşinci İshah”ında bu ayələr var:

“Kim bu dünyada salih əməl işlərsə, o, Rəbbin mələkutuna yüksələcəkdir.”

“Müjdələr olsun miskinlərə! Onlar göyün mələklər qatına yüksələcəklər.”

“Müjdələr olsun mərhəmətlilərə ki, onlar o biri aləmdə Allahın mərhəmətinə layiq görüləcəklər.”

“Müjdələr olsun müttəqilərə74 ki, onlar Rəblərini görəcəklər.”

“Göylərin və yerin mələklərinin misalı buna bənzər: Zürra tarlaya toxum səpər. Bu toxumlar bitər. Sevilənləri səmaya doğru baş çəkər və böyüyər. Aralarında bir bolük tikanlar də boy atar. Bunu görənlər tarlanın sahibinə müraciət edib deyərlər:

- Seyyidimiz! Məhsulu sevilən bu gözəl bitki cücərdi, yaşıllaşdı, bəs aralarındakı bu tikanlar nədir?

cavab verir:

- O da, bu da lazımdır!

Həvarilər həz. Məsihdən soruşurlar:

- Bunu bizə izah edərsənmi?

həz. Məsih:

- Bəli,-deyir və izah edir,- o toxumu atan Allahdır (CC). Məzra isə yer üzüdür. Əkilən toxum, bəşər övladıdır. Hasil olan məhsul salih insanlardır, tikanlar isə kafirlərdir. Burada yaxşılarla pislər bərabər olacaqlar. Amma axirətdə yaxşılar səmanın mələklər qatına yüksələcək, pislər isə Cəhənnəmə girəcəklər.”

Matta ”İncil”i, iyirmi beşinci ishah:

“O gün məlik gələcək. Sadiqlər sağında, inkarçılar isə solunda yerlərini tutacaqlar. Məlik sadiqlərə belə deyəcək: “Bu gün sizi mükafatlandıracağam. Çünki dünyada ikən mən acdım, yemək verdiniz. Suzdum, su verdiniz. Məhbus oldum, azad etdiniz. Çöldə qaldım, daldalanacaq yer verdiniz.“

Onlar Məlikə belə deyəcəklər: “Rəbbimiz! Necə ola bilər ki, Sən acar, suzar, məhbus olar və gərib qalarsan? Axı Sən Rəbsən!”

Allah (CC) onlara belə cavab verəcək: “Dünyada mənim zəif və qərib qullarım var idi. Siz bilirdiniz ki, onları yedirtdiyiniz, içirtdiyiniz zaman elə bil məni yedirib içirirsiniz. Onları azad etdiyiniz və himayə etdiyiniz zaman, sanki bu yaxşlıqları mənə etmiş kimi olurdunuz.”75

Sonra da Rəbb sol tərəfindəkilərə dönərək belə deyər: “Bu gün sizə əzab verəcəyəm. Çünkü acdım, bir şey yedirtmədiniz. Suzdum, içirtmədiniz. Çöldə qaldım, daldalanmağa yer vermədiniz. Məhbus oldum, azad etmədiniz.”

Onlar da eyni şəkildə: “Ey Rəbbimiz! Sən necə acar, suzar, çöldə qalar və mahbus olarsan!?”-deyə soruşarlar.

Buna cavab olaraq Məlik: “Bilmirsinizmi, əgər mənim dünyada bəzi qullarım acanda doyursaydınız, suzanda su içirsəydiniz, qərib qalanda daldalanacaq yer versəydiniz və həbs ediləndə azad etsəydiniz, bütün bunları mənim üçün etmiş kimi olacaqdınız” deyər.

”İncil”də bunlardan başqa digər bir sıra ayələrdə, az qala “Qur’ani-Kərim”in ifadələrinə uyğun şəkildə axirətə aid məsələlər dilə gətirilmişdir. Lakin bu mövzuda əsas söz sahibliyi yenə də hər cür təxribatdan və təhrifdən qorunmuş olan “Qur’ani-Kərim”ə aiddir ki, biz yuxarıda bunları “Qur’ani-Kərim”in həşri isbat metodundan bəhs edərkən qısaca da olsa, xatırlatmışdıq.


74. Müttəqi - Təqva əhli, haramdan və günahdan çəkinən, özünü Allahın (cc) sevmədiyi şeylərdən qoruyan.

75. Bir hədisi-şərifdə bu incə mətləbə toxunulur. Peyğəmbərimiz (səs) nə ”İncil“ oxumuş, nə də bu sözləri eşitməmişdi. Deməli, peyğəmbərlik vəzifəsi hər ikisənə də eyni şeyi əks etdirmişdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.