İrşad üslubu və sözün təsiri

Fəthullah Gülən: İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?

Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edirsiniz” ayəsi bu məsələdə bizə həm müjdə verir, həm də öhdəmizə düşən ülvi və qüdsi vəzifəni xatırladır. Qurani-Kərim möminlərə buyurur ki, siz təkcə müsəlmanlar deyil, bütün bəşəriyyət üçün ortaya çıxarılmış bir ümmətsiniz. Bəşəriyyətə insani dəyərləri öyrətmək sizin borcunuzdur.Siz bu hislərə öz iradənizlə də yiyələnməmisiniz. Qəlbinizdə bütün insanlığa qarşı sevgi oyadan, sizi meydana çıxaran və əmrlərini yerinə yetirməyəsövq edən Allahdır (cəllə cəlaluhu).

Ona görə də Məhəmməd ümməti Allahın onların çiyninə yüklədiyi bu əmanətə arxa çıxmalı və insanları mərufa (xeyirli əməllərə) təşviq etməli, münkərdən (pis əməllərdən) çəkindirməlidir. Budur onların digər ümmətlərdən əsas fərqi.

Məruf və münkər

Məruf – dinin əmr etdiyi, ağılın məmnuniyyətlə qəbul elədiyi, sağlam hislərin xoş qarşıladığı və vicdanın qapılarını açıb “buyur” dediyi hər şeydir. Ayədə əvvəlcə “mərufa təşviq” vəzifəsinin bəyan edilməsi əhəmiyyətlidir. Ona görə də mömin əvvəla"məruf" danışmağaçalışmalı, şər və pis şeyləri dilə gətirməkdən ziyadə, xeyiri və gözəlliyi ön plana çıxarmalıdır. O cümlədən, üslubuna diqqət etməli, gözəllikləri kimə, necə və hansı üslubda çatdıracağınıəvvəlcədən müəyyənləşdirməlidir.

Münkər isə dinin qadağa qoyduğu, sağlam ağılın etiraz etdiyi, sağlam hisslərin xoş qarşılamadığı və vicdanın qapılarını örtüb qəbul eləmədiyi şeylərdir. Mömin insanları xeyirə təşviq etməklə yanaşı, münkərdən də çəkindirməlidir ki, onlar pis aqibətə düçar olmasınlar, axına qapılıbgünah dəryasına getməsinlər, dərin quyulara düşüb boğulmasınlar. O, zülmün çirkinliyini ortaya qoyaraq zalımı zülmündən, fisqi-fücurun (günah, əxlaqsızlıq) iyrənc üzünü göstərərək fasiqi fisqindən və küfrün qorxunc simasını göstərərək kafiri küfründən çəkindirməlidir. Əlbəttə, başda hərəkət və davranış dili olmaqla, sözləri ilə dəonları əxlaqsızlıqdan, şərdən və çirkinlikdən diksinirməli və günahlardan uzaq saxlamağa çalışmalıdır.

Batili təsvir etməməliyik

Ancaq möminlər münkərin çirkinliyindən danışarkən onu güclü, qüdrətli və ya bərbəzəkli göstərmək doğru deyildir. Yoxsa özləri də bilmədən münkərə qarşı insanlarda meyil və maraq oyada bilərlər. Ustad Bədiüzzaman həzrətləri buyurur ki, “batili təsvir etmək saf zehinlərizəhərləyib yoldan azdırır” (Bədiüzzaman, “Məktubat” səh. 530 (Həqiqət toxumları)). Bəli, insan haqq və həqiqəti çatdırarkən bəzən şəri elə təsvir edir ki, həmsöhbətlərə ona qarşı maraq və meyil oyanır.Moizə oxuyub nəsihət edən və ya konfransda çıxış edən insan işlətdiyi ifadələrlə saf zehinləri bulandıra bilər, eyni xətanı film və serial çəkənlər də işləyə bilərlər. Niyyətləri batili çirkin göstərmək olsa da, özləri də bilmədən zəif iradəli insanlarda günahlara qarşı meyil oyada bilərlər. Beləcə, məqsədləri həqiqəti çatdırmaq və yaşatmaq olsa da,başqalarını yanlış yola sövq etmiş olarlar.

