Mövlana Vahiduddin Xan

Hindistan İslam Mərkəzinin rəhbəri Mövlana Vahiduddin Xan Yeni Delhidə yaşayan əhli sünnə alimidir. 87 yaşında olmasına baxmayaraq sistemli şəkildə söhbət məclislərində insanları dinə çağırır, məqalə və kitablar yazır. Urdu dilində qələmə aldığı əsərləri qızı ingilis dilinə çevirib çap etdrir.

Mövlana Vahiduddin Xan məşhur İslam alimi və sülh aktivistidir (fəalıdır). Demiurqus Beynəlxalq Sülh Mükafatı və Milli Vətəndaş Mükafatının laureatıdır. 2009-cu ildə isə Rahibə Terasa və Raciv Qandi Sadbxavana mükafatına layiq görülmüşdür. Quran tərcüməsi və təfsirinin müəllifidir. Mütəfəkkir 5-6 may 2012-ci ildə Qaziantepdə keçirilən "İctimai problemlərə peyğəmbər yolundan çözümlər" adlı simpoziuma qatılmış və açılış çıxışı böyük maraqla qarşılanmışdı. “Yeni Ümid” və “Hira” jurnallarının birgə təşkil etdiyi bu simpoziuma Misirin məşhur Baş Müftisi prof. Əli Cümə, Əlcəzayir Metodologiya İnstitutunun direktoru prof. Babaammi, İordaniya Beynəlxalq İslam Universitetinin rektoru prof. Abdünnasir Əbul Basal, Mavritaniya İslam Mədəniyyəti Ərəb Məclisinini sədri prof. Xəlil Nəhiv, Səudiyyə Ərəbistanı Beynəlxalq İslam Düşüncəsi İnstitutunun Baş Katibi Prof. Əbdülhəmid Əbu Süleyman kimi dünyada tanınmış elm adamları iştirak etmişdi. Simpoziuma ölkəmizdən də (Türkiyə) Baş Nazirin Müavini Bəkir Bozdağ, Diyanət İşləri Başqanı prof. Mehmet Görməz, sabiq Diyanət İşləri Başqanı Əli Bardaqoğlu, Din İşləri üzrə Ali Qurumun sədri prof. Raşid Kiçik başda olmaqla İlahiyyat fakültələrinin müəllimləri, Diyanətin müfti və imamları və müxtəlif bölgələrdən çox sayda dini öndərlər qatılmışdı.

Mövlana Vahiduddin Xanın simpoziuma qatılması mənim üçün sürpriz oldu. Onu yetmişinci illərdən "Elmin işığında İslam" adlı kitabdan tanıyırdım, amma yaşadığını bilmirdim. Onun milli geyimdə səhnəyə çıxması və göz yaşların içində çıxış etməsi mənim üçün gözlənilməz oldu:

"Bismilləhirrahmənirrahim.

