Ali Şən: “Camaat Fənəri ələ keçirir” iddiasının heç bir əsası yoxdur

Fənərbaxçanın sabiq prezidenti Ali Şən “NTV spor radyo”da yayımlanan "Bülənd Yüksəllə 13" verilişində şikə əməliyyatı və PFDK-nın (Profesional Futbol Nizam-intizam Qurumu) qərarlarına dair maraqlı açıqlamalar verdi. Fənərbaxça klubunun prezidenti Əziz İldırımın "Bu şikə məhkəməsi deyil, Fənərbaxçanı ələ keçirmə əməliyyatıdır" iddiası ilə razılşamadığını bildirən Şən öz fikrini dilə gətirdi:

“Bu məhkəmənin siyasi olduğuna dair fikirlərlə qətiyyən razı deyiləm. Əvvəla sözü olan açıq desin. “Camaat” deyəndə Fəthullah Gülən Xocaəfəndi nəzərdə tutulur, elə deyilmi? Qətiyyən razı deyiləm. Mən klub rəhbəri olanda, Fəthullah Gülən Xocanın təşkil etdiyi iftar ziyafətlərinə qatılmışam. Söhbətində olmuşam. Çox gözəl şeylərdən danışdı. O insanlar, camaat niyə Fənərbaxça klubunu ələ keçirmək istəsin ki? Belə şey ola bilərmi? Heç kim məni buna inandıra bilməz. Ali Şəni hər kəs tanıyır. Mən kiminsə sifarişi ilə danışmaram. İnandığımı dilə gətirirəm. Bunlar boş sözlərdir. Əziz İldırım bir şey bilirsə, söyləməlidir. Fikrimcə, bu insanları belə şeylə ittiham etmək yersiz bir işdir. Bilən varsa, çıxsın, biz də öyrənək.”

Şikə - Maddi-mənəfi mənfəət müqabilində razılaşma yolu ilə bir yarışın nəticəsini dəyişdirmək.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.