Fəthullah Gülən hərəkatının mahiyyəti

19 iyul 2008-ci il tarixində "Gazeteciler ve Yazarlar Vakfı"nın (Jurnalistlər və Yazıçılar Cəmiyyəti) İstanbul baş ofisində bir qrup xarici jurnalistlərin, səfirlik və konsulluq nümayəndələrinin iştirakı ilə Fəthullah Gülən hərəkatının mahiyyəti mövzusunda seminar-görüş keçirilmişdir. Görüşdə iştirak edən Türkiyə-Zaman qəzetinin kemiş baş redaktoru hal-hazırda isə "Gazeteciler ve Yazarlar Vakfı"nın Mütəvəlli Heyəti Başqanı olan Hüseyin Gülərcə və tanınmış sosioloq Ali Bulaç əvvəlcə bu hərəkat barədə qısa məlumat vermiş, daha sonra isə iştirakçıları maraqlandıran sualları cavablandırmışdır. Görüşdə Amerikanın İstanbul baş konsulu, "BBS World"-un İstanbul təmsilçisi, Almaniyanın Şpingel (Güzgü) qəzetinin İstanbul təmsilçisi, "The Guardian" qəzetinin İstanbul təmsilçisi və başqa mötəbər media təşkilatlarının nümayəndələri iştirak edirdilər.

Hüseyin Gülərcə:

Gülən hərəkatını iki əsas başlıq halında dəyərləndirmək istəyirəm:

1. Qloballaşmaya verdiyi töhfəsi

2. Bu hərəkatın İslam coğrafiyasında orijinal bir hərəkat olması.

Bu hərəkatı nümunələri özündən olan bir hərəkat kimi modelizə etmək istəyirəm.

Kənardakı insanların bu hərəkatı analiz edərkən, başa düşməyə çalışarkən yanıldıqları nöqtə bu hərəkatı əvvəlkilərlə müqayisə etmələridir. Yəni əvvəlkiləri bir model və sərt kimi etməklə bu hərəkatı anlamaqda çətinlik çəkirlər. Bu çətinliyi dəf etmək üçün bəzi şeylər demək istəyirəm.

1. Bu hərəkat könüllülük əsasına söykənir, yəni bu bir camaaat deyil, bir təriqət də deyil. Sosial mənada bir camaat adlandırıla bilər, amma dini mənada bir camaat deyil. Bir misal gətirmək istəyirəm: Bu fəaliyyətlərin bir qolu olan Abant Platformu üzvlərinin, hətta idarə heyəti üzvlərinin arasında fərqli baxışa malik insanlar var.

Bu bir Nurçuluq hərəkatı və ya onun bir qolu da deyil.Məsələn möhtərəm Fəthullah Gülənin belə bir sözü var: Əvvəla, daha əvvəllər də dəfələrlə dediyim kimi "cı","ci" kimi kəlmələrdən küfür isnadı kimi narahat oluram... buna "könüllülər hərəkatı" deməyin daha doğru olacağını zənn edirəm.

Bu hərəkatın bir başqa xüsusiyyəti də şəffaf olmasıdır. Yəni dediklərinin xaricində başqa gizli bir məqsədlərinin olmamasıdır. Məsələn, möhtərəm F. Gülən yaxın günlərdə Türkiyədə ən yüksək məhkəmə quruluşu tərəfindən bəraət aldı. Və bəziləri onun "İmam Xomeyni kimi ölkəsinə dönəcək" deyə ortaya iddialar atdı. Amma özü, dedi ki -nə mənim ölkəm İran deyil, nə də mən Xomeyni deyiləm, gələcəyə aid hər hansı bir məqsədim də yoxdur.

Məsələn, bu şəffaflığın gərəyi olaraq möhtərəm Gülən İslam coğrafiyasında terror əleyhinə ilk səsini duyuran insan oldu. İslamda terrorun olmadığını, terroristin də müsəlman ola bilməyəcəyini dedi. Terrorun niyə məhz İslam coğrafiyasında geniş yayıldığı mövzusunda möhtərəm F. Gülənin geniş şərhləri var.

