Novruz gerçəyi

Sual: Son illərdə Novruz günü ənənələrimizə zidd şəkildə qeyd olunur. Bu nöqteyi-nəzərdən bizə Novruzun mənbəyini və bu günün qeyd olunması haqqında məlumat verə bilərsinizmi?

Novruz Bayramı Orta Asiya, Orta Şərq və Anadolu torpaqlarında yaşayan xalqların ənənəvi bahar bayramıdır. Ancaq Anadoluda əvvəllər ələvilər, son dövrlərdə də bəzi təşkilatlar bu bayramı "Kürd Bayramı" kimi dəyərləndirirlər.

Bəzi ensiklopediya müəllifləri Novruzu Xıdırəlləz, yəni Xıdır və Tövratda "Əlyas" şəklində keçən İlyasın görüşü ilə bağlı bir gün kimi qəbul edirlər. Şəxsən mən bunun səhv təsbit olduğunu düşünürəm.

Bəziləri Zərdüştlüklə olan bağlılığını nəzərə verərək Növruzu dini bir gün kimi dəyərləndirirlər.. və əksəriyyəti də Cümşüd Şahın taxta oturduğu günlə əlaqələndirirlər. O cümlədən İran tarixində göyün və yerin Novruz günü yaradılmasını göstərirlər. Yenə İrandakı şiələr Hz. Əlinin (r.a.) dünyaya gəlişindən vəfatına qədər hər şeyi Novruzla əlaqələndirərək bu günün Hz. Əlinin (r.a.) həyatında böyük əhəmiyyətə malik olduğunu düşünürlər. Bu baxımdan da onlar novruzun dini gün kimi qeyd edirlər.

Eyni zamanda Novruz günəşin əski dildə "Həməl Bürcü", yəni Qoç Bürcünə daxil olduğu günə rast gəlir ki, bu da bahar günlərinin yer üzünə qədəm basması deməkdir. Bizim dünyamızda ilk müasir mədrəsələri açan Nizamülmülk bu məsələni məşhur Nizamiyə Mədrəsələrində astronomik üsullarla müəyyən etmiş və bu günü "baharın başlanğıc günü" olaraq rəsmiləşdirmişdir. Bu cəhətdən də Novruz dini gündən daha çox bir "təqvimin günü" deməkdir.

Türk xalqı Bahar Bayramı kimi qeyd olunan Xıdırəlləz gününü bütövlükdə mənimsənməmiş, yalnız şəhərlərdən uzaq yaşayan köçərilər və xüsusilə də İranda məskunlaşan Türkmən və Türklər tərəfindən qəbul edilmiş və zamanla da unudulub getmişdir.

Ancaq Səfəvi Dövləti bu unudulmuş günü Şiəlik prinsipləri ilə bir az da inkişaf etdirmiş və dini bir mahiyyətə bürüyərək ona böyük əhəmiyyət vermişdir. Bu dövrdə Novruz ya Zərdüştün dini təlimlərindən biri kimi, ya da Cümşüd Şahın taxta oturması şərəfinə "Novruzu-Xas", "Novruzu-Amm" ünvanları altında yenidən canlandırılmışdır.

Çaldıran döyüşündən sonra Səfəvilərlə yaranan əlaqələr nəticəsində Osmanlılar da Novruz gününü mənimsəmişlər. Bu tarixdən etibarən Novruz Osmanlılarda saray daxil olmaqla yanaşı, hər yerdə bahar bayramı kimi qeyd olunmağa başlanmışdır.

Divan Ədəbiyyatınmızda bu mövzuda çox sayda "Novruziyə" var.

O dövrdə Novruz günlərində indi yeni ildə göndərilən hədiyyələr kimi, "Novruziyə" hədiyyələri göndərilərdi.

Novruz münasibəti ilə Sultan bəzi insanlara pay verər, bu paya da "Novruziyə" deyilərdi və Novruz Asiya xalqları qədər olmasa da, Osmanlılar tərəfindən də mənimsənilmiş və qeyd olunmuşdur.