Bu tarixi simpoziumu təşkil edənlərə çox təşəkkür edirəm. Mənə belə bir məclisə xitab etmə imkanı verdikləri üçün ayrıca təşəkkür edirəm. Bu, mənim Türkiyəyə ilk gəlişimdir. Sanki səyahətə çıxmışam. Bu səyahətdə bir “inqilab insanı”na rast gəldim. Fəthullah Güləni tanıdım. Milyonlarla insana ilham verən şəxsi... Onun fikirlərindən ilham alan bir çox insanla tanış oldum. Təhsildə, səhiyyədə, ictimai sahələrdə böyük işlər görən insanlarla tanış oldum. Onlar təkcə Türkiyədə deyil, bütün dünyada minlərlə təhsil müəssisəsi açıblar. Bir “təhsil imperiyası"nı xatırladır... Əzəmətli, özünəxas bir fəaliyyət. İstanbulda Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) səhabələrindən Sultan Eyyuba baş çəkdim. Gör haralardan durub İstanbula gəlib, burada vəfat edib. Türbənin önündə bu ayə ağılıma gəldi: “Səni sırf aləmlərə rəhmət olaraq göndərdik.” Türbə səssiz-səmirsizdi, ancaq sanki mənə: “Ey Məhəmməd ümməti. İslam peyğəmbəri yeddinci əsrdə böyük inqilab etdi, bütün dünyaya yenilik gətirdi. İndi növbə sizdədir. XXI əsrin çevrilişini siz edəcəksiniz. Bu qədər imkan var, komunikasiya vasitələri var. Hər il 31 milyondan çox insan istirahət üçün Türkiyəyə gəlir. Sanki Allahın adını eşitmək üçün buraya axın edir, qapınızı döyürlər. “Ey Məhəmməd ümməti! Allahın kitabı əlinizdə, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) sünnəsi ortada, siz buradasınız. Bu nemətləri bizimlə paylaşın” deyə gəlirlər. Qardaşımız Gülən bu həqiqətin və fürsətin fərqinə vardı. O, müasir dövrün şərtlərinin də dərk etdi. Və bu məqsədlə bir nəsil yetişdirdi. Qəhrəmancasına mübarizə aparan bir nəsil. Bu yolun ən böyük missiyası, şübhəsiz ki, Qurani-Kərimi təkrar anlamaqdır. Quran yer üzündə qorunub saxlanmış yeganə vəhydir. Buna bənzər başqa bir kitab yoxdur. Olduğu kimi qorunub saxlanmış başqa bir müqəddəs kitab yoxdur. Və bu kitab sizin əlinizdədir. Gülən bu davanı Quranın rəhbərliyində başlatmışdır.

Nədir bu Kitabın əhəmiyyəti? Bütün dünya ümidsizlik içindədir. Hər sahədə inkişafa şahid oluruq. Amma gəl gör ki, nə baş verdi? Bir misal çəkim. Yeni Delhidə yolda gedən bir adama: “Haralısan” dedim? “Kanadalıyam” dedi. “Gözəl evimiz, ailəm var. Hər cür maddi imkanım var. Amma buna baxmayaraq ruhumda, vicdanımda bir aclıq, bir boşluq var” dedi. Əslində, kanadalının halı bütün dünyanın vəziyyətini özündə əks etdirir. Maddi olaraq hər şey var, lakin insanlar mənəvi aclıq çəkirlər. Çünki əllərində onlara istiqamət verən belə bir İlahi nur yoxdur. Qurani-Kərim bu harayın cavabıdır. “Mən kiməm? Niyə yaradıldım? Niyə bu planetdəyəm? Ölüm nədir? Ölümdən sonra nə var? Yaradılışın səbəbi nədir?” - insanlar bunlardan bixəbərdir və hər kəs bu sualların cavabını axtarır. Bütün bu suallara yalnız bir kitab cavab verə bilər, o da Qurani-Kərimdir. Fəthullah Gülən bunu anladı və onun yolu Quran yoludur. Bu, bizim də məsuliyyətimizdir. Bu həqiqətləri bütün dünyaya çatdırmaq vəzifəmizdir.