Bu hərəkatın bir sivil toplum hərəkatı olaraq bu qədər şöhrət qazanmasının səbəbi demokratiyanı, həm də kamil demokratiyanı müdafiə etməsidir.Möhtərəm F.Gülən bizim Vəqfin Fəxri rəhbəridir. Vəqfin ilk açılış iclasında demişdi ki, Dünyanın və Türkiyənin demokratiyadan geri yolu yoxdur.

Demokratiya və İslam mövzusunda da möhtərəm Gülənin geniş fikirləri var.Gülən demokratiyanın tərifini verərkən demokratiyaya fərqli bir şəkildə yanaşaraq İslamla uzlaşdığını deyir. Din dindir, demokratiya demokratiyadır. Amma İslam ölkələrində demokratiya ona görə əhəmiyyətlidir ki, müsəlmanlar dini inanc və görüşlərini azad və sərbəst şəkildə, heç bir maneəsiz yaşamaq istəyirlər. Bu elə demokratiyanın da istədiyi, hədəflədiyi prinsipdir. Hətta möhtərəm Gülənin belə bir yanaşması var: Demokratiya hələ yoxuşdadır. İnsanlar daha kamil bir demokratiya axtarışındadır. İnsanlar sadəcə səadət dolu bir dünya həyatını təmin edəcəkləri bir demokratiya aramamalıdırlar, axirət həyatlarını da xilas edəcək bir demokratiya axtarmalıdırlar. Həm də bu daha kamil bir demokratiya şəklidir.

İslam coğrafiyası üçün islam və demokratiya mövzusunda iki xüsus nəzərə çarpır:

1. Demokratik üsulla idarə olunan ölkələrdə idarəedicilərin demokratiyaya qarşı davranışları.

2. Türkiyə kimi dövlətlərdə İslamın siyasiləşdirilməsi, dinin siyasətə alət edilməsi.

Bunlar da dinə daha çox zərər verir.

Bir digər əhəmiyyətli məqam da bu hərəkatın kadrlaşaraq dövlət içinə sızması iddiasıdır. Xoca Əfəndi bunu qətiyyətlə rədd edir. Bu hərəkatın, bu müəssisələrin hər bir fərdi bu dövlətə, bu millətə aiddir. Və bütün digər fərdlər kimi onlar da hər yerə girə bilərlər. Məsələn, hər seçki dönəmində, seçkidən sonra bu camaatın fəaliyyətlərinə iftira atılır,bunlar elədilər, bunlar seçdilər şəklində şayiələr çıxarılır. Amma məlumdur ki, bu xalqın seçimi, xalqın iradəsidir. Möhtərəm Gülən deyir ki, mən heç vaxt kimisə seçin şəklində bir şey demədim,mənə siyasətçilərdən belə təklif edənlər oldu. Amma mən dedim ki, bizim işimiz könül sultanlığıdır.

Hətta keçən illərdə bu camaatdan kimi görünən bəziləri parlament seçkilərində namizədliklərini irəli sürmək istədilər. Xoca Əfəndi dedi ki, mən də çıxıb deyərəm ki, onlar mənim yoldaşlarım deyil.

Qısacası, Gülənin bu məsələ haqqında dediyi kimi: Biz öncə insanıq,ümumbəşəri insani dəyərlərdə birləşməliyik, üslubumuza diqqət etməliyik.

2. Möhtərəm Gülən bir layihə qoyur ortaya. Bu türkçülük layihəsi deyil, İslami layihə də deyil. Bu bir insanlıq layihəsidir. Bunu ondan da başa düşmək olar ki, bu gün dünyanın 110-dan çox ölkəsində 1000-dən çox məktəb var və bunların çoxu da qeyri-müsəlman ölkələrdədir. Əgər insanlıq layihəsi olmasa idi Vyetnamda, Kambocada nə işləri vardı.

