Yaxşı ki, məktəbləri bağlamamışıq...

Beynəlxalq Türk Dili Olimpiyadalarına münsiflər heyəti olaraq dəvət edildim. Əvvəlcə təəccübləndim. Mahnı və türkü barədə kifayət qədər məlumatım olmadığına görə də utandım, ancaq qarşı tərəfi qırmaq istəmədiyimdən etiraz etmədim. İlk illərdən bəri həmişə Fəthullah Gülən məktəblərini və yarışmaları dəstəkləmişəm. "Bu məktəbləri bağlamaq lazımdır. Bu müəssisələr bir irtica yuvasıdır" deyənlərə qarşı çıxdığıma görə də o dövrlərdə başım yaman dərd görmüşdü.

İndiki halımıza bir baxın. Dünən bağlamaq istəyirdik, bu gün əlüstündə gəzdiririk. Yaxşı ki bağlamamışıq, yaxşı ki məsələyə dar çərçivədən yanaşmamışıq. Çərşənbə axşamı keçirilən final tədbirinə bu düşüncələrlə getdim. Mənzərə möhtəşəm idi. 15 min tamaşaçı iştirakçıları ayaqda alqışlayırdı. 110 ölkədə fəaliyyət göstərən bu məktəblərdə Türk dilini öyrənən 14-15 yaşlı gənclərin səhnəyə çıxıb bir-irindən gözəl türkü və mahnılar ifa etməsi alqışa layiq bir mənzərəydi. Bundan daha alqışa layiq olan məsələ isə belə bir nəhəng tədbiri üzüağ başa vurmaqdır. Nəticə isə, bir sözlə, möcüzə…

Mənə ən çox təsir edən tədbirin uğurlu keçməsi və hər detalın diqqətlə gözdən keçirilmiş olması idi. Belə tədbirlərin təşkilatçılığının nə qədər çətin olduğunu bildiyimə görə, heyranlığım daha da artdı. Həm o məktəblərin müəllimlərinə, həm də bu işə əmək verən hər kəsə hörmətim daha da artdı. Əslində, yarışmaya "Olimpiyada" adını verməklə, məncə bir az məsələni şişirdiblər. "Müsabiqə" deyilsə, daha yaxşı olardı. Çünki əslində bu, xaricdə böyük rəğbətlə qarşılanan Gülən məktəbləri arasında keçirilən bir yarışdır. Ən çox çalışan, ən yaxşı hazırlanan mükafatlandırılır.

Bir də, münsiflər heyətinin bir xəbərdarlığından söz edim. "Türk dilindən səlis istifadə edən"lərə üstünlük verməyi tövsiyə etdilər. Məndən demək...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.