Bu günə qədər bir qurban kəsən, mümkünsə, bu il ikisini kəssin
Fəthullah Gülən Xocaəfəndi yaxınlaşan Qurban Bayramı ilə bağlı mühüm tövsiyələr verdi. “Ac və möhtaclara bayram sevincini mütləq yaşatmaq lazımdır" deyən Gülən "Bu günə qədər bir qurban kəsən, mümkünsə, bu il iki qurban kəssin. Gücü çatan üçünü kəssin. Birini Somaliyə göndərsin. İmkanı olan hər kəs cənub-şərqi Anadolu və yoxsul məhəllələrdə yardım gözləyən insanlara bayram yaşatsın" ifadələrinə yer verdi.
QurbanBu günə qədər bir qurban kəsən, mümkünsə, bu il iki qurban kəssin. Gücü çatan üçünü kəssin. Birini Somaliyə göndərsin. İmkanı olan hər kəs cənub-şərqi Anadolu və yoxsul məhəllələrdə yardım gözləyən insanlara bayram yaşatsınİslam aləmi “qurban” mövsümünə qədəm basdı. İlk hacı karvanları müqəddəs torpaqlara yola düşdü. Möminlər qurban ibadətini harada və kimlərlə keçirəcəyini düşünür. Fəthullah Gülən Xocaəfəndinin də yaxınlaşan Qurban Bayramı üçün mühüm tövsiyələri var. Qurbanın yoxsullara yardım və qardaşlığın təsisi istiqamətində yaxşı dəyərləndirilməsinin zəruriliyini bildirən Xocaəfəndi bu müqəddəs ibadətin qəlblərin bir-birinə isinişməsində mühüm vəsilə olduğunu vurğuladı. “Herkul.org” (bu saytda onun həftəlik söhbətləri də verilir) ünvanına gələn sualları cavablandıran Gülən "Qurban Bayramı bir tərəfdən möhtaclara yardım etmək üçün çox yaxşı dəyərləndirilməli, digər tərəfdən bu mübarək ibadət hər kəsə sevdirilməli, hər kəsdə ona qarşı rəğbət hissi oyandırılmalıdır” dedi. Afrikanı bürüyən aclıq və qıtlıq fəlakətinə toxunan Xocaəfəndi: "Məncə, bu günə qədər bir qurban kəsənlər, mümkünsə, bu il ikisini kəssin. Gücü çatan üçünü kəssin. Birini oralara göndərsin. İmkanı olan hər kəs cənub-şərqi Anadoluda və digər bölgələrdə yardım gözləyən insanlara da bayram nəşvəsinin çatdırılmasında mütləq iştirak etsin" dedi. Bölgədə baş verən terror hadisələrinə də toxunan Gülən "Hasbi ruhlar özlərindən çox o bölgələrdəki qardaşları üçün tir-tir əsməlidirlər. Çünki bu gün bəzi kimsələrin “çatlama”, “qırılma” və “qopma” meydana gətirmək məqsədilə göstərdiyi qorxunc səyin müqabilində mütləq nəhəng qalalar inşa edilməli və bu cür hadisələrə əsla imkan verilməməlidir" ifadələrini işlətdi.
“Qurban və qürbət” mövzusu haqqında fikirlərini bildirən Fəthullah Gülən Xocaəfəndi qurban ibadətinin əhəmiyyətini vurğuladı. "İnfak təkcə mal və pulla edilmir. Elm, fikir, güc və əməl kimi şeylərə möhtac olanlara da infak edilməlidir. Bu baxımdan qurban kəsmək də bir infaktır" deyən Gülən Allah Rəsulunun (s.ə.s.) bu ibadətə çox əhəmiyyət verdiyini söylədi. Somali, Həbəşistan və Keniya kimi aclığın caynağında çırpınan ölkələrdən qıtlıqla bağlı xəbərləri eşidəndə gözlərinin yaşardığını deyən Xocaəfəndi sözünə belə davam etdi: "Oralarda yağış müjdəsini xəbər alanda da sevincdən göz yaşı tökdüm. Mənə elə gəlir, hər tərəfə əl uzatmağa çalışan Anadolunun həssas insanları da eyni hisləri daşıyır. Beləliklə, o ölkələrin möhtac insanlarının düçar olduğu dəhşətli yoxsulluğu görəndə “Türkiyədəkilər pis-yaxşı dolanırlar, bir az da Efiopiya, Somali, Keniya, Uqanda və ya Tanzaniyaya əl uzadaq” deyə bilərlər".
Təhdid etsələr də, yaxşılıq etməkdən əl çəkməyin
Gülən yaxşılıq etməklə bağlı əsas məsələləri belə sıraladı: "İnsanların doxsan doqquz faizinin ürəyi ürəyimizlə bir döyünür. Ona görə də yolunu azmış bir ovuc insana əhəmiyyət verməməliyik. Təhdid etsələr də, qabağımızı kəssələr də, onları görməməliyik. Belə ki, yaxşılıq edərkən nə o yaxşılığı edənə, nə də başqasına zərər dəyməlidir. Buna görə də səbəblərə riayət etmək lazımdır. Yol təhlükəsizliyi təmin edilməli, yardımlar dövlətlə müştərək aparılmalı. Yardımları mülki məmurlarla görüşərək möhtaclara elə çatdırmaq lazımdır ki, heç kimə zərər dəyməsin. "Bir yaxşılığa vəsilə olana o yaxşılığı edən qədər savab var" hədisində deyildiyi kimi, digər insanlar və təşkilatlar da bu xeyirxah əməl üçün səfərbərliyə təşviq edilməlidir".
- tarixində yaradılmışdır.