Bu bir insanlıq lahiyəsi olduğu üçün yeni bir insan modeli, yeni qəhrəmanlar tələb edir. Bu insanlar sevgi qəhrəmanı olmalıdırlar.

Bir misalı xatırlatmaq istəyirəm. Bir dəfə Napaleon topçu alayını yoxlamaq istəyir: "Bir çatışmazlıq varmı, çatmayan bir şeyiniz varmı", -deyə soruşur. Alayın komandiri deyir ki, bəs 9 əksiyimiz var. Napaleon: "Nədir onlar", -deyə soruşanda adam başlayır saymağa: barıt, yağ. Napaleon onun sözünü yarıda kəsib deyir: "Burada saxla, əgər barıtınız yoxdursa, topçu alayı da yoxdur deməkdir". Mən də deyirəm ki, sevgi yoxdursa bu qəhrəmandan, modeldən söhbət gedə bilməz.

Bu mənada möhtərəm Gülən deyir ki, biz əvvəlcə insan sonra müsəlmanıq. Quran insan üzərinə, insan adına and içir. Həqiqətən də, insan həddi-büluğ çağına qədər ümumi mənada insandır, sonra müsəlmandır.

Sevgi varsa bir çox anlayışlar ortaya çıxır, bir məna ifadə edir. Sevgi varsa, şəfqət var, fədakarlıq var, mərhəmət var... Bütün bunlar ancaq sevgi ilə olur. Sevgi varsa, xoşgörü və tolerantlıq var.Xoşgörü və tolerantlıq varsa, dialoq və yardımlaşma da var. Məncə demokratiyanın ruhu da sevgidir. Dialoq ancaq sevgi ilə olur. Möhtərəm Gülən əvvəllər dialoqu hər kəsi mövqeyində, olduğu kimi qəbul etmək şəklində ifadə edirdi, müəyyən müddətdən sonra bunu fərqli bir şəkildə ifadə etdi: hər kəsin mövqeyinə hörmətlə yanaşmaq. Mən də Xoca Əfəndidən soruşdum ki, bunun daha yüksək mərhələsi də varmı? Bəli var o da paylaşmadır dedi.

Möhtərəm Fəthullah Gülənin ən çox vurğuladığı xüsus bu deyilənləri həyatına tətbiq etmək, bir başqa ifadə ilə təmsil etməkdir. Təmsil təbliğin önündə gəlir deyir, o. Ən çətini də elə budur. Məncə möhtərəm Gülən hərəkatının bu qədər müvəffəqiyyət qazanmasının ən böyük səbəbi də onun tövsiyəsi ilə açılmış müəssisələrdəki insanların təmsil keyfiyyəti, yaşayış tərzləri, nümunəvi insan olmalarıdır.

Belə bir nəslin, qəhrəman tipli insanların yetişməsi üçün təhsil istiqamətli bir bir metoda üstünlük verir. Qəlb-beyin bütünlüyünə nail olmağa çalışır. Qərbdə bir vaxtlar mənəvi dəyərləri, qəlbi həyatı bir kənara qoyaraq müsbət elmlərə çox üstünlük verdilər, bununla səadət əldə etməyə çalışdılar. Amma nəticədə həlli mümkün olmayan böyük problemlərlə qarşılaşdılar. Eyni şəkildə müsbət elmləri nəzərə almadan yalnız mənəvi həyata yönəlməklə etibarını itirən sistemlər də oldu. Ona görə də bu iksinin də bir araya gətirilməsinə, iki qanadlı fərdlərin meydana gəlməsinə nail olmağa çalışmaq lazımdır. Enşteynin bu mənadakı bir sözü lap yerinə düşür: Elmsiz din topal, dinsiz elm isə kordur.

