Alman qəzeti Gülən və onun fikirlərini qələmə aldı
Fəthullah Gülən Xoca Əfəndinin dialoq və sülh fəaliyyətləri bütün dünyada geniş əks-səda verməyə davam edir. Almaniyanın ən mötəbər qəzetlərindən “Frankfurter Allgemeine” də Gülənin həyat və fikirlərindən bəhs edən yazı yayımladı.
Qəzetin Türkiyə ilə əlaqəli eksperti Rayner Hermanın qələmə aldığı və "İnsana xidmət" sərlövhəsi ilə yayımlanan xəbərdə Gülən hərəkatının İslam ilə müasirliyi birləşdirdiyi vurğulandı. Fəthullah Gülənin düşüncələrinin əsasında siyasət deyil, dinin mənimsənilməsi olduğuna diqqət çəkən qəzet, Gülənin insani dəyərlərə önəm verən sülh və xoşgörü insanı olduğunu ifadə etdi.
Gülənin: "Fikirlər insanları motivə edər və hərəkətə gətirər" sözləri vurğulanan xəbərdə Gülənin dinə, təhsilə, dialoqa, pluralizmə, demokratiyaya baxışı da öz əksini tapdı.
“Frankfurter Allgemeine” Gülənin fikirlərini mənimsəyən insanların meydana gətirdiyi hərəkatla bağlı tənqidlərin əsassız olduğunu ifadə etdi. Xəbərdə həmçinin, Gülənin dünyanın hər yerində açılan məktəblərin qurulmasına təşviq etdiyi, bu məktəblərdə texniki, humanitar fənlərlə yanaşı, xarici dillər də tədris edildiyi qeyd edildi.
- tarixində yaradılmışdır.