Ancaq məsələyə başqa prizmadan yanaşanda Novruz bizim üçün dini gün deyildir. Bu məsələnin dini cəhəti Zərdüştün zühur etdiyi dövrlə və çox qədim dövrlərdə yaşamış İran Şahı Cümşüdlə əlaqəli qeyri-müsəlman iranlılarla bağlıdır və ehtimal ki, Şah İsmayıl da bunu sözügedən səbəblərdən canlandırmışdır.

Xalqımız (Ələvi-Sünni, Kürd və Türk – hər kəs) Novruz Bayramını dini nəslərlə təyin olunmuş dini bayram kimi deyil, yuxarıda da ifadə etdiyim kimi, daha çox Nizamülmülkün ortaya qoyduğu bir "Bahar bayramı" kimi qeyd edir. Və mənbələrdə Cənubi-Şərqdə yaşayan Kürd və digər vətəndaşların bu bayramı qeyd etməsinə dair çox məlumat yoxdur və yalnız Türk və Türkmənlərin bayramı kimi qeyd olunur.

Məsələyə aydınlıq gətirdikdən sonra mövzunun başına dönək: əgər Novruz əsasını Zərdüşt dinindən götürür və ya Cümşüd Şahla əlaqədar qeyd olunursa, deməli bu, dini və İran mənşəli bir məsələdir. Belə bir məsələni bəzi niyyətlərə alət etməyə çalışmaq, Novruz günü yürüş etmək, ətrafa ziyan vermək, müəyyən təbəqəni təhqir etmək.. çox çirkin işdir və böyük bir tarixi təhrifdir. Başqa cür desək, bizim dinimiz olmasa da, dini bir həqiqəti vəhşilik naminə hədər etməkdir.

İkincisi, Novruz əgər Nizamülmülkün ortaya qoyduğu yeni ilin, yeni günün başlanğıcıdırsa, məncə bu yeni ili və ya yeni günü Afrikada bəzi adamyeyən bədəvi və vəhşilər kimi qan tökərək, qan axıdaraq deyil, mədəni insanlar kimi, sevinc və şadlıqla qarşılanmalı, qeyd olunmalıdır. Bəli, Novruz xalqın bayramıdır.. və əgər qeyd olunacaqsa, xalqla birlikdə qeyd olunmalıdır ki, hazırda dövlət də bu məsələləri həll etməyə çalışır.

Üçüncüsü, Osmanlılar bu günü Səfəvilərdən sonra bir hədiyyə və hədiyyələşmə günü kimi mənimsəmiş və bunda da heç bir qəbahət görməmişlər. Çünki güclü hərbi sistemi olan bir dövlətin yürüşə, qan axıdılmasına və iğtişaşlara imkan verməsi qeyri-mümkündür. Bu nöqteyi-nəzərdən tarix də şahiddir ki, Osmanlıların Novruzu qəbul etdiyi gündən bu günə nəinki bu cür hadisələr, ən kiçik bir narazılıq belə olmamışdır. Deməli novruzda xalq Xıdırəlləzdə olduğu kimi, sadəcə çəmənliyə axın etmiş, od qalamış və əylənmişlər. Əslində od qalama da İran mənşəli olduğuna görə atəşpərəstlərin işidir, lakin Türk xalqı bunu ibadət kimi deyil, əyləncə olaraq görmüş və belə sadə məsələləri böyütməmişdir.

Bu cəhətdən hazırda qədim adət-ənənələrə də zidd yeni şeylər icad edir və tarix təhrif etməyə çalışırlar. Buna görə Ələvi-Sünni, Kürd-Türk hər kəs bəsirətli olmalı, terrordan tamamilə uzaq olan bir bahar bayramını, bir Zərdüşt və ya bir Cümşüd Şah gününü sui-istifadə edib qan axıtmaq və tarixi təhrif etmək istəyənlərə imkan verməməlidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.