Ali Bulaç:

Mən bu hərəkata həm sosial, həm də dini tərəfdən baxmaq, qiymət vermək istəyirəm.Tarixə perpendikulyar şəkildə baxsaq, üç nəsil İslamçılıq müşahidə olunur. 1758-1947, 1947-1997, 97-dən bu günə kimi olan nəsillər. Bu mərhələləri əsaslandıran ən əsas məsələlərdən biri köç və şəhərləşmə nəticəsində yeni şəraitlə uyğunlaşıb-uyğunlaşmama məsələsidir. Bəzi camaatlar yeni şəraitə uyğunlaşdıqlarına görə irəli çıxır, bu şəraitə adaptasiya olur və nailiyyət qazanırlar. Bu hadisə siyasətdə də, sosial həyatda da, mədəniyyətdə də əməli olaraq yaşanır.

Möhtərəm Fəthullah Gülənin həyatını üç dövrə bölmək olar: lokal, milli və qlobal dönəmlər. Bu üç Gülən arasında ümumi mənada kəsilməzlik olsa da, bəzi kəsilmələr də müşahidə olunur. Əvvəlcə Ərzurumda olanda o qlobal düşünmür. İzmirə gələndə o milli düşünməyə başlayır. Hələ milli dönəmdə ikən o ələvilərə və komunistlərə xoş baxmır. Amma qlobal dönəmdə o hamı ilə, hər kəslə dialoq qurmağın yollarını axtarır.

Gülənin müvəffəqiyyəti ondadır ki, o, İslamın ruhuna bağlı qalır, yeni şəraitə görə İslamın tələbini də, şərhini də müvəffəqiyyətlə yerinə yetirir və bu şəraitə uyğunlaşa bilir.

Horizontal istiqamətdə (eninə) baxılanda Tütkiyədə üç növ müsəlmanlıq müşahidə olunur:

1. Siyasi-AK partiyası və Səadət partiyası kimi. Səadət partiyası yeni vəziyyətə uyğunlaşa bilmədi və səhnədən çıxdı. AK partiyası isə yeni vəziyyətə uyğunlaşdı və indi ən birinci partiya mövqeyindədir.

2. Kültürəl (sadə) müsəlmanlıq-Türkiyənin müəyyən hissəsini camaatlardan, siyasətdən uzaq olan bu təbəqə təşkil edir.

3. Sosial müsəlmanlıq ən böyük müsəlmanlıqdır.

Sosial müsəlmanıığın ən böyük kütləsi camaatlardır. Camaatlar təriqət deyil. Gülən hərəkatı da ən böyük sosial müsəlmanlıq nümunəsidir.

Gülən hərəkatı sosial mənada bir camaatdır, dini mənada deyil.Bu cammat köç və şəhərləşmə nəticəsində meydana gəlmişdir. "Allahın nəzəri camaatın üstündədir" -deyir Əfəndimiz. Yardımlaşmanı, bir-birinə dəstək verməni ön plana çəkir. Bu camaat Osmanlıdakı camaatlar kimi nə dövlətin qoludur, nə də onun əleyhinədur, könüllüdür. Mənə görə həqiqi sivil xalq toplumudur və cəmiyyətin əsas tərkibi bunlardır. Başqa sivil xalq quruluşları da var. Bunlar xalqla həmdəm ola, onun içinə girə bilmirlər, hər yerdə yoxlar (qadın təşkilatları, feministlər və s. kimi). Bir də dövlətin belə quruluşları var.

Mən Gülən hərəkatının çox əhəmiyyətli olduğuna, qlobal bir mahiyyət daşıdığına inanıram. Başqa yerlərdə bunun bənzərləri ya yoxdur, və ya çox zəif bir oxşarlıq var. Bu çox əhəmiyyətli bir modeldir.

Dünya tarixində üç böyük hərəkət var:

1. Köçərilikdən oturaq həyata keçidə yönəlmiş hərəkət.

2. Kəndlərdən böyük şəhərlərə hərəkət.

BMT-nin araşdırmalarına görə dünya əhalisinin yarısı şəhərlərdə yaşayır.Hər gün bu və digər məqsədlə 200 min insan kənddən şəhərə gedir.

3. Şəhərlərin yaranmasından onların mərkəzinə olan hərəkət.

