Barış Könüllülərinin Dəvətinə Böyük Maraq

Jurnalistlər və Yazarlar Vəqfinin (Gazetecilər ve Yazarkar Vakfı) "Orta Şərqdə Son Hadisələr və Fəthullah Gülənin İslam Dünyası Haqqında Düşüncələri" mövzusunda təşkil etdiyi paneldə Türkiyə və Orta Şərq üzrə mütəxəssis prof. dr. Ənvər Alamla (Anwar Alam) alim və müstəqil jurnalist dr. Kamar Ağa (Kamar Agha) iştirak etdi.

Türk Mədəniyyət Mərkəzi (TMM) ilə Türkiyə-Amerika Federasiyaları Assambleyası Türkiyə-ABŞ dostluğunun möhkəmlənməsinə xidmət edən mühüm bir görüşə ev sahibliyi etdi. Ziyafətdə fəxri qonaq kimi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Spikeri Mehmet Ali Şahinlə yanaşı, amerikalı senator və millət vəkilləri də iştirak etdi. Qonaqlar iki ölkə arasındakı əlaqələri müsbət qiymətləndirdilər. Yeni qurulmasına baxmayaraq Amerikada Türkiyə lehinə uğurlu lobbiçilik fəaliyyəti həyata keçirən Türk Mədəniyyət Mərkəzi (TMM) və Türkiyə-Amerika Federasiyaları Assambleyasının birlikdə təşkil etdiyi dostluq yeməyi böyük maraqla qarşılandı.

Nyu Yorkun ən məşhur məkanlarından “Siprini (Cipriani)”də təşkil edilən sayca dördüncü ziyafət mərasiminin fəxri qonağı TBMM-in Spikeri Mehmet Ali Şahin oldu. Demokratlar Partiyasının məşhur senatorlarından Bob Keysi (Bob Casey) ilə Krisn Cillibrand (Kristen Gillibrand) da tədbirə qatılanların arasında idi. Tədbirə həmçinin federal və ştat səviyyəsində amerikalı millət vəkilləri, müxtəlif dinlərin və sivil toplum qurumlarının nümayəndələri, iş, diplomatik və akademik dairələrdən məşhur simalar da iştirak etdi. Ziyafətə Türkiyənin Vaşinqton Səfiri Namiq Tan, BMT-də Daimi Nümayəndəsi Ərtoğrul Apakan və Nyu York Baş Konsulu Mehmet Samsar da qatıldı.

F. Gülənə Rəsmi Təqdir

Nyu York əyalətinin millət vəkili Stiven Simbrovitz (Steven Cymbrowitz) TMM nümayəndələrinə Fəthullah Gülən Xocaəfəndiyə verilmək üçün təqdir sənədi təqdim etdi. Nyu York Əyalət Məclisinin möhürünü daşıyan sənəddə Gülən təliminin fərqli inanc və insanlar arasında hörmət və tolerantlığın artmasına, güclənməsinə xidmət etdiyinə diqqət çəkilir. Sənəddə F.Gülənin “insanlığın təhsili, xoşgörü və dialoquna özünü fəda etdən insan” olduğunu bildirərək ona işlərində müvəffəqiyyətlər arzulayırlar. ABŞ-lı vəkil Simbrovitz çıxışında Gülənin fikirlərindən ilhamla açılan təhsil və mədəniyyət müəssisələrin siyasi və ya maddi maraq daşımadığını, əsl məqsədin insanlığa xidmət olduğunu söylədi. TBMM Spikeri M.A. Şahin dünən 14 müxtəlif millətdən olan 190 şagirdə təhsil verən Bruklin Amiti məktəbini də ziyarət etdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.