“Bizi bizdən çox sevən var”

Bizi bizdən çox sevən var

Onun bu sevgisini məşhur Azərbaycan şairi Məmməd Aslan “Dərədən-təpədən” adlı proqramında geniş ifadə etmiş və proqramı da bu sözlərlə açmışdı: “Bizi sevən var. Bizi bizdən artıq sevən var. Yunus Əmrə demişkən, qafil nə bilsin ki, bizi sevən var... Bu insan şəxsi həyatında öz istəklərindən tamamilə sıyrılmış, varlığını millətinə, soyuna, soydaşına, dindaşına həsr etmiş, gözəllərin sona qalmışlarındandır”. Həqiqətən də, bir sevgi bu qədər səmimi, könüldən olarsa, mütləq qarşı tərəfdə də eyni reaksiyanı, eyni duyğunu doğurar. Əslində bu sözlər bir cəhəti ilə Fəthullah Gülən Hocaəfəndinin Azərbaycana duyduğu sevgiyə, səmimiyyətə qarşılıq olaraq Azərbaycan xalqının təqdirinin, ehtiramının ən gözəl ifadəsi deyilmi?

Tarixi Şadirvan məscidi unudulmaz günlərindən birini yaşayırdı. Haqqa inanmış könüllərdə taxt qurmuş abidə bir şəxsiyyət illərdən bəri həsrət çəkən minbəri sevindirir, nə qədər təvazökar, nə qədər sadə olsa belə, layiq olduğu bu möhtəşəm kürsüdən qəlbinin ilhamını səmimi duyğularla çağlayan sinələrə axıdırdı. Hər zaman bəhs etdiyi metafizik həyəcan o gün o tabloda ən yüksək səviyyədə yaşanırdı və qəlbin ən həssas nöqtələrində yaşanaraq, hiss edilərək söylənən sözlər dinləyənlərin qəlbinə, iliyinə qədər işləyir və orada əks-səda doğururdu.

O natiq müxtəlif söhbətlərində fərqli-fərqli mövzularda öz mülahizələrini ifadə edir və dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanırdı. Doğrudur, onun digər zamanlarda söylədikləri də insanları duyğulandırır, öz təsiri altına alırdı. Amma bu söhbət bir başqa cür sirayət etmişdi könüllərə. Çünki eşidənlərin söhbətlə bağlı çox həssas olduqları açıq-aşkar görünürdü. Eşidənlər natiqin nə deyəcəyini bilməsələr də, sanki İlahi bir şövqlə hər şey onlara hiss etdirilirdi, çöhrələrdə fərqli bir hüzn, o boyda məbədə qəribə bir kövrəklik hakim olmuşdu.

Söhbət başlamışdı. Bir zərgər dəqiqliyi ilə seçilərək söylənən ifadələrlə camaatın diqqəti son dərəcə gərilmiş, o mübarək şəxsin ağzından süzülən ləl-gövhər kimi sözlər söhbətin ana xəttini belə ifadə edirdi:

“Azərbaycanda tanklar altında əzilən soydaşlarımıza, dindaşlarımıza heç cür kömək edə bilməməyin iztirabı ilə iki bükülmüşəm. Əlimizdən bir şey gəlmir. Heç olmasa, hacət namazı qılaq, barı onlar üçün dua edək”.

Bu sözləri söyləyərkən bayılmış, ayılanda da göz yaşlarına hakim ola bilməmişdi. İnci dənələri kimi ard-arda düzdüyü bu mübarək sözləri ilə o, sanki bir az sonra uca Peyğəmbərimizə göndərəcəyi hədiyyəsinin bantını bağlayırdı. Bir az sonra da Pakistanın məşhur mütəfəkkiri Məhəmməd İqbalın Peyğəmbərimiz Həzrəti Məhəmmədi (s.ə.s.) yuxuda gördüyünü və Əfəndimizin də ondan “Mənə nə gətirdin, ey İqbal?” sualına İqbalın:

“Ey Allahın Rəsulu, Sənə bir bardaq müsəlman türkün axıdılan qanını gətirdim” cavabını xatırlatmışdı. Söhbətinə davam edərək, eyni sual ondan soruşularsa, yəni Peyğəmbərimiz Həzrəti Məhəmməd: “Gələndə mənə nə gətirdin?” desə, cavabım: “Ümmətinin günahlarına ağlayan insanların göz yaşlarını və üzərində də Azərbaycanda axıdılan müsəlman-türk qanını qoyaraq gətirdim olardı”, - demişdi. Sonra da Azərbaycanda axıdılan o qan haqqında: “Mən o qanı cənnətlərin kövsərlərinə dəyişmərəm”, - deyərək, verdiyi uca dəyəri ifadə etmişdi.