Məncə qərb sosioloqları bu hərəkəti idarə edə və başa düşə bilmirlər. Bu gün böyük şəhərlərin mərkəzləri olduqca sıxdır. Bu hərəkatın necə tənzimlənməsi ciddi bir problemdir. Məsələn, Misirdə və Əlcəzairdə bu hərəkatı idarə etmək mümkün olmadı və terrora çevrildi. İranda çevrilişə səbəb oldu. Amma Türkiyədə Gülən hərəkatı bunu tənzimlədi və bir problem olmadı.

Bu baxımdan Gülən hərəkatı və ona bənzər camaatlar demokratiyanı formalaşdırır və kamilləşdirir. Bu baxımdan bu hərəkat tarix ilə müasirlik, İslam dünyası ilə qərb arasında bir dialoq vasitəsidir.

Suallar:

Bu hərəkatın quruluşundan bəhs edə bilərsinizmi? F.Gülən Amerikada ola-ola buralara necə təsir edir?

H.Gülərcə: Mən ən son iki ay əvvəl möhtərəm F.Gülənlə görüşəndə o dedi ki, bu hərəkat əvvəllər bir mərkəzli kimi idi.Amma hal-hazırda min mərkəzli bir hərəkatdır. Vyetnamdakı bir məktəb Amerikadan necə idarə oluna bilər, ona necə nəzarət oluna bilər? Mən 4 ildən çox "Zaman" qəzetinə rəhbərlik etdim. Bir dəfə də olsun mənə filan xəbəri ver, filan şeyi belə yaz şəklində bir söz demədi. Çünki insana dərin bir hörmət hissi var onda. Bəs belə olan halda bizim aramızda necə bir münasibət var, necə nizamlanır aramızdakı əlaqələr və necə olur ki, biz ortaq fikir və dəyərlərdə birləşirik? Məsələ ondan ibarətdir ki, hər kəs kimi mən də işimi qurarkən bir məhək daşı, bir yol axtarıram. Xoca Əfəndinin bir söhbətində və ya bir yazısında bu mövzuda nələrin olduğuna baxaraq mənə deyilirmiş kimi oradan özümə ölçü götürür, nəticə çıxarır və ona görə davranıram. Dünyanın dörd bir tərəfində olan və onu sevən, bu hərəkata bağlı olan hər kəs də belə davrandığına görə bir mərkəzdən idarə olunurmuş kimi bir vəziyyət müşühidə olunur.

Sağ-sol qarşıdurmalarının yüksək səviyyədə olduğu 1968-ci ildə universitetə daxil oldum. Dəyənəklərlə İslamı qorumağa çalışır, bu yolun doğru olduğuna inanırdıq. Hətta sopalarımızda "Allah üçün vur" yazılmışdı.Bizə sağın qəhrəman gəncləri deyirdilər. Yanlış yolda idik, amma fərqində deyildik. O vaxt hələ Güləndən əvvəlki mərhələ idi. Bizim yaşıdlar indi möhtərəm Güləni daha yaxşı başa düşürlər.

Onu tanıdıqdan sonra fikirlərinə çox əhəmiyyət verməyə başladım. O, bir az əvvəl də qeyd etdiyim kimi ümumi söhbətdə: "İnsanların qüsurlarını üzə çıxarmayın, Allah Səttardır" -deyir, bir başqa dəfə: "Siyasətçiləri pisləməyin" –deyir, mən də buradan öz payıma düşəni götürür, rəhbərlik etdiyim qəzetdə bunlara diqqət etməyə çalışıram. Bu bir idari iyerarxiya deyil, bu məsləhət alma və nəticə çıxarıb onu həyata keçirmə, tətbiq etmə deməkdir.Bunlar fərqli şeylərdir.

Hansı ölkədə məktəb açılacağına kim və nəyə əsasən qərar verir və bunlar necə maliyyələşdirilir?

