İman xidmətində təvazökarlıq

Sual: Allah bu camaata çox böyük xidmətlər gördürür. Bu xidmətlərin böyüklüyü camaat fərdlərini qürura sövq edə bilər. Bəzən də etdiklərindən təmənna güdməyə gətirib çıxarar. Bu mərhələdə necə düşünmək və necə davranmaq məsləhətdir?

Cavab: Əvvəla, bu camaata xidmət cığırını açan şəxsin "Biz o qüdsilərə zəmin hazırlayırıq" ifadəsi ilə bildirdiyi bu həqiqətə bu nöqteyi nəzərdən baxmaq daha doğru olar deyə düşünürəm. Bununla yanaşı, burada başqa bir xüsusun xatırlanması və məsələyə bu prizmadan baxmaq daha faydalı olar. Bu ülvi vəzifəyə və bu uca qayəyə bağlanmaq, onun bugünkü və sabahkı halını nəzərə alıb ən sərt, ən inadkar, ən imansız insanların qəlblərini qazanıb həqiqəti anlatma dərdi ilə sancıdan iki qat olmaq… O sancı ki, bizi xoşgörü iqliminə aparacaq, oradan mülayimliyə yüksəldəcək və nəhayət mərhəmətə və başqalarına əbədi qurtuluşu qazandırma adına ən feyzli, ən bərəkətli irşad üfqünə çatdıracaq.

Geriyə dönüb baxdıqda görəcəyik ki, indiyədək hörməyə çalışdığımız bu müqəddəs "naxış"da istifadə edilən "materiallar"ın hamısı mülayimlik, əfv və mərhəmət imiş... Amma ki, bu "materiallar"ı biz daha öncədən çəkilmiş baş planın hissələri kimi istifadə etməmişik, hadisələrin axarına uyğun bir yol izləmiş və bu günlərə gəlib çıxmışıq. Yəni, bütün həyatımızı əhatələyən belə bir xidmət düşüncəsi ilə fərqinə varmadan bu günün insanına və gələcək nəsillərə nümunə olmuş və getdikləri yolda onlara yol göstərmişik. İndi isə minlərlə ağızdan çıxan bu xidmətə aid qüdsi nəfəslər, mənəviyyat adına iqlimimizə elə yayılır ki, kənardan gələn zərərli dalğalar qırılır və həmlə edən meteoritlər kimi bir-bir parçalanır. Təbii ki bunlar bir toxumun yavaş-yavaş böyüməsi kimi, yaradılış qanunlarına uyğun şəkildə baş verir. Və elə bir zaman gələcək ki, bir-biri ilə əlaqədar bu parçaların bir-birinə birləşməsi ilə bütünlük əldə ediləcək və elə o zaman xəyallardakı ümranlar qurulacadır.

Bəli, dünən özlərinə aid vəzifəni ifa edən ilk çiləkeşlər bu gün o əmanəti sizə qoyub getdilər. Siz bu günün memarları və fikir işçilərisiniz. Qeyri ixtiyari olaraq ruh dünyanızın bir ölçüdə cahanşümul olması ilə və ümumi təmayüllərinizin nəticəsi kimi ortaya çıxan aksionla bir tərəfdən bu günün ümranını qurur, digər tərəfdən isə, gələcəyə uzanan körpünün dayaqlarını hazırlayırsınız. Sizdən sonra gələcək nəsillər isə sizdən aldıqları bu əmanəti daha da irəli aparacaqlar. Təbii ki, apararkən də o körpünün təməlinin atıldığını görəcək və "Demək ki, bunlar, bu iş üçün imiş" deyəcəklər. Eynilə sahabəyə, tabiun, təbeyi-tabiuna: "İçinizdən peyğəmbəri görən var mı? Peyğəmbəri görəni görən var mı? Peyğəmbəri görəni görəni görən var mı?" deyilib qapıların açılması kimi siz də müəyyən bir nöqtədə yerinizi tapacaqsınız və sizə də Allahın izni ilə o qapılar açılacaqdır.