Ümidsizlik yaymamlı

Eyni şəkildə şəri, pisliyi və çirkinliyi təsvir edəndə insanların əhval-ruhiyyəsini pozur, ümidsizlik aşılayırısınızsa, demək, “münkərdən çəkindirmə” prinsipinə zidd hərəkət edirsiniz.

Məsələn, bəzən iztirab çəkərək “Bəşəriyyət göz yaşlarına yaddır. Onun gözləri heç vaxt bu qədər qurumamışdır. İslam aləmi od tutub yanır. İzzəti, şərəfi, qüruru tapdalanır. Buna baxmayaraq insanlar mütəəssir olmur. İki damla göz yaşı tökmürlər” deyirsiniz. Bu sözləri dilə gətirərəkən həm də: “Görəsən səhvmi elədim! Bəlkə, heç bunları dilə gətirməyəydim!” – deyənarahat olursunuz və olmalısınız.Çünki insan xoşagəlməz bir hadisəni təsvir edərkən özü də bilmədən abı-havanı ağırlaşdıraraq həmsöhbətlərini ümidsizliyə sövq edə, onların əhval-ruhiyyəsini sarsıda bilər.

İnsan zəmanəsini keçmişlə müqayisə edəndə də bu cürnarahatlıq keçirə bilər. Məsələn, siz Sultan Əhməd Xan həzrətlərinin “İftiraqınla[1], Əfəndim[2], məndə taqət qalmadı. / Parə-parə oldu bu dil[3], eşqdə məhəbbət qalmadı. /Şol qədər ağlatdı mən biçarəni hökmü-qəza. /Giryədən[4] heç Həzrət Yaquba növbət qalmadı” şeirini xatırlayıb Peyğəmbər (aleyhissalatu vəsəlləm) aşiqi və vurğunu o sultanlardan sonra səltənətin var-dövlət hərislərinin əlinə keçdiyini düşünür, büna mütəəssir olur və fikirlərinizi dilə gətirirsiniz. Həqiqətən, keçmişin gül dövrünü bilən insanlar üçün hazırkı xəzan mövsümünü görmək böyük dərd, böyük iztirabdır! Bu şəkildə iztirab çəkməmək, keçmişlə bu gün arasında bu cür müqayisə aparmamaq isə daha acınacaqlı haldır! Gör nə günə düşmüşük ki, dərin quyuya yuvarlanmışıq, ancaq halımızdan xəbərimiz yoxdur!

Bütün bunlar həqiqətdir. Ancaq Həzrət Pirin sözü ilə desək, insan gərək ancaq doğrunu danışsın, lakin hər doğrunu hər yerdə demək olmaz (Bədiüzzaman, “Məktubat” səh. 532 (Həqiqət toxumları)). Bəzən bir həqiqəti dilə gətirirsiniz. Ancaq sizi dinləyənlərin dərrakəsi, mənəviyyatı buna hazır deyilsə, sözləriniz onları ümidsizliyə sövq edə bilər. Onlar yanlış olaraq düşünərlər ki, bir də bu gözəlliklər yaşanmayacaq. Film, serial, pyes, qəzet yazıları, moizə və nəsihətlərlə insanları pis əməllərdənçəkindirməyə çalışanlar bəzən yol verdikləri səhvlərlə insanların qol-qanadını qırıb ümidsizliyə sürükləyirlər.

O baxımdan bir yerdə insanlara gözəlliklərdən danışan bir adam həmsöhbətlərinin hislərinidüzgün analiz etməli, məsələləri uyğun bir üslubla çatdırmalı və onlardangözlənilən etirazları danəzərə almalıdır. Çünki insanların nəyə meyil göstərəcəklərini və ya nəyə etirazedəcəklərini nəzərə almadan deyilən hər bir söz əks-reaksiya doğurar.