Bu fəaliyyətlər Türkiyədəki xaricə açılma, xarici ölkələrə sərmayə qoyuluşu ilə paralel bir şəkildə baş verir. Yəni hər hansı bir ölkəyə iş qurmaq üçün gedən iş adamları bu olkədə də bir məktəbin olması təklifi ilə təhsil könüllülərinə müraciət edirlər. Onlar da bu ölkə şərtlərini nəzərə alaraq orada məktəbin açılıb-açılmayacağına birlikdə qərar verirlər. Bu hadisə birmərkəzli bir fəaliyyət olaraq görulsə də, əslində daha əvvəl də qeyd etdiyim kimi eyni duyğu ve düşüncəyə sahib insanların öz ideallarını fərqli bölgələrdə həyata keçirməsindən başqa bir şey deyil. Bir ölkədə olan iş adamları və təhsil könüllüləri tərəfindən ortaya qoyulan maddi sərmayə sadəcə o bölgəyə sərf olunur, yəni burada dövlət mənasında bir mərkəzi yönləndirmədən söz gedə bilməz.

Dialoqun üç fərqli mərhələsindən bəhs etdiniz və dediniz ki, möhtərəm Gülən üçüncü mərhələ olaraq paylaşmağı qeyd edir.Paylaşmaq dedikdə iç-içə girib qarışmaqmı nəzərdə tutulur,yoxsa bu başqa bir şeydir?

H.Gülərcə:Dəyərli F.Gülən dialoq fəaliyyətlərinə başlayanda bəziləri onu qınadı, o isə bu işləri ən yüksək səviyyədə həyata keçirməyə davam etdi. Hətta bəziləri dedilər ki, Vatikanin yüz kardinalından 99-u məlum idi, 100-cüsü də Fəthullah Gülən imiş. Paylaşmanı iç-içə girmə kimi başa düşmək çox mənasız olardı. Diyaloq yeni bir tərkib meydana gətirmək demək deyil, bu digər din mənsublarına da hörmətsizlik olardı. Paylaşmağı buna bənzədə bilərik: 100 otaqlı bir məkanda hamı öz pəncərəsindən vahid bir bağçaya baxır, amma günorta yeməyində bir yerə yığışırlar. Dünyada bir çox problemlər var narkomaniya, terror, qadın alveri və sairə. Bunların həllində paylaşmaq olar. Onsuz da dinlərarası dialoq dinlərin paylaşılması deyil, mən səninlə dialoq qururam, bir az sonra sən də mənim kimi olacaqsan demək deyil. Doğrudur, paylaşmada hər iki tərəfin bir-birindən alacağı çox şey var. Məsələn, bu gün Qərbdəki demokratiya və insan haqları bu mövzularda bizə cəsarət verir, biz bu cəsarəti almasaq, öz ölkələrimizdə demokratiyanı müdafiə etməkdə çətinlik çəkərik. Bunun kimi Qərbin də bizdən alacağı dəyərlər vardır.

Bu hərəkata necə üzv olmaq olar? Və üzv olduqdan sonra ondan nələr gozlənilir?

A. Bulac: İki növ təşkilatlanma modeli var. I irsi olan, burada adətlər və ənənələr əhəmiyyətlidir. II iradi camaatlar, burada giriş-çıxış sərbəstdir. Bu böyük şəhərlərdə olur, bir şəxs 7-8 camaatı gəzər və xoşuna gələndə qərar tutar. Camaatlara eyni zamanda müəyyən mənada iqtisadi təsisatlar kimi də baxıla bilər. İşə düzəlmə, evlənmə və s. kimi ehtiyacları camaat təmin edir. Gülən camaatı da bu cür iradi camaatların ən çox müvəffəqiyyət əldə edənlərindəndir.

H.Gülərcə: Bəs bunlarda üzv olma məsələsinə gəldikdə isə hər kəs tanıdıqlarının da bu çevrəyə daxil olmasını, onların da bu ümumi savabdan paylarını almasını istəyir. Odur ki, məsələn adam bir qonşusunu söhbətə dəvət edir. Daha sonra bir məktəb tikintisindən bəhs olunanda onun da kömək edib edə bilməyəcəyini soruşur. O adam söhbətə gəlməyə də bilər və ya söhbətə gəlsə belə-belə bir fəaliyyətə kömək etməyə bilər. Buna görə o sərbəstdir. Cəzalandırmaq deyilən bir şey yoxdur. Məsələn, mənim kiçik qardaşım da bu camaatın üzvlərindəndir. Onun oğlu evlənmək istəyəndə qardaşım qızın müsəlman olub olmadığını soruşdu, o da dedi ki, əlbəttə, evləri məscidin yanındadır. Yəni bu mövzularda hər kəs sərbəstdir.