Bəli, türk insanı yetmişillik ayrılıqdan sonra azərbaycanlı qardaşlarının varlığını və onlara duyulan həsrəti ilk dəfə bu qədər dərindən hiss edirdi. İnsanlara bu hissləri yaşadan, minbərdən yüksələn o səsin sahibi möhtərəm Fəthullah Gülən Hocaəfəndi idi. Hocaəfəndi kilometrlərlə uzaqda olmasına baxmayaraq, azərbaycanlı qardaşlarına qarşı bir özgə sevgi, bağlılıq hissi duyub və qanlı yanvar hadisəsinin iztirablarını iliklərinə qədər yaşayırdı. Onun bu sevgisini məşhur Azərbaycan şairi Məmməd Aslan “Dərədən-təpədən” adlı proqramında geniş ifadə etmiş və proqramı da bu sözlərlə açmışdı: “Bizi sevən var. Bizi bizdən artıq sevən var. Yunus Əmrə demişkən, qafil nə bilsin ki, bizi sevən var... Bu insan şəxsi həyatında öz istəklərindən tamamilə sıyrılmış, varlığını millətinə, soyuna, soydaşına, dindaşına həsr etmiş, gözəllərin sona qalmışlarındandır”. Həqiqətən də, bir sevgi bu qədər səmimi, könüldən olarsa, mütləq qarşı tərəfdə də eyni reaksiyanı, eyni duyğunu doğurar. Əslində bu sözlər bir cəhəti ilə Fəthullah Gülən Hocaəfəndinin Azərbaycana duyduğu sevgiyə, səmimiyyətə qarşılıq olaraq Azərbaycan xalqının təqdirinin, ehtiramının ən gözəl ifadəsi deyilmi?

Hocaəfəndinin bir dərdi vardı. O, ömrü boyu sevgi, barış, xoşgörü desə də, bu sözləri yalandan belə olsa, dilinə gətirməyən insanlar heç də az deyildi və bu insanlar müxtəlif dövrlərdə, xüsusilə də müsəlman-türk xalqına qarşı ağlasığmaz zülmlər həyata keçirirdilər. Göz yaşları dayanmır, amma hər dəfə də bıçaqlar qəzəblə, kinlə bülövlənirdi. Belə bir xəstəliyə qarşı Hocaəfəndinin resepti bu idi: “İnsanlığın yenidən inanmış könüllərə ehtiyacı var. Sevgini həyatının amalı seçən, ağlı və qəlbi kamillik səviyyəsinə çatmış, dövrün tələblərini çox gözəl anlayan və mövcud şərtlər içində doğru seçim etməyi bacaran, nur üzlü, tərtəmiz bir nəsil yetişdirmək lazımdır”.

Doğrudur, resept bəlli olmağına bəlli idi, amma bu mesajın hər kəsə çatdırılması lazım idi. Bəşəriyyətə müsbət mənada yol göstərən böyük insanlar yayacaqları mesajları, ilk növbədə, ən yaxınları, əqrəbaları, soydaşları ilə paylaşmalıdırlar. Ömrünün hər məqamı ilə bizə örnək olan insanlığın iftixar tablosu Həzrəti Məhəmmədin həyatına baxsaq, eyni mənzərəni görərik. Belə ki, o, uca Rəbbindən aldığı vəhyləri, ilk növbədə, xanımı və yaxın qohumları ilə paylaşmış, daha sonra da bütün insanlara çatdıraraq, dəyişməyən bu təbii davranışı özündən sonra gələcək ümməti üçün bir düstur, bir miras kimi buraxmışdır. Elə möhtərəm Fəthullah Hocaəfəndi də uca Peyğəmbərimizin bu düsturunu əsas tutaraq, sevənlərinə: “Gedin soydaşlarımızla, qardaşlarımızla qucaqlaşın, onlarla aramızda sağlam körpülər qurun. Ən sağlam körpü mənə görə təhsildir. Edə biləcəyiniz ən gözəl yardım imkanları məhdud olan o coğrafiyada məktəblər açmaqdır”, - demişdi. Onun bu gözəl tövsiyələrini dinləyən vəfalı Anadolu insanı vaxt itirmədən öz qardaşları qarşısında vəfa borclarını yerinə yetirmək üçün ilkin olaraq Azərbaycana gəlmiş və burada ümummilli lider, mərhum Heydər Əliyevin xeyir-duasını alaraq, təhsil müəssisələri açmışlar. Azərbaycanın bağrında ayrı-ayrı sülh adacıqları şəklində nəzərəçarpan bu məktəblər illər keçdikcə çoxalmış, xalqın və dövlət rəhbərlərinin təqdirini qazanmışdır. Bu məktəblərdən məzun olan gənclər bu gün Azərbaycanın qüruru halına gəlmiş, ölkəni, milləti nə gözəl şəkildə təmsil edən, milli-mənəvi dəyərlərinə və dövlətə bağlı güclü bir nəsil kimi yetişmişlər.

Ümid edirik ki, 22 il əvvəl baş vermiş o hadisələr bu coğrafiyada bir daha yaşanmayacaq və bir kökdən pərvəriş tapan Azərbaycan və Türkiyə bir-birinə həsrət qalmayacaqlar. Bizi bizdən artıq sevənlər heç zaman unudulmasın. Hafizələr ağır günlərdə özünü qardaş yardımına yetirənləri, sevdiyi üçün göz yaşları ilə bayılma həddinə gələnləri hər zaman xatırlasınlar. Yalançı və saxta sevgilər silinib getsin və hər zaman səmimi sevgilər qalib olsun.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.