Biz Qurani-Kərimin ingilis dilinə tərcümə etdik. Biz də eyni amalla Quranın səsini dünyaya çatdırmaq istəyirik. Əlimdə gördüyünüz, müasir ingilis dilinə tərcümə edilmiş Qurandır. Hər kəs Quranda nə var, bilməlidir. Qarşılaşdığım hadisələr mənə güc verir. Yeni Delhidə bir ingilis ailəsi var. Xəstələnmişdilər. Vəqfimizdən bir nəfər xəstəxanada onlara baş çəkib Quran tərcüməsini hədiyyə etmişdi. İngilis: “Ruhuma, ağılıma xitab edən, beynimdəki suallara cavab verən yeni bir həqiqətə çox ehtiyacım var”, demişdi. Gülənin missiyasının əsasını da Quran və Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) təşkil edir. O, dünyada mənəvi aclıq çəkən bütün insanlara bu həqiqətləri çatdırmağı məqsəd seçdi. Allahın ümid bəxş edən mesajını bu insanlara çatdırmağa çalışır. İstanbulda Eyyub əl Ensariyə baş çəkdim və orada bir səs eşitdim. Səs belə deyirdi: "Məhəmməd ümməti, haradasan? Bütün insanlıq acdır, siz haradasız? Bütün dünya acdır. Allahı tanımaq istəyir. Nə üçün yaradıldığını bilmək istəyir. Ölüm nədir, bilmək istəyir. Cənnət nədir, cəhənnəm nədir? Məhəmməd ümməti, haradasan?” Mən Türkiyədə bunu gördüm. Türkiyə çox fərqli bir ölkədir. Şərqi Qərbə birləşdirən bir körpüdür. Şübhəsiz bu işdə Allahın bir planı var. Şərqin hikmətini Qərbə ötürmə planı. Şərqi Qərbə köçürmə... Çox ümidvaram. Hörmətli Gülənə və tələbələrinə çox təşəkkür edirəm. Buradakı müəssisələrə təşəkkür edirəm. Türkiyədə, İstanbulda gördüyüm müəssisələr çox yaxşı idarə olunur. Bu müəssisələrdə bir dərinlik, bir mənəviyyat gördüm. Bir İslam mədəniyyəti gördüm. Və bu mənim ümidimi dirçəltdi, mənə böyük ümid bəxş etdi. Bu, sanki sırf Türkiyəyə xas olan bir şeydir. Sanki İslamın tarixini dirçəltmək Türkiyənin vəzifəsidir. Sanki səhabənin yeddinci-səkkizinci əsrlərdə gördüyü iş bu millətə həvalə edilib. Və möhtərəm Gülənin varlığı da bunun bir dəlilidir. Çox xoşbəxtəm.

Mən yaşlı insanam. Nə vaxt öləcəyimi bilmirəm. Amma bunu deyə bilərəm ki, böyük bir ümidlə öləcəyəm. Çünki bu Türk qardaşlarım mənim və möhtərəm Gülənin missiyasını tamamlayacaq. Və öləndə də könlüm gül-gülüstan olacaq. Çünki Türk insanının bu missiyanı tamamlayacağına inanıram. Allah sizin köməyiniz olsun və bu böyük missiyanı tamamlamağı sizə nəsib etsin.".

Daha sonra Mövlana Vahiduddin Xan “Timetürk” qəzetinə müsahibə verdi:

"Bu mənim üçün səyahət oldu. Çünki Türkiyə qarşı mənfi görüşlərim vardı. Ancaq görürəm ki, burada insanlar çox fəal, çox işgüzardır. Burada dünya mədəniyyəti ilə qarşılaşdım. Bu günə qədər bir çox müsəlman ölkələrində oldum. Digər müsəlman ölkələrdə bu fəallığa rast gəlmədim. Durğun vəziyyətdəydilər. Neft gəlirlərini çıxsaz, onlardan əsər-əlamət qalmaz.

(...) Yaradan hər şeyi fərqli yaradıb, siz necə onları bir-birinə bənzədəcəksiniz? Fərqlilikləri qəbul etmək məcburiyyətindəyik. Fərqlilikləri idarəetmə sənətini öyrənməliyik, məhvetmə sənətini deyil. Mən Pakistan və Banqladeşin Hindistandan ayrılmasına şahid olmuşam. Məncə, ayrılıq həll yolu deyil. Nəticə də bunu göstərir. Hindlilərlə müsəlmanlar arasında əlbəttə ki, fərqliliklər var. Amma fərqlilikləri aradan qaldırmaq olmaz, onları idarə etməyi öyrənməlisiniz. Yeni bir ölkə qursanız, onda da fərqliliklər olacaq. Pakistana baxın, hər gün ölüm, partlayış xəbərləri gəlir. Biz, Hindistan müsəlmanları daha yaxşı vəziyyətdəyik." (“Timetürk” qəzeti 13.05.2012)

Qaziantep Simpozimunda bu çıxışından sonra yanına yaxınlaşıb əllərindən iki dəfə öpdüm...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.