İş tapmaq işə düzəlmək təşkilatlanma deyilmi?

H.Gülərcə: Məsələn, mən dı hərəkatla bir çəkilən şəxslərindənəm. Oğlum kimya mühəndisliyi ixtisasından məzun oldu və münasib iş tapa bilmədiyinə görə Amerikaya magistratura oxumağa getdi. Dediyiniz şəkildə bir təşkilatlanma varsa, mənim kimi bir adamın bir oğlu işsiz qalardımı?

A.Bulac: Yanlış anlaşılmasın, mən bu hərəkat bir iqtisadi təsisatdır dəyəndə onu başa düşülən mənada bir təşkilat kimi, qələmə vermək istəmədim. Bu insanlar eyni duyğu və düşüncəni paylaşırlar və gündəlik tələbatlarının ödənilməsində də təbii ki, bir-birinə müraciət edəcək bir-biriləri ilə iş, münasibət quracaqlar. Məsələn, mən "Zaman" qəzetində yazaram. "Zaman" qəzeti STV-də reklam verə bilər STV-də eyni şəkildə etibar etdiyi üçün "Zaman"la işbirliyinə girə bilər. Və mən inandığım üçün övladımı da bu məktəblərə göndərərəm. Artıq burada istər-istəməz bir birlik və bərabərlik meydana çıxır.

H.Gülərcə: Belə bir hədis var: Allah işini layiqincə görənləri sevər. Məsələn, "Asiya Bankı" misalını verək: İnsanlar ona etibar etdikləri üçün pullarını bu banka könül rahatlığı ilə yatırır, o bank da gündən-günə inkişaf edir.

Bu camaatlaşma da bir mənada qloballaşmanın əsasıdır.

İş adamlarından başqa bu fəaliyyətlərin bir maddi qaynağı varmı?

H.Gülərcə: Bu hərəkatın doğru olduğuna inanan hər bir insan maddi imkanın necə olmasından asılı olmayaraq, bu və ya digər şəkildə bacardığı qədər bu fəaliyyətlərə maddi dəstək verir. Məsələn, bir müəllim 800 dollar maaş alırsa, hər ay bunun müəyyən bir hissəsini, məsələn 50 dollarını bu fəaliyyətlər üçün ayırır. Məsələn, bir tələbəyə hər ay 50 dollar məbləğində təqaüd verir. Nəticə olaraq hesabladıqda, bəlkə də, bu cür yardımların ümumi məbləği iş adamlarının dəstəklərindən daha çox olur. Bu insanlar pullarını F.Gülən ver dediyi üçün deyil, Allah ver dediyi üçün verirlər.

Bu məsələdə mərkəzi bir idarə etmə varmı, yoxsa necə?

H.Gülərcə: Daha əvvəl də qeyd etdiyim kimi, bunun bir mərkəzdən idarə olunması mümkün deyil. Hər şəhərin və yaxud bölgənin könüllüləri tərəfindən verilən bu pullar o bölgənin ehtiyacları üçün sərf olunur.

Dövlət niyə bu hərəkatdan qorxur?

H.Gülərcə: Dövlət hər bir sivil hərəkatdan qorxur, ehtiyat edir.

Bəs niyə bu qədər çox qorxur?

H.Gülərcə: Bu modern bir hərəkatdır və dövlətin də həmçinin modernləşmə siyasəti var. Bunlar qarşı-qarşıya gəlirlər. Dövlət istəyir ki, modernləşmə dövlətin qərar və nəzarəti həyata keçirsin. Amma bu modernləşmə xalqın qərar və nəzarəti ilə olur. Dövlət də bunu istəmir. Bu gün Türkiyədə sosial təbəqələr modernləşmə dedikdə qərbləşmə, fransızlaşma və sonra da müasir mənada fransızlaşma başa düşürlər.

