Belorusiya ziyalıları Xocaəfəndinin vəz verdiyi yerləri gəzdilər

"Fəthullah Gülən və Xidmət hərəkatı Belorusiya ziyalılarının gözü ilə" adlı kitabın müəllifləri Fəthullah Gülən Xocaəfəndinin İzmirdə vəz verdiyi məkanları gəzdilər. Heyətdə olan Belorus Sənət Akademiyasının Rektor Müavini prof. dr. Vinakurova Svetlana Petrovna "Burada gördüyümüz və hiss etdiyimiz şeylər bizə Hörmətli Fəthullah Gülənin bədən dili ilə hiss etdiyi, yaşayaraq anlatdığı şeyləri göstərdi. Bunları xalqımıza da çatdıracağıq. Özümüzü vətəndəki kimi hiss edirik, ortaq bədən dilimiz var" – dedi.

Belorusiya ziyalıları"Fəthullah Gülən və Xidmət hərəkatı Belorusiya ziyalılarının gözü ilə" adlı kitabın müəllifləri Fəthullah Gülənin İzmirdə vəz verdiyi məkanları gəzdilər.

İstanbulda Miniatürkü gəzib gəmidə boğaz gəzintisinə çıxan heyət Gülənin kitablarının sərgiləndiyi yerləri də gəzərək əsərləri ilə tanış oldu. Bir Türk ailəsində yemək yeyən beloruslular İzmir Kültürlararası Dialoq Mərkəzini (İZDİM) də ziyarət etdi. İzmir Mətbuat Bölgə Müdiri Nəzirə Koşakla (Nazire K.) və İZDİM Sədri Mustafa Acar heyəti qəbul etdi. Daha sonra təhsil könüllüsü Bəkir Qayadan Gülənin Kəstanəbazarı Quran Kursundakı xatirələrini dinləyən beloruslu heyət tarixi Kəməraltı Bazarını da gəzdi. Bir qrup iş adamı ilə yemək yeyib söhbət edən heyət Səlcuq Efes kimi tarixi məkanlara da baş çəkdi.

Belorus Elmlər Akademiyasının üzvü prof. dr. Babasov Yevgeni Mixayloviç: "Yaxşı professorun çox gözəl danışması başqa, sadə insanlardan birinin yaxşı professor kimi danışması başqadır. Hörmətli Gülən müasir həyatı, əsl milliyyətçiliyi, elmi, xoşgörünü və dialoqu anladır", – dedi. Sosioloq prof. dr. Yelsikof Albert Nikolayeviç isə: "Onun yaşadığı şəhərdə söhbət etdiyi dostlarını və görüşdüyü insanları gördük. Sivil toplum qurumarı ilə dialoqundan çox şey öyrəndik. Cəmiyyətin dəstədiyini də gördük", – dedi.

Belorus Dövlət Universiteti Fəlsəfə Fakültəsinin dekan müavini dos. dr. Legçilin Anatoli Aleksandroviç də: "Söhbətlərini dinlədik, yaşadığı şəhəri də görmək istədik. Danışdığı, anlatdığı dil hamımızın ortaq dili, xoşgörü və dialoq dilidir", – dedi.

Kitabın müəllifləri

Prof. dr. Babasov Yevgeni Mixayloviç (Belorusiya Elmlər Akademiyasının üzvü)

Prof. dr. Vinakurova Svetlana Petrovna (Belorusiya Sənət Akademiyası rektor müavini)

Prof. dr. Majeyko Marina Aleksandrovna (Belorusiya Dövlət Universitetinin rektor müavini)

Dos. Leşşinskaya İrina (Belorusiya Dövlət Universiteti Fəlsəfə Fakültəsi)

Prof. dr. Traximenok Sergey Aleksandroviç (Belorusiya Yazıçılar Birliyi Baş Katibi)

Prof. dr. Yelsikov Albert Nikolayeviç (Sosioloq)

Dos. dr. Legçilin Anatoli Aleksandroviç (Belorusiya Dövlət Universiteti Fəlsəfə Fakültəsi Dekan Müavini)

Dos. dr. Qrişenko Janna Mixaylovna (Sosioloq)

Dos. dr. Burova Svetlana Nifikirovna (Sosioloq)

Dos. dr. Borozdina Qalina Vasilyevna

Dos. dr. Danilova Yekatarina Aleksandrovna

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.