“Afrikada daha çox Türk məktəbi açılsın”
5 ölkənin üzv olduğu Afrika Birliyinin Dövri Sədri Qvineya Xarici İşlər Naziri Eustaquio Nseng Esono keçən həftə İstanbulda səfərdə idi.
Nazir “Türkiyə-Afrika Birgə Əməkdaşlığın Nazirlər Səviyyəsində Gözdən Keçirmə Konfransı”nda iştirak etdi. Konfransda “Zaman” qəzetinə müsahibə verən Esono Afrikanın hazırkı problemləri təhsillə həll olunacağına diqqət çəkdi. Afrika qitəsinin bir çox ölkəsində fəaliyyət göstərən Türk məktəblərinin sayının artmasını istəyən Esono səbəbini isə belə açıqladı: "Avropa öz səfriliklərini bağlayanda Türkiyə Afrikada məktəb açdı. Xalqımıza “balıq tutamağı” öyrətdi. Bizim bu məktəblərə olan ehtiyacımız daha da çoxaldı. Hər ölkədə təkcə bir məktəb fəaliyyət göstərir. Bu artıq bizi təmin etmir. Ölkənin bütün şəhərlərində məktəblər açılmasını istəyirik".
Eustaquio Nseng Esono Türk məktəblərinin Afrikanın bir çox ölkəsində fəaliyyət göstərməsindən məmnun olduğunu dilə gətirərək bu məktəblərin sayının az olmasından təəssüfləndiyini qeyd etdi. Çətin günlərdə AB-nin öz səfirliklərini bağlayıb Afrikanı tək qoyduqlarını xatırladan Qvineyalı nazir, o günlərdə açılan Türk məktəbləri isə Türk xalqının nə qədər səmimi insanlar olduğunu göstərdiyini söylədi.
Türkiyə ilə əməkdaşlığımız əbədidir
Türk xalqının Somaliyə göstərdiyi qayğını heç vaxt unutmayacaqlarını deyən Qvineyal nazir, "Göstərdiyiniz yardımlara təkcə təşəkkür kifayət deyil. Üstəlik təkcə “alan” tərəf deyil, “verən” tərəf də olmaq istəyirik" dedi. Türkiyə ilə əməkdaşlığın əbədi olacağını söyləyən Esono “Bu bölgə ilk dəfədi ki, həqiqətən bir ölkəyə güvənir” dedi. Avropalıların daha çox iqtisadi gəlir üçün Afrikaya maraq göstərdiyini deyən nazir sözünə belə davam etdi: "Fransızlar, İngilislər, İspan və Almanlar illərlə bizi istismar etdi. Arvopalılar həmişə bizdən daşıdı, sonra da Afrika xalqını tək qoydu. Halbuki Afrika çox zəngin qitədir, ancaq bu zənginliyi öz xalqı üçün istifadə etməyə imkan vermədilər".
Afrika Birliyinin Dövri Sədri bölgədə ilk dəfə müstəmləkəçilik fəaliyyətlərinə başlayan Fransanın və ən çox müstəmləkə payını ələ keçirən İngiltərənin qitəyə ən çətin günlərdə kömək etmədiyini dedi. Bölgə xalqının artıq bu ölkələrlə əməkdaşlıq etmək istəmədiyini deyən Esono, üstəlik Avropanın bölgədəki daxili müharibələrin də əsas mənbəyi olduğunu düşünür. Gineli nazir "Avrapa ilə qurduğumuz əməkdaşlıqlar çox pis nəticələr doğurdu. 50 ildən sonra keçmişə baxanda Afrikanın get-gedə yox olduğunu gördük. Biz artıq Avropaya güvənmirik" dedi. Türkiyə ilə əməkdaşlığının qısa müddətdə çox müsbət nəticələr doğurduğunu deyən Qvineyalı nazir 2012-ci ildə daha çox əkinçilik, ticarət və bankçılıq sektoruna üstünlük verəcəklərini qeyd etdi.
Türkiyənin AB-yə daxil olma məsələsini dəyərləndirən nazir, "Türkiyə Avropa, Asiya, Orta Şərqdə indi də Afrikada mühüm bir mövqe əldə etdi. AB-nin Türkiyəyə ehtiyacı var. AB yaxın gələcəkdə Türkiyənin qapısını özü döyəcək" dedi. Türkiyə son üç ildə Afrikada 14 yeni səfirlik açaraq sayını 27-yə yüksəltdi. Gələn il isə 6 səfirlik açılması planlaşdırılır.
- tarixində yaradılmışdır.