Gülən Hərəkatı xalq, cəmiyyət üçün çalışan hər kəsə ilham mənbəyidir

ABŞ Prezdenti Barak Obamanın müşaviri əslən Misirli olan Dalia Mogahed Fəthullah Gülən adı ilə çəkilən Könüllülər Hərəkatının cəmiyyət mənafeyi üçün çalışan hər kəsə model və ilham mənbəyi olduğunu dedi.

Ağ Evin ilk müsəlman müşaviri olan Mogahed: “Məncə, bu hərəkat bütün dünyaya fədakar insanların birləşib cəmiyyət manafeyi üçün nələr edə biləcəyini göstərir,” – dedi. Mogahed Gülən Hərəkatının dinlər arası dialoq fəaliyyətlərini isə “xarüqüladə işlər” sözləri ilə təsvir etdi.

ABŞ Prezdenti Barak Obamanın müşaviri Dalia Mogahed Ərəb gəncliyinin işsizlik problemini həll etmək üçün qurulan “Silatech”in Qatarda təşkil olunmuş İkinci Doha Zirvəsi əsnasında “Zaman” qəzetinə müsahibə verdi. Mogahed sualları belə cavablandırdı:

Mustafa Ədib Yılmaz Doha: Sizcə Fəthullah Gülən Hərəkatı dünyaya və bəşəriyyətə nə vəd edir? Bütün bu fəaliyyətlər haqqında nə düşünürsünüz?

Dalia Mogahed: Məncə bu hərəkat bütün dünyaya fədakar insanların birləşib birgə iş görəndə cəmiyyətin mənafeyi üçün nələr edə biləcəyini göstərir? Bu nöqteyi-nəzərdən bu hərəkat tam bir modeldir. İnsanlara və xüsusən də müsəlmanlara bir ilham mənbəyidir. Ümid edirəm ki, bu hərəkata türklərlə yanaşı, başqa xalqlar da sahib çıxar və bu bütün bəşəriyyətə yayılar.

Mustafa Ədib Yılmaz Doha: Dünyanın demək olar ki hər ölkəsində bu fəaliyyətin olduğunu nəzərə alsaq, bunun çoxdan həyata keçdiyini deyə bilərikmi?

Dalia Mogahed: Bəli, bilirəm bu insanların bu qədər geniş miqyasda fəal olduqlarını və fədakarlıqları ilə müxtəlif mədəniyyətlərə mənsub insanlara xidmət etdiklərini, ancaq bir həqiqət də var ki, bu hərəkatın nümayəndələrinin çoxu hələ də türklərdən ibarətdir. Zənnimcə başqa millətdən olan müsəlmanların da bu hərəkata daxil olması hərəkatın böyüməsi üçün bir hədəf olmalıdır. Məsələn, Amerikada tanış olduğum bu hərəkatın nümayəndələri böyük işlər görürlər, ancaq bu işi görən insanların hamısı türkdür. Məncə bu hərəkat bütün dünya müsəlmanlarının qucaq açdığı bir layihəyə çevrilməlidir. Mən bu son dərəcədə müvəffəqiyyətli və təqdirə layiq hərəkata ancaq bunu tövsiyə edə bilərəm.

Mustafa Ədib Yılmaz Doha: Hərəkarın mədəniyyətlər və dinlərarası dialoq fəaliyyətləri haqqında nə deyə bilərsiniz? Bu mövzular sizin Ağ Evdə ən çox məşğul olduğunuz məsələlərdir.

Dalia Mogahed: Bu insanlar dinlərarası dialoq adına böyük işlər gördülər. Açıq-aydın görünür ki, bu fəaliyyət hərəkatın əsas hissəsidir. Dediyiniz kimi bu məsələlər mənim də sahəmə girir və məncə Gülən Hərəkatının bu fəaliyyəti son dərəcədə təsirli və çox əhəmiyyətlidir. Bu insanların həqiqi mənada bütün dünyaya öyrədəcəkləri çox şey var, bunun üçün də hərəkata müxtəlif xalqlardan insanların qatılmasını zəruri görürəm. 

Mustafa Ədib Yılmaz Doha: Bu hərəkatın əleyhinə zaman-zaman iddialar ortaya atılır. Gizli bir məqsəd güdmə kimi, məsələn. Buna nə deyə bilərsiniz?

Dalia Mogahed: Mən həmişə faktlara baxıram. Bu iddialara inanmam üçün də faktlar lazımdır və bu vaxta qədər buna bənzər heç nə görmədim. Dolayısilə, açıq deməliyəm ki, bu iddiaların heç biri məni maraqlandırmır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.