Dünyanın 100 ziyalı siyahısında tanış adlar
Beynəlxalq əlaqələr sahəsində dünyanın ən nüfuzlu jurnallarından biri olan "Foreign Policy" "Yaşayan ən böyük 100 ziyalı" siyahısını açıqladı.
Yüksək yer tutan adlar arasında Fəthullah Gülən və Orxan Pamuk da var. Tərtib olunan siyahıda İtalyalı yazıçı Umberto Eko, Amerikalı ziyalı Noam Çomski, Alman filosofu Jürgen Habermas, jurnalist Farid Zakaria, iqtisadçı Məhəmməd Yunus və tarixçi Bernard Levis kimi məşhur adlar var. Namizədləri seçərkən istifadə etdiyi kriteriya, "Öz sahələrində müstəsna mövqeyə sahib olub, öz ölkələrinin sərhədlərini aşaraq daha geniş sahəyə təsir etmə nüfuzuna sahib olması," şəklində yekunlaşdıran jurnal sıralamanı isə oxucuların ixtiyarına buraxacaq. Bunun üçün internet saytında bir anket doldurma kampaniyası başladıldı. www.foreignpolicy.com ünvanına girənlər 100 ziyalı arasından seçdikləri 5 nəfərə səs verə bilərlər.
"Foreign Policy" hazırda yaşayan ən böyük 100 ziyalını İngiltərədə çıxan "Prospect" jurnalı ilə ortaq təyin etdi. Jurnalın hazırladığı ziyalılar siyahısının dini liderlər kateqoriyasında Fəthullah Gülənlə yanaşı Papa 16-cı Benedikt, İslam alimi Tarık Ramazan və Yusif əl-Kardavi var. Siyahıda iştirak edən 2 ekoloq, 4 din xadimi, 6 aktivist, 6 tarixçi, 6 lider, 8 sənətçi və roman yazıçısı, 8 jurnalist, 8 elm xadimi, 8 filosof, 11 iqtisadçı və 17 siyasət alimindən bəziləri var: "Sosioloq Slavoj Zizek, iqtisadçı Məhəmməd Yunus, Nobel Sülh mükafatını alan ABŞ-ın köhnə Prezident Köməkçisi Al Gore, tarixçi Bernard Levis, İngilis yazıçı Kristofer Hiçens, Çexiyalı dövlət xadimi Vaslav Havel, "Nyu York Times" qəzetinin müxbiri Tomas Fridman, politoloq Fransis Fukuyama, İraqdakı Amerikan silahlı qüvvələrin komandiri General David Petrus, Nobel Sülh mükafatı laureatı İranlı aktivist Şirin Əbadi və Rus şahmatçısı Harri Kasparov. Jurnalın redaktorları siyahını tərtib edərkən istifadə etdikləri meyarları da belə açıqlayır: "Bu siyahıdakı ziyalılar dünyadakı ən dolaşıq mütəfəkkirlərdən bəziləri olduğuna görə, siyahını hazırlayarkən istifadə etdiyimiz meyarlar bundan daha sadə ola bilməzdi:
Namizədlərin yaşaması və hələ də ictimai həyatda fəaliyyət göstərməsi. Sahələrində müstəsna mövqeyə sahib olub, eyni zamanda öz ölkələrinin də sərhədlərini tez-tez aşaraq daha geniş sahəyə təsir etmə nüfuzuna sahib olması."
Siyahının üçdə ikisini Amerikalı və Avropalı ziyalılar təşkil edir. Daxilində Türkiyə də olduğu Orta şərqdən 11 ziyalının adı var. 100 ziyalı ad arasından ilk 20-i təyin etmək üçün bir anket də tərtib edən jurnala www.foreignpolicy.com ünvanından baxıla bilər.
- tarixində yaradılmışdır.