Türkiyədəki modernləşmə adətən dinin xaricindədir. Amma bu hərakat dini əsas qəbul edir. Türkiyədəki bu anki qarşıdurma bürokratik təbəqə ilə sosial mərkəzli xalq arasındakı qarşıdurmadır. Əhalimizin 80 faizi şəhərdə yaşayır.

Hərəkatın bir son hədəfi varmı yoxsa, məqsəd dünyanın bütün uşaqlarına ingilis dili öyrətməkdirmi?

H.Gülərcə: 1990-ci ildə Cənubi Afrikanın Keyptaun şəhərində keçirilən bir konfransa göndərdiyi məktubunda Gülən belə deyir: "Qoca dünya ölümündən əvvəl yenə bir bahar yaşayacaq" ("İnsanın özündəki sevgi" kitabından) və son hədəf olaraq ədalətin hakim olduğu bir bahardan bəhs edir. Bu mənada ümumbəşəri insani dəyərlərdə birləşməni son hədəf olaraq başa düşmək olar. Xoca Əfəndi deyir ki: "Məni xəyalpərəst olaraq görə bilərsiniz, amma səadət dolu bir dünyanın əldə olunması üçün bir də bu yolu sınayaq. Buna dəyməzmi?" –belə deyir, sınamağa və yaşamağa davam edir.

Hərəkatın Türkiyə haqqında son hədəfi nədir?

Demokratik və Avropa Birliyinə girmiş bir Türkiyə istəyir. Avropa Birliyinin də bizə ehtiyacı var. Bu gün Qərb İslam coğrafiyası ilə müsbət əlaqələr qurmaq istəyirsə, ancaq Türkiyə ilə dostluq qurmaqla buna nail ola bilər.

Rəsmi mərasimlərdə, gəzintilərdə və konfranslarda hərəkat mənsubları arasında qadınlara, demək olar ki, rast gəlinmir, bunu necə izah edirsiniz?

H.Gülərcə: Siz məsələyə öz pəncərənizdən baxırsınız, sizə çox qəribə gələ bilər, amma Türkiyədə bu gün qız uşaqlarının məktəblərə göndərilməsi üçün kampaniyalar təşkil edilir. Bizdə hələ indi-indi maariflənmə prosesi gedir. İnsanların dünyagörüşlərində ciddi ziddiyətlər var. Bunlar hələ indi-indi aradan qaldırılır. İndi yeni məktəblər tikilir və xəstəxanalar inşa edilir, qadınlar işə cəlb olunur. Mən bir tarix verim, 20 ildən sonra bu sözü deyə bilməyəcəksiniz.

F.Gulən son dövrləri necə dəyərləndirir? Siyasətdən ayrı durmağa çalışır, amma hər halda əlaqəsi var. Çünki bəzi dövlət böyüklərini dəstəkləyir.

H.Gülərcə: Ölkənin inkişafı üçün və ümumi məsləhət naminə bütün dövlət böyüklərini dəstəkləyir. Özal kimi, Ecevit kimi.

Amma bu dövlətin onun üçün ayrı bir yeri var?

H.Gülərcə: Fəthullah Gülən üçün bir fərqi yoxdur.

Bir faktı qeyd etmək istəyirəm. Bugünkü dövlətin nazirlər kabinetində bu hərəkatın nümayəndələrindən tək bir nəfər belə yoxdur. 330 nəfər millət vəkili arasında sadəcə 2 nəfər özlərini bu hərəkatın nümayəndələrindən hesab edənlərdəndir.

Bir vaxtlar biz də bütün mənfi halları masonların və sionistlərin məsul tuturlar, bu gün

Gülən hərəkatı o qədər geniş yayılıb ki, hər şeyi onun üstünə atır və onu tuturlar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.