Belçikalı məşhur professor Güləni nümunə göstərdi

Rik Kulsit, Güləndən Türk toplumunu yeniləyən "xilaskarlardan biri" olaraq bəhs edərkən, onun "digəri"ni qaralamadan "biz" məfhumunu ön plana çıxaran bir fəlsəfəyə sahib olduğunu söyləyir.

Belçikanın beynəlxalq əlaqələr üzrə məşhur professorlarından Rik Kulsit Fəthullah Güləni Türk millətini "yeniləyən" liderlərdən biri olaraq təqdim etdi.

Fundamental terror sahəsində Avropanın tanınmış elm xadimlərindən biri olan professor Kulsitin fevral ayında çapdan çıxmış "Sabahkı dünyannın keçmişi" adlı kitabı Belçikada böyük maraqla qarşılandı.

Bu dövrün məsələlərinin həllində dinin çox mühüm amillərdən biri olduğuna diqqət çəkən Kulsit, dini rəhbərlərin dini mətnləri necə istifadə etmələrinin  çox həssas bir məsələ olduğunu vurğuladı.

 Gent Universiteti Beynəlxalq Əlaqələr şöbəsinin müdiri olan Kulsit toplumlarda etimad hissinin təsis edilməsi üçün "xilaskar"lara ehtiyac duyulduğunu, Gülənin də Türk toplumu üçün bu "xilaskar"lardan biri olduğunu deyir. Kulsit Gülənin "digəri"ni qaralamama həssaslığına xüsusilə diqqət çəkir.

Tarixdə baş verən ideoloji və ya din mərkəzli problemlərdən bəhs edən Kulsit gələcəkdəki dünyanın keçmişdəki mənzərələri bir daha yaşamaması üçün milli və ya dini, amma nəticədə birliyi təmin edə biləcək təməl hərəkətverici qüvvələrə ehtiyac olduğunu deyir.

Kulsit kitabında: "Şəxslər etimadsızlıq hissi ilə yaşaya bilərlər, ancaq toplumlar əsla" fikri ilə çıxış edərkən toplumlarda etimad hissinin meydana gəlməsi üçün də "xilaskar"lara  ehtiyac olduğunu vurğulayır. Kulsit Güləni Türk toplumunu yeniləyən "xilaskar"lardan biri  adlandırır.

Kulsit belə deyir: "Etimad hissini itirmiş toplumlar sürətlə axan həyatın axarında tarixdən silinmə təhlükəsi ilə üz-üzədirlər. Bu da insani dəyərlərin itirilməsinə və sahib olduğu ali dəyərlərə yad fərdlərin çoxalmasına səbəb ola bilər. Arxasınca da həm o cəmiyyət üçün həm də birlikdə yaşanılan topluluqlar üçün problemlər meydana gələ bilər. Din və milliyyətin də nəzərə alındığı insani dəyərlərə bağlı olaraq reallaşdırılan intibahlar topluma məxsus fərdlərin  bu topluma faydalı olmalarını nəticə verir. Belə yenilənmələr "digər"ini qaralamadan və onları alçaltmadan "biz" məfhumunu ön plana çıxarır. Bu cür fəaliyyətlərə  misal olaraq Katoliklərdəki "Dünya Gənclik Günləri", Meksikadakı "Zapatistlər" və Türk-İslam aləmindəki "Fəthullah Gülən hərəkatı"nı saya bilərik." (Bahəddin Koçak, Brussel, Zaman, Türkiyə)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.