Burada sual ilə əlaqədar olaraq bir məsələni vurğulmaq istəyirəm: Bilmək olmaz, bəlkə, bu nəslin ömrü uzun ola bilər və siz bu missiyanı gələcəyə aid bütün yönü ilə təmsil edə bilərsiniz. Lakin bütün bunlar sizin bu ümumi yönəlişimizə və iç dünyanızın dərinliyinə Allahın (c.c) bir lütfü olaraq həyata keçəcəkdir. Bu mövzuda təmənna ummaq və hərəkət tərzimizi də ona görə uyğunlaşdırmaq həqiqi mənada "ixlassızlıq" olar. "Bunları mən edirəm, mən görürəm" kimi düşüncələr və kiçik də olmuş olsa, bəzi təmənna düşüncəsi gələcəyə dair bu missiya ilə tikəcəyiniz “bina”nın bir yanını dağıdar. Hətta bu düşüncələr zaman keçdikcə ruhumuzda yaralar açar, bizi eqoizmə və qürura sövq edər. Ola bilsin ki, bəziləri haqqımızda hüsnü-zənn bəsləyib bizə yüksək vəzifələr yükləyə bilər, lakin mənim fikrimcə, heç bir şəxs öz nəfsi üçün belə bir düşüncəyə qapılmamalı, hətta bunu xəyalına belə gətirməməlidir. Xəyalına gətirdiyi an o yalnış addım atmış sayılır, geriyə dönüb tövbə etməzsə, bu düşüncə zaman keçdikcə həyatında başqa yalnış addımlar atmağa gətirib çıxarar və elə bir gün gələr ki, tam qələbə əsnasında məğlub olar. Bu işin öndəri bu mövzuda çox həssas davranmış və "Bilməyərək mənə kitab oxutduruldu, bilməyərək kitabları tərk yoluna sövq edildim, bilməyərək Qurana yönəldim, bilməyərək dinimə xidmət etdirildim" kimi ifadələrlə mövzunun həssaslığını vurğulamışdır.

Bəli, adi bir fərd olmaq bizim üçün tapılmaz xəzinədir. Yaxşısı budur ki, bir şəxs, bir əsgər kimi hər zaman Allah (c.c.) qapısında duraq və təmənna güdməyək. Bəzən adi bir əsgərə generalın görəcəyi bir iş tapşırıla bilər. Bu, Onun biləcəyi işdir. Bizi maraqlandırmamalıdır. Bədiüzzaman da belə demir mi? "Özünü bu yaxşılıqların, bu gözəlliklərin mənbəyi kimi görmə. Nəfsin baxımından hər kəsdən aşağısan, vəzifə isə alidir; Sən o yaxşılıqları, gözəllikləri günahkar bilməlisən. Sən onları layiqincə təmsil edə bilmədiyinə görə məzhər deyil, vəsilə, keçid ola bilərsən."

Suyun üzərindəki qabarcıqlar günəşin nurunu əks etdirirlər. Günəş olmazsa nəyi əks etdirəcəklər? Deməli, bütün gözəlliklər o Gözəllər Gözəlinə (c.c.) aiddir. Bu mülahizələr çox vacibdir. Allah (c.c) bizə nə qədər böyük vəzifələr gördürsə, biz bir o qədər təvazökarlıq göstərməli və təmənnadan, iddialardan bir o qədər uzaq durmalıyıq. Çünki dünyada və axirətdə səlamətdə qalmaq ancaq qəlbimizin səlamətindən asılıdır. Bu həqiqətə işarə kimi aşağıdakı sözlər necə də mənalıdır:

Sanma ki, ey xacə, səndən zərü-sim istərlər.
Yevmə la yənfauda qəlbi-səlim istərlər.

Bəli, bu həqiqət ruhumuza işləməlidir. Və bunun xaricində nə şəxsimiz, nə də camaat adına heç bir təmənna gözləməməliyik. Və bir fərd kimi son nəfəsimizi bu düşüncələrlə təslim etməliyik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.