Bu məktəblərdə oxumaq imtiyazdır
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Türk Məktəblərinə növbət tərif də Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevdən gəldi.
Nur-Orda Beynəlxalq Qazax-Türk Liseyinin yeni tədris ilinin açılışında iştirak edən N. Nazarbayev şagirdlər və valideynlərin qarşısında çıxış edərək Qazaxıstanın gələcəyi olan gənclərin bu məktəblərdə yetişdiyini söylədi. Qazax, İngilis, Türk və Rus dilində təhsil verən bu məktəbləri mərhum prezidenti Turqut Özalla birlikdə açdığını söyləyən N. Nazarbayev bu təhsil ocaqlarından məzun olan şagirdlərin beynəlxalq universitetlərdə Qazaxıstanı ən gözəl şəkildə təmsil etdiklərini bildirdi. “Nazarbayev Universiteti”nə ən çox Qazax-Türk Liseylərindən məzun olan şagirdlərin təqaüdlü daxil olduğunu xatırladan Nazarbayev bu məktəblərdə təhsil almaq bir imtiyaz olduğunu dilə gətirərək şagirdlərə özlərini yaxşı yetişdirmələrini və müəllimlərin verdiyi elmi ən gözəl şəkildə mənimsəməyi, Qazaxıstana faydalı bir vətəndaş olmalarını tövsiyə etdi. Şagirdlərin ana dili səviyyəsinin yüksək oladuğunu deyən Nazarbayev beynəlxalq olimpiadalarında dərəcəyə girən şagirdlərlə tanış oldu və onlarla yaxından maraqlandı. Məktəbin xatirə dəftərinə Qazax-Türk Liseylərinin Qazaxıstan təhsil sisteminə verdiyi töhfəsinə görə təşəkkürlərini yazdı. Nazarbayevin ziyarətinin məktəb işçiləri və şagirdləri üçün yüksək əhval-ruhiyyə verdiyini deyən liseyin müdiri Orxan Öztomsuq isə Nazarbayevin təhsil keyfiyyətindən məmnun qalması onları çox sevindirdiyini bildirdi.
- tarixində yaradılmışdır.