Çinə Yardım Kampaniyası

Anadolu insanının yardımsevərliliyinə rəhbərlik edən "Kimsə Yoxmu Dərnəyi" də Çinə kömək kampaniyası başlatdı. Fəthullah Gülən Xoca Əfəndi də kampaniyaya öz dəstəyini əsirgəmədi.

Çindəki zəlzələdən sonra ağrıları dindirmək üçün dünyanın müxtəlif yerlərində yardım kampaniyaları təşkil edilir. Anadolu insanının yardımsevərliliyinə rəhbərlik edən "Kimsə Yoxmu Dərnəyi" də Çinə yardım kampaniyası başlatdı. Fəthullah Gülən Xoca Əfəndi də yazılı və səsli əsərlərinin təlifindən əldə olunan 15 min dollarlıq gəliri kampaniyaya bağışladı.

Çində meydana gələn zəlzələdə indiyə kimi 35 min cəsəd çıxarıla bildi. Ancaq dağıntılar altında on minlərlə insanın olduğu ifadə olunur. İndiyə kimi xilas edilənlər olsa da, artıq ümidlər tükənmiş vəziyyətdədir. Zəlzələ bölgəsində göz yaşı və matəm davam edir.

GÜLƏN 15 MİN DOLLAR BAĞIŞLADI

Kampaniyaya ilk yardımı göstərənlərdən biri də Fəthullah Gülən Xoca Əfəndi oldu. Ağır günlər yaşayan Çin xalqının dərdlərinə şərik olduğunu bildirən Gülən səsli və yazılı əsərlərinin təlifindən əldə edilən gəlirdən 15 min dolları, "Kimsə Yoxmu Dərnəyi"nin başlatdığı yardım kampaniyasına bağışladı.

Türkiyədə insanların Gülənin bu həssaslığına qoşularaq, az-çox demədən matəmdə olan Çin xalqına öz imkanları daxilində əl uzatması gözlənilir.

Çin Xalq Respublikasının Ankara Səfiri Sun Guoxiang da "Samanyolu Xəbər" televiziyasının "Xəbər Ankara" proqramında iştirak edərək yardım kampaniyasından duyduğu məmnuniyyəti dilə gətirdi.

"TÜRK İNSANININ YARDIMINA GÖRƏ ÇOX TƏŞƏKKÜR EDİRƏM. TÜRKİYƏ İLƏ ÇİN, BİR-BİRİNƏ ÇOX YAXIN İKİ ÖLKƏDİR. ÇİNLİLƏR VƏ TÜRKLƏR ORTAQ TARİXİ KEÇMİŞƏ SAHİBDİR. HƏR ZAMAN BİR-BİRİMİZİ ANLAYIR, HÖRMƏT EDİR VƏ BİR-BİRİMİZƏ KÖMƏK EDİRİK. BU SƏFƏR SİZİN XALQINIZ BİZƏ CƏSARƏT, YARDIM GÜCÜ VERDİ. BİZ TÜRK DOSTLARIMIZIN NƏZAKƏTLİ VƏ COMƏRD KÖMƏKLƏRİNƏ GÖRƏ ÇOX MİNNƏTDARIQ. İNANIRAM Kİ, SİZİN KÖMƏKLƏRİNİZLƏ, MÜVƏQQƏTİ ÇƏTİNLİKLƏRİN ÖHDƏSİNDƏN GƏLƏCƏYİK. ZƏLZƏLƏ BÖLGƏSİNDƏKİ XALQIMIZ DAHA YAXŞI İMKANLARA QOVUŞACAQLAR."

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.