ABŞ-dakı Dialoq Konfransına böyük maraq
ABŞ-da "Dinlərarası Dialoq İnstitutu" tərəfindən təşkil edilən "Allahın adı ilə şiddəti qınamaq: İslam nümunəsi" adlı konfrans böyük maraqla qarşılandı.
ABŞ-dakı "Oklahoma Siti Universiteti" əhəmiyyətli bir konfransa ev sahibliyi etdi. "Dinlərarası Dialoq İnstitutu" tərəfindən təşkil edilən konfransda şiddətin, terrorun yanlış olduğu, dinlərin sevgi əsaslı olduğu vurğulandı. Hər dindən insanın bir yerə toplanıb müxtəlif şəxsiyyətlərə və fərqli düşüncələrə hörmət göstərə biləcəyinin nümunəsini nümayiş etdirən konfrans içtirakçıları, təqdim etdikləri təbliğlərlə əhəmiyyətli mesajlar verdilər.
Dünya tarixinin şiddət və müharibə tarixi olduğu qədər, şiddətə qarşı qoruyucu tədbirlərin alınma tarixi olduğunu da vurğulayan Prof. Dr. Şerif Bassioni, beynəlxalq hüququn bu ikili standartdan təmizlənməsini istəyərkən, "Tugalu Universiteti"ndən Prof. Loy Aşton da Fəthullah Gülənin düşüncələrini şiddətə qarşı çıxan digər mütəfəkkirlərlə müqayisə etdi.
İslam qanunlarının terrorla qətiyyən uyğun gəlmədiyinin bir daha vurğulandığı konfransda "Rays Universiteti"ndən Cill Karrol Fəthullah Gülənin İslamı sülh dini olaraq qəbul etmənin əhəmiyyətini vurğulayan mesajını oxudu.
"İslam əsla şiddətə göz yummaz. Həqiqi İslamı anlayan bir insan terrorist ola bilməz və bir terrorist də müsəlman ola bilməz. Çünki bir insanı öldürən bütün insanlığı öldürmüş kimidir. Buna görə Quranı şiddəti təşviq edən bir kitabmış kimi göstərmək tamamilə xəstə bir zehniyyətin məhsuludur və Quranın ruhuna adilanə davranmamaqdır.".
Gülən mesajında insanları qazanmanın əhəmiyyətinə də diqqət çəkdi.
"Dialoqa və əməkdaşlığa açıq olmaq həqiqətən çox lazım və gərəklidir. Gələcək nəsillər səylərinizi minnətlə qarşılayacaq. Hər kəsi mövqeyində qəbul edərək hörmət etmək, dialoq, fərqliliklərimizə dəyər vermək daha firavan bir gələcək qurmağımıza kömək edəcək.".
Konfransa qatılan qonaqlar da verilən mesajların əhəmiyyətinə diqqət çəkdi və bənzər konfransların artırılmasını istədilər.
- tarixində yaradılmışdır.