Gülən Hərəkatı 11 Sentyabrı Dəyişdirir
Hyuston (Houston) Universitetinin Sosiologiya fakültəsinin əməkdaşı prof. dr. Helen Rouz İbah (Helen Rose Ebaugh) Fəthullah Gülənin fəaliyyətləri ilə tanış olan insanlarda "Müsəlman-terrorist" anlayışının dəyişdiyini söylədi.
İbah Dənizli Teraspark AVM-də NT mağazalarının rəhbərliyi ilə keçirilən "Gülən Hərəkatı" adlı kitabının imza günündə oxucularla görüşdü.
Kitabın 32-ci nəşrini alan oxucularla tərcüməçi vasitəsilə söhbət edən İbah Dənizlidə böyük maraqla qarşılandı. Oxucular müəllifin kitabı imzalaması üçün AVM-də uzun növbəyə durdular.
Kitabının bir çox ölkələrdə və Türkiyədə müəyyən tənqidlərlə qarşılaşdığını deyən İbah tənqidlərin, xüsusən də xaricdə yavaş-yavaş azaldığını bildirdi:
"Kitabım haqqında tənqidlər xaricdə yavaş-yavaş aradan qalxır. Çünki insanlar bu xidməti əvvəllər tanımırdılar. Müsəlmanların bir çox yerdə terrorist olduğunu zənn edirdilər. Kitabımı oxuyanlar müsəlmanların terrorist olduğuna dair fikirləri dəyişir. Bir çox insan gerçəkləri bu kitabla öyrənməyə başlayır. Gülən Hərəkatı ilə bir çox yerdə ilk dəfə bu kitab vasitəsilə tanış olmağa başladılar."
İbah Dənizlilərin kitaba göstərdiyi maraqdan məmnuniyyəti də dilə gətirərək: "Buradakı izdiham məni çox sevindirir. Məni tək qoymadığı üçün Türk xalqına təşəkkür edirəm," – dedi.
Qeyd edək ki, NT mağazasında olan 2500 kitab qısa zamanda satılıb qurtardı.
- tarixində yaradılmışdır.