AP: Gülən, ABŞ-da Daimi Qeydiyyat Hüququ Qazandı
Gülən müraciətini yeddi il səbəbsiz uzadan ABŞ “Köçkünlər Bürosu”nu federal məhkəməyə vermiş, hakim Gülənin daimi qeydiyyat üçün zəruri şərtlərə sahib olduğu qənaətinə gələrək, səlahiyyətli orqanlara ən geci 10 oktyabra qədər qərar alma təlimatı vermişdi. Bunun üzərinə “Köçkünlər Şöbəsi” Gülənin daimi qeydiyyat üçün etdiyi müraciəti 10 oktyabrda qəbul etdi.
Gülən, “Associated Press”ə verdiyi müsahibədə “greencard” (yaşılkart) kimi tanınan daimi qeydiyyat almaq üçün müraciət etməsinin səbəbini: “Bundan sonra, səhhətim imkan verdiyi müddətcə, Türkiyəyə, ya da başqa bir ölkəyə qısa müddətə səyahətə gedib geri gəlməyimin asanlaşacağını güman edirəm” –deyə açıqladı. “Zaman” qəzetinə məlumat verən Gülənə yaxın qaynaqlar, bəzi Türk mətbuat orqanlarında iddia edilənin əksinə, daimi qeydiyyat üçün müraciətin gələcəkdə Amerika vətəndaşlığına keçmək məqsədi ilə edilmədiyini vurğuladı. Əldə edilən məlumatlara görə, Gülənin məsləhət aldığı həkim və vəkillər 1999-cu ildə gəldiyi ABŞ-da viza müddəti bitmədən əvvəl, ciddi səhhət problemlərini nəzərə alaraq, hər dəfə viza yeniləmə məşəqqətindən qurtulması və səyahətlərdə daha rahat olması düşüncəsi ilə daimi qeydiyyat üçün müraciət etməyi tövsiyə etmişlər.
Gülən “Associated Press”ə verdiyi müsahibədə, statusundakı qeyri-müəyənliyin onu çətinliyə saldığını, müraciətinin qəbul edilməsindən “məmnun” olduğunu ifadə edərək, bu müddət ərzində dəstəyini əsirgəməyənlərə və haqqpərəst davrananlara təşəkkür etdi. Vəkillər Fəthullah Gülənin təhsil sahəsinə verdiyi xidmətlərinə görə “üstün istedada malik əcnəbi” statusu ilə daimi qeydiyyat üçün müraciət etmişdilər, ancaq “Köçkünlər Bürosu” olduqca zəngin bioqrafiyasına baxmayaraq, Gülənin sənədlərində buna kifayət qədər dəlil olmadığını iddia etmişdi. Bundan sonra, vəkili vasitəsilə bu qərara hüquqi etiraz haqqını istifadə edən Gülən, Pensilvanyanın şərqinə nəzarət edən Federal Bölgə Məhkəməsində iyul ayında nəticələnən məhkəmədə haqlı qəbul edilmişdi. “Associated Press”ə müsahibə verən Gülənin vəkili Ronald Klasko, normal şərtlərdə daimi qeydiyyata müraciətlərin bir ilə və ya il yarıma nəticələndiyini, müvəkkilinin bu qədər gecikdirilməyinin səbəbini anlamaqda çətinlik çəkdiyini qeyd edərək, "Hökumət qətiyyən səbəbini bildirmək istəmədi. Gülənin statusu havada qaldı" -dedi. “Associated Press” oxucularına Güləni bu ifadələrlə tanıtdı: "Türkiyə və Orta Asiyanın müxtəlif bölgələrində milyonlarla sevəni olan bir təsəvvüf alimi və pedaqoq" Agentlik, Gülənin “Türkiyənin ən təsirli intellektlərindən biri” olduğunu da qeyd etdi.
- tarixində yaradılmışdır.