Dialoq Avrasiyadan tarixi ümid
Nizami Cəfərov:
Qədim Çində təhsil elə verilirdi ki, insanlar onu pis yolda istifadə etməzdilər. Hal-hazırda müzakirə etdiyimiz mövzuda elə budur. Azərbaycan kitablarında bir vaxtlar Türkiyənin düşmən ölkə olduğu öyrədilirdi. Çünki Türkiyə dinsiz idi, Türkiyə kapitalist idi. Bu gün bu təlqinlərin cəfəngiyat olduğunu gördük.
Xüsusilə ictimai elmlər sahəsində təhsil proqramı və kitablar diqqətlə yenidən gözdən keçirilməlidir. Hal-hazırda Türk təhsil sisteminin bir çox ölkədə mənimsəndiyini görürük. Xüsusilə Türk soylu dövlətlərdə bu istiqamətdə böyük maraq var. Təhsil sistemini fərqli mədəniyyətlərin də tətbiq edə biləcəyi qədər doğru və bəşəriyyət üçün faydalı olacağı düşüncəsi ilə hazırlanmalıdır. Dünyaya yayılan bu məktəblərin təhsil sisteminə mütəxəssis pedaqoqların diqqətinə ərz edilməlidir.
İntiqam Babayev
Tolerantsızlığa mane olmaq məqsədi ilə bu gün məktəblərdə tətbiq olunan təhsil proqramları araşdırılmalı, proqramlarda mənəvi dəyərlərə nə qədər və necə yer verilir, bunlar nəzərdən keçirilməlidir. Bu gün insanların mənəvi dəyərlərdən uzaq bir həyat forması seçmələrinə və buna bağlı olaraq müxtəlif zərərli vərdişlərə yiyələnmələrinə nəzər saldıqda bunların yalnız uşaqlıq dövrünə aid olmadığını və bir nəsil problemi olduğunu görürük.
- tarixində yaradılmışdır.