Dumada Gülən və Qandi müzakirələri
Konfransda Hindistan dövlətinin qurucusu Mahatma Qandi və Fəthullah Gülənin ideyaları ətrafında geniş müzakirələr aparılıb. Şərqşünaslıq İnstitutunun direktoru, professor Rostislav Rıbakov bu iki fikir adamı arasında oxşar cəhətlərlə yanaşı fərqlərin də olduğunu ifadə edib. Qandidən fərqli olaraq Gülənin siyasətçi olmadığını və bəşəriyyətin nicatını şüurlarda, həyata baxışda ciddi dəyişikliklər etməkdə və fərqli dinlər, mədəniyyətlər arasında dialoq fəaliyyətini gücləndirməkdə gördüyünü söyləyən Rıbakov türkiyəli mütəfəkkirin hər cür terrora, qeyri-insani addıma qarşı barışmaz mövqe tutduğunu vurğulayıb. O, həmçinin ABŞ-dan Martin Lüter Kinq və Fəthullah Güləni insanlıq üçün səy göstərən fikir adamlarından sayıb:"Artıq Gülənin düşüncələri Türkiyədən xaricə çıxıb və bunlar bütün düyanın sahib çıxa biləcəyi dəyərlərdir".
Dialoq Avrasiya Platformasının Rusiya üzrə mütəxəssisi Ali Sami Yıldırım da öz çıxışında Gülənin ABŞ-dakı 11 sentyabr terror hadisəsindən və eləcə də Beslan faciəsindən sonra hər cür zorakılıq əleyhinə birgə mübarizə aparmağa çağırdığını xatırladıb. Yıldırım dünyamızın ciddi seçim qarşısında olduğunu xatırladıb və deyib ki, bəşəriyyət "yaradılanı Yaradandan ötrü sevmək" prinsipi ilə hər cür problemlərdən və konfliktlərdən qurtula bilər.
Rusiya Dövlət İqtisadiyyat Universitetinin professoru Leonid Sukyanin isə bu iki böyük fikir adamı haqqında çox maraqlı sözlər söyləyib: "Hər iki lider öz mədəniyyətindən çıxış edərək yaşadıqları zamanın problemlərinin həlli yollarını ortaya qoyurlar. Qandi hinduizmin min illik ənənəsinə əsaslanıb. Gülən isə İslam dininin təməl prinsipləri prizmasından zəmanəmizin problemlərinə baxıb. Gülən sadəcə müddəalar irəli sürməklə kifayətlənmir, bu problemləri və onların həlli yollarını zəmanəmizə uyğun bir şəkildə açıqlayır, çıxış yollarını göstərir. Bu gün dünyamızın Fəthullah Gülən ideyalarına böyük ehtiyacı var və məhz bu cür ideyaları mənimsəyib həyata keçirməklə bəşəriyyət işıqlı sabaha qovuşa bilər".
RLDP lideri, Dumanın vitse-spikeri Vldaimir Jirinovski isə Fəthullah Güləni Rusiyaya dəvət edib:"Fəthullah Güləni Moskvada gözləyirik. Burada gənclərimiz qarşısında çıxış etsin. O, Türkiyənin mənəvi zənginliyidir. Bizdə belə adamlar yoxdur. Bizdə yazıçılar, bəstəkarlar var, ancaq dini liderlər yoxdur".
- tarixində yaradılmışdır.