ABŞ-ın "Cornell Universiteti"ndə Dostluq İftarı
ABŞ-ın "Cornell Universiteti"nin alimləri və İthaca bölgəsindən təxminən 150 tanınmış qonaq, universitetin "Willard Straight Hall-Memorial" salonunda iftar yeməyində bir araya gəldi. "Cornell Rumi Society" tərəfindən təşkil edilən Ramazan dostluq proqramında ayrıca "Sülh və Rumi dialoq" mükafatları verildi.
İftar proqramı “Cornell Rumi Society”nin Rəhbəri Yusuf A. Bozkurtun açılış nitqi ilə başladı. Türkiyə və Ramazan mədəniyyəti haqqında sinevizyon təqdimatı keçirildi. İkinci hissədə “Sülh və Rumi Dialoq” mükafatları təqdim edildi.
Sülh mükafatına İthaca Bələdiyyə Başçısı Carolyn K. Peterson və Universitetinin Yaxın Şərq Fakültəsinin Dekanı Professor Kim Haines-Eitzen layiq görüldü. İthaca Bələdiyyə Başçısı Peterson Ithaca şəhərinin fərqli din və mədəniyyətlər baxımından zəngin olduğunu və burada 60-a yaxın millətin nümayəndəsinin yaşadığını söylədi. Bunun İthacanın sülh və ehtirama qucaq açdığının göstəricisi olduğunu qeyd edən Bələdiyyə Başçısı Peterson “Cornell Rumi Society”yə belə bir proqramı “Cornell Universiteti”ndə həyata keçirdiyi üçün təşəkkür etdi.
Universitetinin Yaxın Şərq Fakültəsinin Dekanı Professor Kim Haines-Eitzen isə “Cornell Rumi Society”ni tərtib etdiyi fəaliyyətlərə və mədəni zənginlik ehtiva edən proqramlar təşkil etməsinə görə təbrik etdi. Dekan Kim Haines Eitzen: "Belə mədəni zənginliklərin İthaca “Cornell Universiteti”ndə toplandığı üçün çox xoşbəxt olduğunu," -dedi.
“Cornell Universiteti” Dekanı David J. Skorton isə universitet şəhərciyində dinlərarası dialoq və mədəniyyət sahəsində fəaliyyətlərinə görə “Rumi mükafatı”na layiq görüldü. Dekan adına proqrama qatılan Dekan Müavini Thomas W. Bruce mükafatı alarkən dekanın göndərmiş olduğu təşəkkür ismarıcını oxudu.
Sufizm və Rumi haqqında tədqiqatları ilə tanınan “Georgia Universiteti”ndən Professor Alan Godlas da gecədə: "Mövlana Cəlaləddin Rumi-İslamda Sevgi və Ruhi Dəyişmə" adlı bir çıxış etdi. Professor Alan Mövlana Cəlaləddin Ruminin fəlsəfəsinə bağlı, təmənnasız və heç bir qarşılıq gözləmədən sevmənin necə də sonsuz bir sevgiyə səbəb olduğunu anlatdı. Hz. Məhəmmədin (s.ə.s) hədislərindən nümunələr verdi. Professor Alan ayrıca çıxışında Fəthullah Gülən Xoca Əfəndinin sufizm haqqındakı fikirlərini də dilə gətirdi. Professor Alan Godlasın çıxışından sonra oxunan azanla birlikdə yemək yeyildi.
Yeməyin arxasından Atakan Sarı və Mahbud Burton tərəfindən Türk sufi musiqisi konserti verildi. Proqramın sonunda isə əbru sənətçisi Bingül Sevimli canlı olaraq əbru nümayiş etdirdi.
“Cornell Rumi Society” tərəfindən təşkil edilən Ramazan dostluq proqramına; “Cornell Graduate studies”, “Cornell United Religious Work”, “Yaxın Şərq Tədqiqatları Bölümü”, “Sülh Fəaliyyətləri Bölümü”, “Einaudi Mərkəzi”, “Beynəlxalq Tələbə Proqram Dairəsi”, “Cənub Asiya Proqramı”, “Cənub-Şərq Asiya Proqramı”, “Avropa Tədqiqatları”, “Afrika Mərkəzi”, “Cornell Universiteti Proqramlaşdırma Dairəsi”, “Müqayisəli Müsəlman Birlikləri Komitəsi”, “Din Mərkəzi”, “Etik və İctimai Siyasət” ilə “Alp Travel” sponsorluq etdi...
- tarixində yaradılmışdır.