Xülasə, insanları xeyirə təşviq edib pis əməllərdən çəkindirənlər təmkinli hərəkət etməlidirlər. Nə batili təsvir edəndə mübaliğəyə yol verməli, nə də haqqı təbliğdə "xəsislik"etməlidirlər.

Danışanda haqpərəsət olun

Bəzən niyyətiniz yaxşı və gözəl şeylərdən danışmaq olsa da, bir də görürsünüz ki, “mərufu təşviq” prinsipindən uzaqlaşmısınız. Məsələn, həyata keçirilən gözəl fəaliyyətləri mübaliğəli şəkildə danışırsınız. Halbuki, mübaliğə üstüörtülü yalandır. Zərrə də olsa, yalanla dinə xidmət etmək olmaz. Üstəlik mübaliğə gözəlişlərin feyz və bərəkətini kəsilməsinə səbəb olur.

Gözəl şeylərdən bəhs edəndə bəzən onlardan nəfsimizə payayırırıq,elə bil bütün bu gözəlliklərin əsl sahibi bizik. Halbuki bu fəaliyyətlərin 99.9 faizi Allaha (cəllə cəlaluhu) aiddir. Burada iradənin payı mində birdir. Biz bunu inkar etmirik. Əks halda Cəbriyyə təriqətinin yol verdiyi xətaya düşər, determinizm düşüncəsi ilə hərəkət etmiş olarıq. Başqalarına gözəl şeylərdən danışan insan özünü bu işin qəhrəmanı kimi göstərərsə, xəyalən də olsa, bu işdən özünə pay çıxarsa, xəyalını şirklə çirkləndirmiş olar. Bu çirkin xəyal bir gün onun təsəvvüründə ortaya çıxar və orada yuva salar. Ardınca onun təəqqülatına əl uzadar və ağlını qarışdırar. Axırda da əvvəlcə ən məsum şirk sayılan “biz", "biz” deməyə başlayar, sonra da ən böyük şirk olan “mən", mən"ə keçər.

İlk öncə öz nəfsinə nəsihət ver

Bir məqama da toxunaq: nəsihətin təsiri nəsihəti verən adamın ona əməl etməsindən asılıdır. Belə ki, Allah-taala Həzrət İsaya xitabında: “Ey İsa! Əvvəlcə öz nəfsinə nəsihət ver. O bu nəsihətə əməl elədikdən sonra başqalarına nəsihət ver. Yoxsa, Məndən utan” (Əhməd ibn Hənbəl, “əz-Zühd”, 1/54; Əu Nuaym, “Hilyətül-övliya”, 2/382), – deyə buyurmuşdur. Yəni insanın öz nəfsinə qəbul elətditmədiyi bir şeyi başqalarına söyləməsi Rəbbəhörmətsizlikdir.Allah-taala sözü ilə əməli bir olan Həzrət Məsih (əleyhissalam) kimi bir peyğəmbərə bu cür xəbərdarlıq edirsə,demək, insanlar bu məsələdəhəddən artıq diqqətli olmalıdırlar.

Söylənən sözlərin insanlara təsir etməsi formallıqdan qurturlmaq və surətdən mənaya keçməkdən çox asılıdır. Əgər milyard yarım mənsubu olan İslam dünyasında on milyon insan səhabə kimi müsəlmanlığı yaşasaydı, bəşəriyyətin taleyi başqa cür olardı. Ancaq Allah-taala “Şükür etsəniz, nemətimi artıraram” (“İbrahim” surəsi, 14/7) bəyanı ilə vəd verdiyi nemətlərdən məhrum qalmamaq üçün yenə də Ona həmd olsun!

Ey Rəbbim! Bizi nemətlərindən məhrum etmə! Qəlbimizə inşirah ver və bizi həqiqi insan et! Bizə şükür edən, xəşyətlə titrəyən, əcz-fəqr şüuru ilə yalvaran könüllər bəxş et!

[1]Ayrılıq.
[2]Peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.s.).
[3]Qəlb.
[4]Göz yaşları.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.